Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə116/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   112   113   114   115   116   117   118   119   ...   137

 
313 
qədar  da  geniş  bilgilər  alır.  Əslində  İsa  Həbibbəylinin  seminariya 
mühiti ilə bağlı axtarışları insanlıq tarixinə məxsus məlum həqiqəti bir 
daha təsdiqləyir ki, istənilən cəmiyyətdə mütərəqqi yenilikçilik heç də 
özünə asanlıqla yol açmamışdır. Bu vəziyyət Zaqafqaziya Müəllimlər 
Seminariyası  üçün  də  keçərli  olmuş,  seminariyada  həm  4  saat  müd-
dətində N.V.Qoqolun anadan olmasının 75 illiyi qeyd edilmiş (1884-
cü  il),  həm  də  “Müfəttiş”  komediyasının  tədris  olunması  dayandırı-
lmışdır [2, s. 98-99].  
Akademik İsa Həbibbəylinin əsərlərində məhz faktların danışdı-
rılmasına üstünlük verilməsi danılmaz reallıqdır və bu reallığı təsdiq-
ləyəcək  ən  ciddi  mənbələrdən  biri  alimin  “Cəlil  Məmmədquluzadə: 
mühiti  və  müasirləri”  monoqrafiyasıdır.  Monoqrafiyada  Zaqafqaziya 
Müəllimlər  Seminariyası  mühitində  tərəqqipərvər  ziyalıların  İ.A.Krı-
lov  yaradıcılığına  daha  artıq  maraq  göstərmələri  ayrıca  diqqətə  çə-
kilmiş,  “Vətən  dili”  dərsliyinin  ikinci  hissəsinə  İ.A.Krılov  təmsillə-
rindən  çoxsaylı  nümunələrin  daxil  edilməsi,  bu  məşhur  təmsil  usta-
sının  əsərlərinin  məcburi  oxu  kimi  mənimsədilməsi  halları  genişliklə 
təhlil olunmuşdur. Əməkdar elm xadimi  İsa Həbibbəyli seminariyaya 
dair əldə etdiyi sənədlərə, həmçinin Mirzə Cəlilin əsərlərinə istinadən 
bu qənaətə gəlmişdir ki, digər seminaristlər kimi, C.Məmmədquluzadə 
də  Qoridə  təhsil  aldığı  müddətdə  Krılovun  yaradıcılığını  dərindən 
mənimsəmişdir. Bununla belə, ədəbiyyatşünas alim sənədlərin dedik-
lərini  də  xatırlatmağı  unutmayaraq  yazmışdır:  “C.Məmmədquluzadə-
nin  seminariya  kitabxanası  ilə  əlaqələri,  rus  və  dünya  ədəbiyyatının 
klassik  nümunələrini  mütaliə  etməsi  də  onun  ədəbi  dünyagörüşünün 
formalaşmasına  əhəmiyyətli  təsir  göstərmişdir.  Doğrudur,  seminarist 
Cəlilin hansı əsərləri oxuması, konspektləşdirib öyrənməsi barədə əli-
mizdə tutarlı bir arxiv sənədi  yoxdur. Lakin müxtəlif xatirə və qeyd-
lərdən  gələcək  yazıçının  Sokratın,  Darvinin,  Şekspirin,  İ.A.Krılovun, 
N.V.Qoqolun,  Derjavinin,  L.N.Tolstoyun,  görkəmli  pedaqoqlardan 
Pestalotsi  və  Uşinskinin,  Azərbaycan  ədəbiyyatından  M.Füzuli, 
M.P.Vaqif,  Q.Zakir,  M.F.Axundov,  S.Ə.Şirvani  və  başqalarının  əsər-
lərini mütaliə etdiyini öyrənirik” [2, s. 10]. 
“Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri”  monoqrafiya-
sında Mirzə Cəlilin 1887-ci ildən 1903-cü ilə qədər yaşayıb fəaliyyət 
göstərdiyi  Naxçıvan  ziyalılar  mühitinin  dünya  ədəbiyyatı  ilə  bağlılı-
ğına dair də maraqlı təhlillərlə qarşılaşırıq. Ümumiyyətlə, bu qiymətli 
elmi mənbədə Naxçıvan ziyalılarından Sadıq Xəlilov, Kərimbəy Əsəd 
oğlu  İsmayılov,  Əbülqasım  Sultanov,  Fərəc  bəy  Sultanov,  Cümşüd-
Paşa İsmayıl bəy oğlu Sultanov, Məmmədqulubəy Şəfiağa oğlu Kən-


 
314 
gərli haqqında öz əksini tapan məlumatlar gələcək neçə-neçə irihəcmli 
tədqiqatlar üçün İskəndəriyyə mayakı missiyasını yerinə yetirəcəkdir. 
Əslində  “Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri”  monoqra-
fiyası  deməyə  əsas  verir  ki,  XIX  əsrin  70-90-cı  illərində  Naxçıvan 
ziyalılar  mühitinin  hər  bir  üzvü  təmsil  etdiyi  ictimai  təbəqənin  prin-
siplərinə, peşə və vəzifə fərqliliklərinə baxmayaraq, dünya ədəbiyyatı 
və  mədəniyyətinin  mühüm  hadisələri  ilə  dərindən  maraqlanmış,  öz 
fədakarlıqları ilə sözün həqiqi mənasında milli  təfəkkürdə Şərq-Qərb 
mədəniyyətlərinin vəhdətinə nail olmuşlar. Bu mənada Cümşüd-Paşa 
İsmayıl  bəy  oğlu  Sultanovla  bağlı  monoqrafiyada  öz  əksini  tapmış 
aşağıdakı  açıqlamalar  insanda  xüsusi  qürur  hissi  doğurur:  “C.P.Sul-
tanov  açıqfikirli,  maarifpərvər,  savadlı  ziyalı  kimi  tanınmışdır.  Onun 
öz  dövrünə  görə  zəngin  hesab  edilən  kitabxanasında  rus  və  Avropa 
ədiblərinin əsərləri ilə yanaşı, Şərq klassiklərinin əsərləri, o cümlədən 
Hafizin divanı, Mollayi-Ruminin məsnəviləri, Ömər Xəyyamın rübai-
ləri  də  var  imiş.  O,  xüsusən,  Hafizin  lirikasını,  onun  dünyəvi  eşqi, 
həyatsevərliyi təbliğ edən şeirlərini həvəslə mütaliə etmiş, məclislərdə 
əzbər söyləmiş, “sufiməslək” şəxs kimi tanınmışdır” [2, s. 164]. 
Hesab  edirik  ki,  böyük  Mirzə  Cəlil  bəzi  felyetonlarında  satirik 
tipi  ifşa  edərkən  birbaşa  C.P.Sultanovun  kitabxanasında  tanış  olduğu 
və  yaddaşında  əbədi  daşlaşmış  Hafiz  divanındakı  misralardan  fayda-
lanmışdır. Başqa sözlə, belə demək mümkündürsə, əslində XIX əsrin 
80-90-cı  illərində  özünün  xüsusi  inkişaf  mərhələsini  yaşayan  Nax-
çıvan  ədəbi  mühiti  C.Məmmədquluzadənin  dünya  ədəbiyyatı  ilə 
mənəvi bağlılığında mühüm rol oynamışdır. Bu sırada  yada salaq ki, 
“Cəlil  Məmmədquluzadə:  mühiti  və  müasirləri”  monoqrafiyasında 
Cəlil  Məmmədquluzadə  ilə  əqidə  dostu  olan  Eynəlibəy  Sultanovun, 
həmçinin  Məhəmməd  Tağı  Sidqinin  dünya  ədəbiyyatı  ilə  bağlılığı 
haqqında  geniş  məlumatlar  xüsusi  əhəmiyyət  kəsb  etməkdədir.  Şüb-
həsiz  ki,  istər  E.Sultanov,  istərsə  də  M.T.Sidqi  vasitəsilə  C.Məm-
mədquluzadənin tanış olduğu kitablar onun təxəyyülündə dünya ədə-
biyyatına dair  yeni  bir dünya canlandırmışdır. Ümumiyyətlə,  İsa Hə-
bibbəylinin Mirzə Cəlilə, onun mühiti və müasirlərinə həsr etdiyi mo-
noqrafiyada  E.Sultanov  və  M.T.Sidqinin  dünya  ədəbiyyatına  bələdli-
yinə  dair  açıqlamalar,  məlumatlar  hətta  XXI  əsr  oxucusunu  heyrət-
ləndirmək səviyyəsindədir. Adıçəkilən elmi mənbə əsasında öyrənirik 
ki,  E.Sultanov  1880-1886-cı  illərdə  İrəvan  kişi  gimnaziyasında  təhsil 
alarkən rus, latın, yunan dillərindən dərs almış, “...fransız, latın, yunan 
dillərindən  rus  dilinə,  yaxud  rus  dilindən  həmin  dillərə  tərcümə 
məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirmişdir” [2, s. 208]. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə