Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə122/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   118   119   120   121   122   123   124   125   ...   137

 
326 
vacibdir  və  o  (Jambıl  Jabayev  nəzərdə  tutulur  –  A.Ş.),  öz  missiyasını 
parlaq şəkildə yerinə yetirmişdir” [4]. 
Şair-akın, improvizəçi-akın, eləcə də müdrik jırşı (şeir söyləyən) 
və söyləyici kimi məşhur olmuş Jambıl Jabayev qazax vətəndaş siyasi 
poeziyasının  formalaşmasında  əhəmiyyətli  rol  oynamış,  xalq  poezi-
yasının  yeni istiqamətlərinin yaradıcısı kimi şöhrət qazanmışdır. Onu 
xalq  poeziyasının  atası  adlandırır,  misralarını  şüar  kimi  səsləndirir-
dilər. Jambılın yaradıcılığı ümumxalq malı idi. Onun əsərləri dünyanın 
bir  çox  dillərinə  tərcümə  edilmiş,  bir  sıra  ölkələrdə  yayılmışdır. 
Jambıl, müasir terminologiya ilə desək, multikultural dəyərlərin daşı-
yıcısı  idi;  o,  heç  vaxt  insanları  irqinə  və  millətinə  görə  ayırmırdı. 
Böyük  Vətən  müharibəsi  illərində  görkəmli  şairin  “Leninqradlılar, 
mənim  balalarım!”,  “Moskva”  və  başqa  əsərləri  böyük  qələbənin  qa-
zanılmasında, arxa cəbhənin əsgərlərlə əlaqələrinin daha da möhkəm-
lənməsində əhəmiyyətli rol oynamışdı. Təsadüfi deyil ki, “Leninqrad-
lılar, mənim balalarım!” şeiri bu gün də “hərbi poeziyanın mirvarisi” 
[5] kimi tarixdə yaşayır.  
Jambıl  Jabayev  keçmiş  SSRİ-nin  bütün  müttəfiq  respublikala-
rının  yaradıcı  qüvvələrinin  əksəriyyəti  kimi  o  dövrdə  mövcud  olmuş 
sosializm  realizmi  deyilən  bir  cərəyanın  daşıyıcılarından  idi.  Bu  gün 
hətta  bir  çoxlarının  haqsız  olaraq  məzəmmət  olunduğu  yaradıcı  qüv-
vələr öz milli, istiqlal dolu arzularını da məhz həmin ideoloji buxovun 
içərisində  əridərək  fikirlərini  dolayı  da  olsa  oxuculara  çatdıra  bilir-
dilər.  Jambıl  Jabayev  də  qazaxların  əsarətdən  qurtulduğunu  sevinclə 
qələmə  almış,  xalqının  mənəvi  keçmişindən  qaynaqlanaraq  min  illər 
boyu  yaddaşında  saxladığı  qəhrəmanlıq  dastanlarını,  nəğmələrini, 
nağıllarını geniş dairədə yayaraq yaşatmış, xalqın milli-azadlıq müca-
diləsini şərəflə tərənnüm edərək coşqu ilə səsləndirmişdir. Kommunist 
ideologiyasının hökm sürdüyü bir dövrdə keçmiş adət-ənənələri, qəh-
rəmanlıqla dolu mübarizə dövrünü,  yadelli işğalçılara qarşı vuruşmuş 
batırların  şücaətini  sovet  dövründə  qələmə  alıb  yaymaq,  onu  xüsusi 
olaraq vurğulamaq asan məsələ deyildi, bu, böyük cəsarət və mərdlik 
tələb  edirdi.  Ona  görə  də  Jambıl  kimi  yaradıcı  şəxsiyyətləri  dövrə, 
zəmanəyə  tənqidi  münasibətdən  doğan  tendensiya  çərçivəsində  mə-
zəmmət etmək, bir çox hallarda isə hətta aşağılamaq hər kəsin istədiyi 
fikri asanlıqla söyləyib  yaya bildiyi bu günümüzdə qətiyyən yolveril-
məzdir.  Daima  yadellilərlə  mücadilədə  olmuş,  torpaqları  pərakəndə, 
əhalisinin mütləq əksəriyyəti savadsız olan böyük bir məmləkətin yeni 
quruculuq  həyatına  qədəm  qoyması  fərəhli  hal  deyildimi,  yaxud  yeni 
dövranı bütün əzəməti ilə tərənnüm etmək elə təkcə sosializmi təbliğ 


 
327 
etmək  idimi?  Bir  də  axı  Böyük  Vətən  müharibəsi  cəbhələrində  igid-
liklə  döyüşüb  el-obasını  düşmənlərdən  qoruyan,  övladı  (şairin  oğlu 
Alqaday Böyük Vətən müharibəsində Dnepropetrovsk vilayətinin Si-
nelnikovo şəhərinin faşistlərdən azad olunması uğrunda gedən döyüş-
lərdə qəhrəmancasına həlak olmuşdur) ilə bir sırada vuruşan qəhrəman 
əsgərlərə  xitabən  yazılmış  “Leninqradlılar,  mənim  balalarım”  şeirini 
qocaman  şair  necə  ürəkdən  yazmaya  bilərdi  və  bu  kimi  əsərlərin 
müəllifini hansı mənəvi haqla tənqid etmək olardı?  
Qeyd  etmək  yerinə  düşür  ki,  bu  gün  də  Sankt-Peterburqda 
Jambıl küçəsi (1952) mövcuddur. 2002-ci ildə şəhərdə əlində dombra 
tutmuş məşhur akının milli geyimdə 4 metrlik abidəsi ucaldılmış, fəv-
varə qarşısındakı daş pillələrdə şairin məşhur “Leninqradlılar, mənim 
balalarım..” sətirləri həkk olunmuşdur.  
Məşhur  nəğməkar  şair  1945-ci  il  iyunun  22-də  100  yaşının  ta-
mamına 8 ay qalmış dünyadan köçmüş,  Alma-Ata vilayətinin Jambıl 
rayonunun  Jambıl  aulunda  (rayon  və  aul  şairin  şərəfinə  adlandırıl-
mışdır)  dəfn  olunmuşdur.  Şairin  aulda  yaşadığı  evdə  Jambıl  muzeyi 
yaradılmış,  vaxtilə  öz  əlləri  ilə  əkib-becərdiyi  ağaclardan  ibarət  bağ 
salınmışdır. Aul Almatı şəhərinin 60 kilometrliyində Uzunağac qəsə-
bəsinin yaxınlığında yerləşir.  
Xalqın milli ruhunun yüksəldilməsində əhəmiyyətli rol oynamış 
qüdrətli söz ustadının obrazı qazax incəsənətinin demək olar ki, bütün 
janr və növlərində öz əksini tapmışdır.  
O, sağlığında ikən dövrün  ən ali mükafatları ilə təltif olunmuş, 
Lenin ordeni və 1941-ci ildə Stalin mükafatı almış, öz adını və xalqını 
şərəfləndirərək keçmiş SSRİ-nin Dövlət mükafatı laureatı adını qazan-
mışdır. Qədirbilən qazax xalqı ömrü boyu doğma xalqının mənafeyinə 
xidmət  etmək  kimi  müqəddəs  bir  amalla  yaşamış  və  bu  yolun  yo-
rulmaz yolçusu olmuş Jambıl Jabayevin xatirəsini təkrarsız söz ustadı 
kimi daima əziz tutur. 
İstər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində bir 
sıra  ölkələrdə,  o  cümlədən  Azərbaycanda  Jambıl  Jabayevin  yaradıcı-
lığı  qismən  də  olsa  araşdırılmışdır.  Vaxtilə xalq  şairi  Səməd  Vurğun 
Jambıl  Jabayevi  “şeirimizin  ağsaqqalı”  kimi  dəyərləndirmişdir. 
AMEA-nın müxbir üzvü Nizami Cəfərov, filologiya üzrə elmlər dok-
toru Nizami Tağısoy və başqaları görkəmli qazax şairinin əsərlərindən 
söz açmış, yaradıcılığı haqqında dəyərli fkirlər söyləmişlər. Professor 
Nizami  Cəfərov  “Türk  xalqları  ədəbiyyatı”  kitabında  [2]  Jambıl  Ja-
bayevin “Ötəgən batır” poeması ilə “Aladağ” şeirini çap etdirərək akı-
nın yaradıcılığına böyük yer vermişdir.  


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə