Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə115/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   111   112   113   114   115   116   117   118   ...   137

 
310 
Əlbəttə  ki,  akademik  İsa  Həbibbəyli  Azərbaycan  ədəbiyyatşü-
naslığı  üçün  son  dərəcədə  əhəmiyyətli  olan  bu  elmi  nəticəyə  birdən-
birə gəlməmiş, Mirzə Cəlilin həyat və sənət yolunu, mühitini, müasir-
lərinin  tərcümeyi-halını  ədəbiyyat  tarixinin  faktı  kimi  dərindən  incə-
ləmiş, Cəlil Məmmədquluzadəni əhatə edən mühitin daim dünya ədə-
biyyatı ilə təmasda olduğunu tutarlı faktlarla təsdiqləmişdir. Bu fikirlə 
razılaşmaqdan ötrü görkəmli alimin “Cəlil Məmmədquluzadə: mühiti 
və  müasirləri”  kitabına  diqqət  yetirmək  yetərlidir.  Ədəbiyyatşünas 
alimin bu əsəri öz oxucusuna belə bir ideya diktə edir ki, bütün ömrü 
boyu  Cəlil  Məmmədquluzadəni  əhatə  edən  mühit  yalnız  şəxsiyyət-
lərdən,  ictimai-sosial  həyatdan  deyil,  eyni  zamanda  dünya  ədəbiyya-
tına  məxsus  əsərlərdən  ibarət  olub.  Budur,  “Cəlil  Məmmədquluzadə: 
mühiti  və  müasirləri”  irihəcmli  monoqrafiyasında  gələcək  yazıçının 
Naxçıvan şəhərində aldığı mollaxana təhsilinin əhəmiyyəti belə dəyər-
ləndirilməkdədir: “Şübhəsiz, C.Məmmədquluzadə Şərq ədəbiyyatının 
klassiklərindən  sayılan  Şeyx  Sədi  Şirazinin  dini  məktəblərdə  əsas 
qiraət kitabı kimi qəbul edilmiş “Gülüstan” və “Bustan” əsərlərini də 
Molla Bağırın məktəbində oxuyub öyrənmişdi. Ədibin xatiratında bir 
yerdə həmin illərdəki mütaliədən bəhs edilərkən “Şahnamə”nin də adı 
çəkilir. Bütün bunlar bir neçə cəhətdən faydalı olmuşdur. C.Məmməd-
quluzadə: 
1)
 
Ərəb  və  fars  dillərini  öyrənmiş,  bu  sahədəki  biliklərini  də-
rinləşdirmiş və təkmilləşdirmişdir. 
2)
 
İslam  tarixi  vasitəsilə  bütövlükdə  Şərq  tarixini  öyrənməyə 
başlamışdır. 
3)
 
Şərq  ədəbiyyatı  nümunələri  ilə  ilk  dəfə  yaxından  tanış  ol-
muşdur. 
4)
 
Mütaliə vərdişlərinə yiyələnmişdir. 
5)
 
Əxlaqi  qənaətləri  müəyyənləşmiş,  xarakteri  daha  da  dərin-
ləşmişdir” [2, s. 54].  
Azərbaycan  ədəbiyyatşünaslığında  Mirzə  Cəlil  adının  “rus  tən-
qidi  realizminin  son  və  ən  qüdrətli  nümayəndələrindən  olan”  [3, 
s.233]  A.P.Çexovla  tez-tez  yanaşı  çəkildiyi,  hər  iki  yazıçının  yara-
dıcılığı  arasındakı  ideya  yaxınlığından  söz  açıldığı  müşahidə  edil-
məkdədir.  Akademik  İsa  Həbibbəyli  bu  yaxınlığın  zəminində  həyat 
şəraitinin eyniliyini, tərcümeyi-hal göstəricilərinin oxşarlığını da gör-
müş, hər iki  yazıçının dükan sahibi olan atalarının maarifpərvərliyini 
məxsusi  yada  salmış,  C.Məmmədquluzadənin  dünyagörüşünün  tək-
milləşməsində  atası  Məşədi  Məmmədquluya  məxsus  dükanın  yeri  və 
əhəmiyyətindən  bəhs  edərkən  Çexov-Mirzə  Cəlil  paralelizmində  tale 


 
311 
oxşarlığından da söz açmışdır: “Məşədi Məmmədqulu kişinin Naxçı-
van  şəhərinin  Şahab  məhəlləsində  açdığı  dükanın  fəaliyyəti  də  gənc 
Cəlil üçün təsirsiz qalmamışdır.  
...Bundan  başqa,  A.P.Çexovun  tərcümeyi-halında  olduğu  kimi, 
burada da ailəyə məxsus  kiçik ticarət  nöqtəsi adicə dükan, sahibi isə 
“dükana nisbətən qeyri-adi adam idi.” Bu cəhət Məmmədqulu kişinin 
həm də maarifpərvərliyi ilə bağlıdır” [2, s. 40]. 
Beləliklə,  akademik  İsa  Həbibbəylinin  fikrincə,  bütün  tarixi 
dövrlərdə olduğu kimi, XIX əsrin 70-ci illərində də Naxçıvan Şərq və 
Qərb mədəniyyətlərinin, ədəbiyyatlarının qovuşduğu bir bölgə səviy-
yəsində öz vətəndaşlarına xidmət  göstərmiş, böyük dahilərin məmlə-
kəti statusunu qoruyub-saxlamışdır. Belə bir elmi mövqenin ifadəsidir 
ki, “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” kitabında gələcək 
yazıçının  təhsil  aldığı  Naxçıvan  şəhər  ibtidai  məktəbindəki  pedaqoji 
kollektiv,  təhsil  ocağının  müəllimləri,  burada  şagirdlərə  öyrədilən 
fənlər, məktəbə məxsus maarifçi mühitin xalq həyatı ilə əlaqələri haq-
qında daha əhatəli bilgilər alırıq. Mirzə Cəlilin xatirələrinə əsaslanan 
İsa  Həbibbəylinin  qənaətincə,  Naxçıvan  şəhər  ibtidai  məktəbinin  ən 
böyük uğurlarından biri də C.Məmmədquluzadənin bədii təxəyyülün-
də İ.A.Krılov sənətinə yer qazandırmasındadır [2, s. 58]. 
C.Məmmədquluzadənin  ömür və sənət  yolundan bəhs edən ək-
sər tədqiqatçılar istər-istəməz elmi fikrin diqqətini Zaqafqaziya (Qori) 
Müəllimlər  Seminariyasına  yönəltmişlər.  Bu  cəhət  İsa  Həbibbəylinin 
“Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri”  əsəri  üçün  də  ke-
çərlidir. Bununla belə, görkəmli ədəbiyyatşünas faktları daha dərindən 
incələmək yolunu tutmuş, yüzlərlə qaranlıq məqama aydınlıq gətirmiş, 
Mirzə  Cəlilin  gələcək  həyat  və  sənət  yolunun  müəyyənləşməsində 
Zaqafqaziya  (Qori)  Müəllimlər  Seminariyasının  rolunu  qiymətləndi-
rərkən  müqayisə  məqamında  yenə  də  dünya  ədəbiyyatının  klassik-
lərini nəzər nöqtəsinə çəkmişdir: “C.Məmmədquluzadənin mənəvi tə-
kamülündə,  dünyagörüşünün  formalaşmasında  Zaqafqaziya  (Qori) 
Müəllimlər  Seminariyası  mərhələsinin  müstəsna  əhəmiyyəti  vardır. 
Çar Kəndli liseyi A.S.Puşkinin, Saratov Ruhani seminariyası N.Q.Çer-
nışevskinin, Taqanroq gimnaziyası A.P.Çexovun, İstanbul Fateh Mər-
kəz  Rüşdiyyəsi  Mehmet  Akif  Ərsoyun,  “Məktəbi-Tərbiyə”  Cavidin 
inkişafında  hansı  yeri  tutursa,  Qori  Seminariyası  da  C.Məmmədqu-
luzadə  üçün  o  qədər,  hətta  bir  qədər  də  artıq  faydalı  olmuşdur”  [2, 
s.72]. 
Bu təhsil ocağı ilə əlaqəli tədqiqat əsərlərini, müxtəlif alimlərin 
mülahizələrini  xatırladan  akademik  İsa  Həbibbəyli  faktları  daha 


 
312 
dərindən  incələməyi  məqsədəuyğun  saymış,  seminariyadakı  ictimai-
maarifçi mühit haqqında dolğun təsəvvür yaratmaqla bərabər, C.Məm-
mədquluzadənin  seminariya  həyatına  dair  bütün  sənədləri  elmi  döv-
riyyəyə  daxil  etmiş,  obrazlı  şəkildə  demək  mümkündür  ki,  gələcək 
yazıçının  Qoridə  keçən  həyatını  addım-addım  izləmişdir.  Fədakar 
mirzəcəlilşünas hətta Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında 
təşkil olunan dərsdənkənar ədəbi-mədəni tədbirlərlə bağlı geniş məlu-
matlar  vermiş,  C.Məmmədquluzadənin  daim  qatıldığı  həmin  tədbir-
lərdə  dünya  ədəbiyyatı  klassiklərinin  əsərlərinin  oxunmasını  ayrıca 
vurğulamışdır.  Azərbaycan  elmi  ictimaiyyəti  məhz  “Cəlil  Məmməd-
quluzadə:  mühiti  və  müasirləri”  kitabından  öyrənir  ki,  1882-1887-ci 
illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının tələbələri Av-
ropa ədəbiyyatının qüdrətli simalarının, o cümlədən alman yazarı Şil-
lerin, rus şairlərindən İ.A.Krılovun, A.S.Puşkinin, M.Y.Lermontovun, 
Nekrasovun, L.N.Tolstoyun əsərləri ilə daha yaxından tanış olmuşlar. 
İstər  seminariyada,  istərsə  də  Qori  şəhərində  keçirilən  ədəbi-mədəni 
tədbirlərə  C.Məmmədquluzadənin  ardıcıl  marağını  sənədlər  əsasında 
təsdiqləyən  İsa  Həbibbəyli  bu  nəticəyə  gəlmişdir  ki,  Mirzə  Cəlil 
dünyagörüşündə  ölməz  sənət  haqqında  ilkin  təsəvvürlər  məhz  Qori 
Müəllimlər Seminariyasında təhsil aldığı  dövrdə  formalaşmışdır. Bu-
dur, akademik İsa Həbibbəylinin üzə çıxardığı yüzlərlə faktlardan biri: 
“A.S.Puşkinin vəfatının 50 illiyi ilə əlaqədar olaraq 29 fevral 1887-ci 
ildə  keçirilən  yubiley  axşamı  isə  artıq  təhsili  başa  çatdırmaq  ərəfə-
sində  olan  C.Məmmədquluzadə...  böyük  sənətin,  bəşəri  ədəbiyyatın 
ölməzliyi  haqqında  ibrətamiz  dərs  almaq  imkanına  malik  idi”  [2, 
s.96]. 
Mirzə Cəlilin rus ədəbiyyatına ehtiramından bəhs edən  ədəbiy-
yatşünaslar bir qayda olaraq N.V.Qoqolun adını çəkmiş və bu zaman, 
təbii  ki,  Mirzə  Cəlilin  əsərlərində  N.V.Qoqolla  bağlı  məqamlar  qa-
bardılmışdır.  İsa  Həbibbəyli  belə  bir  ehtiramın  yenə  də  maarifçilik 
zəminində  formalaşması  qənaətinə  gəlmiş,  müəyyənləşdirmişdir  ki, 
C.Məmmədquluzadənin  ayrı-ayrı  hekayə  və  felyetonlarında  rus  yazı-
çısını  böyük  hörmətlə  yad  etməsi  təsadüfi  deyil.  Daha  doğrusu,  Za-
qafqaziya  Müəllimlər  Seminariyasına  məxsus  ədəbi-maarifçi  mühitlə 
bağlı  “Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri”  kitabında  təq-
dim  olunan  bilgilər  bu  təhsil  ocağında  Qoqollara,  Qriboyedovlara, 
Krılovlara  rus  ziyalılığının  sevgisi  haqqında  dolğun  təəssürat  yarat-
maqdadır. Akademik İsa Həbibbəylinin tədqiqatları əsasında elmi fikir 
nəinki həmin sevginin ifadəsi olaraq seminariyada keçirilən tədbirlər, 
həmçinin təhsil ocağındakı müəllim-məmurların narahatlıqları ilə əla-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə