Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə114/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

 
307 
ƏDƏBİYYAT 
 
1.
 
Raine Craig. T.S.Eliot. Oxford: Lives and Legacies, 2011. 
2.
 
Detweiler  R.,  Jasper  D.  Religion  and  Literature:  A  Reader.  Westminster 
John Knox Press, 2000. 
3.
 
https://archive.org/details/sacredwoodessays00eliot 
4.
 
http://www.poetryfoundation.org/learning/essay/237868 
5.
 
Eliot T.S. On Poetry and Poets. Farrar, Straus and Giroux, 2009. 
6.
 
http://www.online-literature.com/ts-eliot/2120/ 
7.
 
Eliot T.S. Christianity and culture. Mariner Books, 1977. 
 
Javida Mammadova 
 
TOMAS STERNS ELIOT’S LITERARY-THEORETICAL  
VIEWS AND HIS POEM “THE WASTE LAND” 
 
Summary 
 
The  articleis  dedicated  to  the  literary-theoretical  views  of  the  prominent 
British  poet  Tomas  Sterns  Eliot  and  his  famous  poem  “The  Waste  Land”.  The 
literary-theoretical views of the poet on the topics such as the religion and literature, 
the  national  culture  and  modern  literature,  romanticism  and  modern  poem  are 
analyzed in this article. The original poetic style and philosophical ideas of the poem 
“The Waste Land” are researched in the article too. 
 
Джавида Мамедова 
 
ЛИТЕРАТУРНО-ТЕОРЕТИЧЕСКИЕ ВЗГЛЯДЫ ТОМАСА  
СТЕРНСА ЭЛИОТА И ЕГО ПОЭМА "БЕСПЛОДНАЯ ЗЕМЛЯ" 
 
Резюме 
 
Статья  посвящена  литературно-теоретическим  взглядам  выдающегося 
британского  поэта  Томаса  Cтернса  Элиота  и  его  знаменитой  поэме  "Бес-
плодная  земля".  В  статье  анализируются  литературно-теоретические  взгляды 
поэта,  связанные  с  религией  и  литературой,  национальной  культурой  и 
современной  литературой,  романтизмом  и  современной  поэмой.  В  статье 
исследованы  также  оригинальный  поэтический  стиль  и  философские  идеи 
поэмы "Бесплодная земля". 


 
308 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
İman CƏFƏROV 
Filologiya üzrə fəlsəfə doktoru 
Naxçıvan Dövlət Universiteti 
altay1999@yahoo.com 
 
AZƏRBAYCAN MOLLANƏSRƏDDİNŞÜNASLIĞININ  
YENİ MƏRHƏLƏSİ VƏ DÜNYA ƏDƏBİYYATI PROBLEMİ
 
 
Açar  sözlər:  L.Tolstoy,  dünya  ədəbiyyatı,  Avropa,  Qərb, meyarlar,  maarif-
çilik, dəqiq, mənim həyatım, mənim əhatəm 
Key  words:  L.Tolstoy,  world  literature,  Europe,  west,  criterion, 
enlightenment, exact, my life, my environment 
Ключевые  слова:  Л.Толстой,  мировая  литература,  Европа,  Запад, 
критерии, просвещение, чёткий, моя жизнь, моё окружение
 
 
Qeyd-şərtsiz,  son  30  ildə  mollanəsrəddinşünaslığın  ən  böyük 
uğurları  akademik  İsa  Həbibbəylinin  adı  ilə  bağlıdır.  Daha  mühüm 
cəhət ondan ibarətdir ki, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” 
adlı sənət məktəbinə məxsus bədii-publisistik örnəkləri, eləcə də ayrı-
ayrı  mollanəsrəddinçilərin  yaradıcılığını  Azərbaycan  ədəbiyyatı  tari-
xinin tərkib hissəsi, eyni zamanda məhz dünya mədəniyyəti faktı kimi 
dəyərləndirmişdir. Ümumiyyətlə, bir təəssübkeş və cəfakeş mollanəs-
rəddinşünas  olaraq  İsa  Həbibbəylinin  elmi-əməli  fəaliyyətində  Azər-
baycan ədəbiyyatına xidmət  baxımından aşağıdakı  istiqamətlər aydın 
görünməkdədir:  
1.
 
Azərbaycan  ədəbiyyatı  və  ədəbiyyatşünaslığına  həqiqi  xid-
mət yolunu tutan İsa Həbibbəyli qüdrətli qələm sahibi Cəlil Məmməd-
quluzadənin mühiti və müasirlərini real faktlar əsasında daha diqqətlə 
öyrənməklə,  yüzlərlə  mübahisəli  məqama  aydınlıq  gətirmiş,  gerçək 
elmi  prinsipləri  və  bu  zaman  əsasən  Avropa  və  rus  ədəbiyyatşünas-
larının elmi obyektivlikdən qaynaqlanan meyarlarını nəzərə almışdır.  
2.
 
“Molla  Nəsrəddin”  jurnalının  tarixi  xidmətlərini  qiymətlən-
dirən alim məcmuənin Qərb-Şərq ədəbiyyatı və mətbuatı ənənələrinə 


 
309 
bağlılığını nəzərə almış, mollanəsrəddinçilərin sənət uğurlarını dünya 
ədəbiyyatı  fonunda  dəyərləndirərkən  yeni  elmi  müddəalara  imza  at-
mışdır.  
3.
 
Cəlil  Məmmədquluzadə  əsərlərinin  ayrı-ayrı  xalqların  dil-
lərində  nəşri  vasitəsilə  dünya  xalqlarının  Mirzə  Cəlil  irsi,  həmçinin 
Azərbaycan ədəbiyyatı ilə tanışlığına nail olmuşdur.  
“Molla  Nəsrəddin”  adlı  ədəbi  məktəbin  sənət  uğurlarını  dəyər-
ləndirmək  baxımından  İsa  Həbibbəylinin  “Molla  Nəsrəddin”  ədəbi 
məktəbi  və  mollanəsrəddinçilik”  əsəri  xüsusi  əhəmiyyətə  malikdir. 
Maraqlıdır  ki,  dərginin  tarixi  xidmətlərindən  bəhs  edərkən  türk-mü-
səlman  və  Şərq  dünyasının  sərhədlərini  nəzərdə  tutan  akademik  İsa 
Həbibbəyli  jurnalın  qiymətləndirilməsi  işinə  bir  qədər  də  həssaslıqla 
yanaşmış,  özünəqədərki  mollanəsrəddinşünaslardan  fərqli  şəkildə, 
həm də çox doğru olaraq “Molla Nəsrəddin”i məhz dünya ədəbiyyatı 
və mətbuatının hadisəsi səviyyəsində görərək yazmışdır: “Özünün də-
rin  ideya-məzmununa,  forma  və  üslubuna  görə  “Molla  Nəsrəddin” 
dərgisi  Qərbin  ən  tanınmış  mətbuat  orqanları  ilə  yanaşı  durmaq  im-
kanlarına malikdir. “Molla Nəsrəddin” Azərbaycanda Qərb standartla-
rı  ilə  nəşr  olunan  mükəmməl  Şərq  jurnalıdır.  Bundan  başqa  “Molla 
Nəsrəddin”  Şərqlə  Qərbin  sintezindən  yoğrulmuş  ilk  Avrasiya  dərgi-
sidir. Azərbaycan ədəbiyyatı, mətbuatı və ictimai fikri Avrasiya səviy-
yəsinə “Molla Nəsrəddin” nərdivanı vasitəsilə çıxmışdır” [1, s. 634].  
Əlbəttə,  dünya  ədəbiyyatşünaslarının  elmi  prinsiplərinə,  iş 
üsullarına dərindən bələd olan İsa Həbibbəyli sadəcə hökm çıxarmaqla 
kifayətlənməmiş, “Molla Nəsrəddin” ədəbi məktəbinin türk-müsəlman 
dünyasında  yeri məsələsinə aydınlıq  gətirmiş,  məcmuənin Qərb mət-
buatının  meyarlarına  cavab  verəcək  səviyyədə  nəşr  edilməsi  səbəb-
lərini üzə çıxarmış, bu qənaətə gəlmişdir ki, məcmuənin uğurlarını bir 
tərəfdən  Azərbaycan  maarifçilik  hərəkatının,  digər  tərəfdən  Mirzə 
Cəlil  dühasının  dünya  maarifçilik  hərəkatı  ilə  bağlılığı  şərtləndirmiş-
dir.  Öz  təhlilləri  ilə  təkcə  mollanəsrəddinçi  sənətdə  deyil,  eyni  za-
manda  ədəbiyyatda  şəxsiyyət  və  zaman  münasibətlərinə  akademik 
səviyyədə  aydınlıq  gətirən  İsa  Həbibbəyli  yazmışdır:  “...XX  əsrin 
əvvəllərində “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranması ilk növ-
bədə  Azərbaycandakı  Qərbyönlü  maarifçilik  hərəkatının  məntiqi  ye-
kunu  idi.  ...Əslində  Cəlil  Məmmədquluzadə  Azərbaycandakı  Şərq-
yönlü  milli  inkişaf  meyilləri  ilə  Qərb  maarifçiliyini  sintez  halında 
çuğlaşdırmaqla  yeni  tipli  ədəbiyyat  və  mətbuat  yaratmağa  müvəffəq 
olmuşdu ki, bu da tez bir zamanda öz ətrafına çoxlu sayda tərəfdarlar 
və pərəstişkarlar toplaya bilmişdi” [1, s. 636]. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə