Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə117/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

 
315 
Bəli,  E.Sultanov  haqqında  bu  bilgiləri  aldıqdan  sonra  C.Məmməd-
quluzadənin 13 iyul 1925-ci il tarixli məktubunda öz məslək dostuna 
yazdığı aşağıdakı cümlələr təəccüb doğurmur: “Elə bilirdim ki, haman 
Eynəli  qardaşım  qırx  il  bundan  qabaq  yanımda  oturub,  cavanlıq 
həvəsilə  oxuduğu  kitablardan,  rus  maarifindən,  Avropa  əhli-qələm-
lərindən şirin-şirin və bəzi vaxt da odlu-odlu, yanıqlı-yanıqlı söhbətlər 
edir. O qədər məni özünə qulaq asdırdın ki, axırda məni, doğrudan da, 
maarif aləminə daxil elədin” [4, s. 353]. 
Mirzə Cəlil tərəfindən hələ 30 yanvar 1904-cü il tarixdə “Şərqi-
Rus” qəzetində çap etdirilmiş məlum nekroloqda (M.T.Sidqi 9 dekabr 
1903-cü ildə vəfat etmişdi) yüksək qiymətləndirilən Məhəmməd Tağı 
Sidqi  haqqında  elmi  ictimaiyyətə  bəlli  məlumatların  “C.Məmməd-
quluzadə:  mühiti  və  müasirləri”  monoqrafiyasının  nəşrinə  qədər 
(1997) qənaətləndiriciliyini söyləmək reallıqdan uzaq olar. Akademik 
İsa Həbibbəylinin təqdimatında isə Sidqini həm  yazıçı-pedaqoq, həm 
də  dünya  ədəbiyyatı  ilə  daim  maraqlanan,  eyni  zamanda  yaxın 
müasirlərinin  Şərq  və  Qərb  ədəbiyyatına  dair  bilgilər  almasına  səy 
göstərən  bir  ziyalı  kimi  görürük  (“Puşkin”  məruzəsini  yada  salmaq 
kifayətdir).  Bəli,  İsa  Həbibbəylinin  ardıcıl  tədqiqatları  nəticəsində 
Azərbaycan  elmi  fikri  M.T.Sidqinin  simasında  dünya  ədəbiyyatına 
məxsus  əsərlərin  mütaliəsi  yolu  ilə  öz  məktəbində  təhsil  sistemini 
müntəzəm şəkildə təkmilləşdirən bir ziyalı ilə tanış olur. M.T.Sidqinin 
kitabxanasına  aid  “C.Məmmədquluzadə:  mühiti  və  müasirləri”ndəki 
məlumatlar,  həmçinin  bu  cəfakeş  müəllim-yazıçının  əsərləri  ilə  ta-
nışlıq  deməyə  əsas  verir  ki,  vaxtilə  M.S.Ordubadi,  H.Cavid,  Ə.Şərif, 
Ə.Qəmküsar  kimi  görkəmli  simalara  dərs  demiş  bu  fədakar  ziyalı 
Azərbaycan  bədii  fikrinin  Qərb  ədəbiyyatı  səviyyəsinə  yüksəlməsi 
üçün  yorulmadan  çalışmışdır.  Daha  bir  mühüm  göstərici  də  bundan 
ibarətdir  ki,  akademik  İ.Həbibbəylidən  öncə  M.T.Sidqi-İ.Qaspıralı 
münasibətlərindən bəhs edən tədqiqatçılar əsasən bu insanları düşmən 
cəbhələrin  nümayəndələri  kimi  tanıtmağa  çalışmışlar.  İsa  Həbibbəyli 
isə “Tərcüman” qəzetinin onilliyi münasibətilə Sidqinin qələmə aldığı 
şeirdən 4 beyti nəzər nöqtəsinə çəkməklə elmi təfəkkürdə qərarlaşmış 
müəyyən yanlışlıqların aradan qalxmasına nail olmuşdur [2, s. 225]. 
“C.Məmmədquluzadə:  mühiti  və  müasirləri”  monoqrafiyasında 
diqqət  həm  də  Sidqinin  “Puşkin”  əsərinə  yönəldilmiş,  Naxçıvan  zi-
yalılığına  məxsus  bu  böyük  uğur  “Azərbaycanda  Puşkinə  həsr  olun-
muş  ilk  elmi  mənbələrdən  biri”  səviyyəsində  dəyərləndirilmişdir  [2, 
s.229]. 
Ədəbiyyatşünaslıq  elmimiz  XX  əsrin  əvvəllərindən  bəhs  edər-


 
316 
kən  uzun  illər  istər  ədəbiyyatımızı,  istərsə  də  mətbuatımızı  əks  cəb-
hələrə bölərək öyrənmiş, tənqidi realistlərin xalqa dost, romantiklərin, 
xüsusən də guya “mürtəce” romantiklərin “düşmən” mövqedə dayan-
dığını bildirməklə hətta Əlibəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu kimi 
qüdrətli  qələm  sahiblərinin  həyat  və  yaradıcılıqlarının  doğru-düzgün 
tədqiqinə  ehtiyac  görməmişdir.  Bu  “qarşıdurmada”  hər  iki  tərəfin 
xalqı düşünməsi müddəasını irəli sürən akademik İsa Həbibbəyli mol-
lanəsrəddinçi  təlimin  yaradıcısı  Mirzə  Cəlil  və  füyuzatçılığın  əsasını 
qoyan  Ə.Hüseynzadə  ideyalarındakı  yaxınlıqdan  bəhs  edərkən  mütə-
fəkkir  yazıçıların  xalqın  inkişafı  naminə  Avropa  müəlliflərinin  əsər-
lərinə gərəyincə əhəmiyyət vermələrini xatırlatmaqla, Azərbaycan ya-
zarlarının dünya ədəbiyyatına bağlılığını bir daha təsdiqləmişdir. Alim 
“Molla Nəsrəddin” və “Füyuzat” redaktorlarının dünya  ədəbiyyatına, 
həmçinin  L.N.Tolstoy,  Emil  Zolya  yaradıcılığına  üz  tutmalarının  sə-
bəblərini  aydınlaşdıraraq  yazmışdır:  “...Dünya  mədəniyyətinə,  rus 
ədəbiyyatına münasibətdə də dahilərin baxışlarında nəinki oxşarlıq və 
ya yaxınlıq, hətta eynilik vardır. Avropa ədəbiyyatı nümunələrini tər-
cümə edib mənsub olduğu millətə çatdırmaq, onların mənalı həyatı və 
müsbət  amallarını  təbliğ  edən  məqalələr  yazıb  dərc  etdirmək  işinə 
ədiblərimizin  hər  ikisi  xüsusi  önəm  vermiş,  vaxt,  zəhmət,  enerji  sərf 
etməkdə fayda görmüşlər” [2, s. 306]. 
Maraqlıdır ki, fransız yazıçısı Emil Zolyadan (1840-1902) həm 
Ə.Hüseynzadə,  həm  də  Mirzə  Cəlil  konkret  şəkildə  söz  açmışdır. 
Tarixi  xronologiya  baxımından  Ə.Hüseynzadənin  XIX  əsr  fransız 
ədibi haqqında fikirləri daha öncədir [5, s. 292]. Daha doğrusu, “Fü-
yuzat” jurnalının 12 iyun 1907-ci il tarixli sayında (№ 19) oxuculara 
təqdim  edilən  “Ə.H.”  imzalı  və  “Əhvali-aləm  və  diri  müstəhasələr” 
başlıqlı məqalədə, eləcə də “Molla Nəsrəddin” məcmuəsinin 27 iyun 
1910-cu  il  tarixli  25-ci  sayındakı  “Tacül-hac”  sərlövhəli  məqalə-
felyetonda [6, s. 118] Emil Zolyadan danışıldığını görürük. Fikrimizcə, 
İsa  Həbibbəylinin  “C.Məmmədquluzadə:  mühiti  və  müasirləri”  əsə-
rində aydınlıq üçün hər iki müəllifin məqaləsindən məhz Emil Zolya 
ilə əlaqəli  hissələrin  sitat səviyyəsində nəzər nöqtəsinə çəkilməsi xü-
susi elmi-estetik məqsəd daşımışdır. Bu tipli qarşılaşdırma nəticəsində 
aydın  olur ki,  Ə.Hüseynzadə oxucuların  ibrət  alması,  Mirzə Cəlil  isə 
oxucuların öz həyatlarını dəyişməsi üçün Emil Zolyanı yada salmışdır. 
Bəli,  kiçik  sitatlar  vasitəsilə  akademik  İsa  Həbibbəyli  elmi  ictimaiy-
yətə  xatırladır  ki,  istər  “Əhvali-aləm  və  diri  müstəhasələr”də  (müs-
təhas  –  daşa  dönmüş,  donuq,  hərəkətsiz),  istərsə  də  “Tacül-hac”da 
Emil  Zolyanın  “Roma”-“Rim”  əsərinin  adı  çəkilir.  Lakin  Ə.Hüseyn-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə