290
Mənə bir sərgi salonu verin!
Orda bir insan şəkli asacağam –
adi bir insan...
...görünsün dünyanın hər yerindən:
zamanın keçmişindən,
dövranın indisindən,
əsrin gələcəklərindən
Bir insan şəkli asacağam;
Bir yanında Nəsimi-
dabanından soyulandan sonra...
...Bir yanda Cordano Brunonun külü
Bir yanında Məhəmmədhəsən kişi –
ömrü, günü yollara tökülü
Yuxarıda kosmopolit göy.
Aşağıda sərhədlə kilidlənmiş ölkələr [4, s. 118].
Şeir bu misralarla bitirdi:
Şəklin müəllifi – Zaman.
Adı – İnsanlığın ömür yolu.
1990-cı illərdən başlayaraq milli poeziyamızda zaman və insa-
nın zamanda yeri ilə bağlı yeni düşüncə seli irəli gələrkən, bu
poeziyanın qırx il öncənin zamanla bağlı meditativ çözümlərini qap-
sayan poetik zəmini vardı və bu zəmində zaman da, onun qəhrəmanı
olan İnsan da öz varlığında görünə bilirdilər.
...Sərt baxışla
bir körpənin dodağından
gülüşünü silsələr;
bir möhtaca,
bir qəribə,
bir acizə gülsələr;
bütün dünya xoşbəxt olsa,
bahar olsa
bir səhər;
yer üzündə bircə insan acsa,
mənə toxunma [4, s. 39].
R.Rzanın “İnsan yaşayır”, “Açın qapıları, insan gəlir”, “Pəncə-
rəmə düşən işıq”, “Damcılar”, “Bağışlayın məni”, “Fil və filban”,
“Xeops”, “Rotterdamda heykəl” və başqa şeirlərinin ritmi, intonasi-
yası bəşər övladının portretini sərgiləməyə yönəlmiş monumental hə-
yat lövhələri idi.
291
...Dünyada çox şey var mövcud olan.
Ancaq yaşayan İnsandır, İnsan [4, s. 92].
R.Rzanın insana verdiyi ali dəyərdə sələfi İ.Nəsiminin konsep-
siyasının gücü, əzəməti var və ustad şair İnsanı bu mərtəbəyə qaldırıb
ona səma yüksəlişindən qiymət verməklə, “Ey daşəvü türabə deyən
qiymətin gövhər, / İnsan bu hüsnü lütf ilə gövhər deyilmidir, – deyən
XIV əsr hürufi sənətkarının ən yaxşı müridinə çevrilir, özünün “Son
gecə” poemasında sələfi kimi insanı Allahın yer üzündəki təcəssümü
kimi dəyərləndirirdi.
ƏDƏBİYYAT
1.
Qasımbəyli Y. Milli oyanış və özünəqayıdış lirikası. Bakı, “Elm və təh-
sil”, 2012.
2.
Tınyanov Y.N. Poetika. İstoriya literaturı. Kino. İzdatelstvo “Nauka”,
Moskva, 1977.
3.
Əsgərli Ə. XX əsr Azərbaycan şeirinin poetikası. Bakı, “Apostroff”, 2014.
4.
Rəsul Rza. Çinar ömrü. Bakı, Azərnəşr, 1990.
5.
Vəzirov X. Yaradıcı ziyalıların respublika müşavirəsində məruzə. “Kom-
munist” qəzeti, 23 mart 1963, № 70.
6.
Yusifli V. Poeziyanın illəri və yolları (1960-2000-ci illər). Bakı, “Mü-
tərcim”, 2009.
7.
Allahverdiyev V. Müasir Azərbaycan poeziyasının inkişaf meyilləri
(1945-1965) NDA, Bakı, 2009.
8.
Cahangir Ə. Kim yatmış, kim oyaq. Bakı, “Yazıçı”, 2012.
9.
Mustafa N. Şeytan qulluğundan Tanrı dərgahına. “Cahan” jurnalı, 1997,
№ 2.
Elnara Akimova
HUMAN AS A TARGET OF POETIC
SENSITIVITY IN RASUL RZA’S POETRY
Summary
Rasul Rza’s poetry receives the human as a fact of poetic self-consciousness
and estimates the human by target of poetic sensitivity in the Soviet epoch. In the
article is researched the characteristics given by Rasul Rza to the national poetry on
the basis of poem examples. The historical conditions, poetic areal, theme and form
updates of Rasul Rza’s poem are studied in the article.
292
Эльнара Акимова
ЧЕЛОВЕК КАК ЦЕЛЬ ПОЭТИЧЕСКОГО
ЧУВСТВОВАНИЯ В ПОЭЗИИ РАСУЛА РЗЫ
Резюме
Поэзия Расула Рзы в первую очередь выделяется как факт восприятия
человеком себя с поэтической точки зрения, и в
советскую эпоху направленная
на человека преимущественно как на цель художественного впечатления. В
статье на основе образцов поэзии Расула Рзы отмечена индивидуальная
самобытность, привнесённая им в нашу национальную поэзию. Особо
рассмотрена также проблема исторических условий, в которых развивалась
поэзия Р.Рзы, влияния тогдашнего поэтического ареала, новаторства в темах и
формах.