Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə46/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   42   43   44   45   46   47   48   49   ...   137

 
122 
baycan torpağında, Qarabağ uğrunda gedən müharibədən və bu müha-
ribənin  insanların  taleyində  oynadığı  faciələrdən  söz  açacaq”.  Onun 
həmin mövzuda əsərlərindən biri “Qarabağdan gələn var” poemasıdır. 
1997-ci  ildə  yazılan  bu  poema  bir  bağbanın  işindəki  problemlərin 
təsviri  ilə  başlayır.  Sonra  şair  qəhrəmanını  reallığı  ilə  təqdim  edir. 
“Dünən dərs deyirdin, Məmməd müəllim, bu gün müəllimə dərs deyir 
Zaman”  [18,  s.  42].  Şairin  qəhrəmanı  ilə  söhbətlərində  müharibənin 
ölkəmizə gətirdiyi fəlakətlərdən söz açılır. Məmməd müəllim qaçqın-
lıq  dövrünün  əzablı  xatirələrini,  müəllif  isə  müharibədən  sonrakı 
mənəvi-psixoloji  problemləri  müzakirə  obyektinə  çevirir.  Ölkədə 
kütləviləşən  mənəvi  aşınmaya  biganə  qala  bilmir.  Ünvanı  Neftçilər 
yataqxanası  olan  Məmməd  müəllim  bağbanlıq  işində  nə  qədər  çox 
çalışırsa da, nəticədən həmişə narazı qalırlar. Şair həmin tipləri “tox-
ların  ac  mafiyası”  kimi  qələmə  verir.  Poemanın  ikinci  hissəsi  Məm-
məd  müəllimin  həyat  yoldaşı  barədə  məlumat  verməsi  ilə  başlayır. 
Onun  acınacaqlı  taleyindən  bu  misralarda  xəbər  tutmaq  olur.  “O, 
xidmət eləsə də, “xidmətçi” ola bilmir” [18, s. 53]. Qırx illik müəllim 
təcrübəsi  olan  bu  qadının  müdirdən  xidmətçiyə  qədər  yol  gələn  öm-
ründə müharibənin təsiri aydınca görünür.  
Gətirilən  nümunələrdən  də  bəlli  olduğu  kimi,  çağdaş  Azərbay-
canın ən böyük problemlərindən olan Qarabağ müharibəsi həmişə ya-
zarların əsas müraciət etdikləri mövzulardandır. Buna görə də, şairlər 
müasir dünyanın ictimai-siyasi hadisələrinə münasibət bildirən əsərlər 
yazarkən,  əsas  diqqəti  Qarabağ  probleminin  həllinə  yönəltməyə  cəhd 
edirlər.  Çünki  bu  münaqişənin  həlli  dünyanın  bir  sıra  ictimai-siyasi 
problemlərinin həllinə də təsir edər. 
 
ƏDƏBİYYAT 
 
1.
 
AMEA  Ədəbiyyat  İnstitutu,  Ədəbi  proses-2014.  Bakı,  “Hədəf”  nəşrləri, 
2014. 
2.
 
Nərimanoğlu  Məhəmməd,  Bilal  Ənsər.  Türklərə  qarşı  törədilmiş  erməni 
terrorizminin qısa xronikası. Bakı, “Adiloğlu”, 2009. 
3.
 
Nəbiyev B. Elmlə şeir qovuşanda. Bakı, “Çaşıoğlu”, 2011. 
4.
 
Məmməd A. Ağla, qərənfil, ağla... Bakı, “İpəkyolu”, 2014. 
5.
 
Qulamrza Səbri Təbrizi. Pozulmamış dünya. Bakı, Azərnəşr, 2010. 
6.
 
Qulamrza Səbri Təbrizi. Günəşə doğru.. Bakı, “Apastrof” çap evi, 2011. 
7.
 
Musa U. Üzü haqqa gedirəm. Bakı, “Yeni Nəşrlər Evi”, 1999. 
8.
 
Cabbarlı N. Yeni nəsil ədəbiyyatı. Bakı, “Elm”, 2006. 
9.
 
Cavad  Heyət.  Dilimiz,  ədəbiyyatımız  və  kimliyimiz  uğrunda,  2  cilddə,  I 
cild. Bakı, “Elm və təhsil”, 2011. 
10.
 
AMEA  Ədəbiyyat  İnstitutu,  Ədəbi  proses-2013.  Bakı,  “Hədəf”  nəşrləri,  


 
123 
2013. 
11.
 
Cabbarlı Ə. Kəlbəcərsiz 19 il... Bakı, “Elm”, 2012. 
12.
 
Ədəbiyyat qəzeti, 24 mart 2006, № 12 (3503). 
13.
 
AMEA Ədəbiyyat İnstitutu. Ədəbiyyat Məcmuəsi. Nizami adına Ədəbiyyat 
İnstitutunun əsərlərinin xüsusi buraxılışı, XXVI cild. Bakı, “Elm və təhsil”,  
2015. 
14.
 
Zəlimxan  Yaqub  ədəbi  düşüncədə,  3  cilddə,  III  cild.  Bakı,  “3  saylı  Bakı 
Mətbəəsi ASC”, 2014. 
15.
 
Zəlimxan Yaqub. Əsərləri, 13 cilddə, XI cild. Bakı, “Şərq-Qərb”, 2013. 
16.
 
Azərbaycan jurnalı, № 9 (2002). 
17.
 
Azərbaycan jurnalı, № 8 (2001). 
18.
 
Həsənzadə N. Seçilmiş əsərləri, 7 cilddə, II cild. Bakı, “Prometey”,  2010. 
19.
 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə. Bakı, “Elm və təhsil”, 
2016. 
 
 
Gulnar Gasimli 
 
ARTISTIC CONCEPTION OF HISTORICAL,  
SOCIAL AND POLITICAL PROBLEMS IN THE  
POEMS OF INDEPENDENCE PERIOD
 
 
Summary 
 
In  the  article  is  dealt  with  the  poems  of  independence  period.  Social  and 
political  themes  are  analyzed  in  the  poems.  Some  excerpts  from  scientific  and 
artistic works are given. The poems written about the war are studied. In the article 
is  dealt  with  role  of  poems  in  the  contemporary  literature.  The  article  is  based  on 
artistic  conception  of  social  and  political  problems  in  modern  Azerbaijani  poems. 
The subject and forms of modern poems are explained. 
 
Гюльнар Гасымлы 
 
ХУДОЖЕСТВЕННОЕ ВОПЛОЩЕНИЕ ИСТОРИЧЕСКИХ И 
ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКИХ СОБЫТИЙ  
В ПОЭМАХ ПЕРИОДА НЕЗАВИСИМОСТИ 
 
Резюме 
 
В статье говорится о поэмах периода Независимости, в которых анали-
зируются  общественно-политические  темы,  приводятся  выдержки  из  неко-
торых научных и художественных произведений, исследуются поэмы на воен-
ную  тему,  говорится  о  роли  этих  поэм  в  современной  литературе.  В  целом 
статья  основана  на  современных  азербайджанских  поэмах,  представляющих 
художественное  осмысление  общественно-политических  процессов,  разъ-
ясняется видимая связность темы и формы в современных поэмах. 


 
124 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Nigar ASLANOVA 
Azərbaycan Dövlət Pedaqoji Universiteti 
a.q.nigar@gmail.com
 
 
BƏDİİ NƏSRDƏ TARİXİ YADDAŞ PROBLEMİ VƏ  
ONUN ELMİ-NƏZƏRİ DƏRKİ
 
 
Açar sözlər: tarixi yaddaş, milli düşüncə, mənəvi dəyərlər, milli ideologiya, 
milli özünüdərk 
Key  words:  historical  memory,  national  sense,  moral  values,  national 
ideology, national consciousness 
Ключевые  слова:  историческая  память,  национальное  мышление, 
нравственные ценности, национальная идеология, национальное самосознание
 
 
Bədii  nəsrdə  tarixi  yaddaşa  müraciət  etmək  həm  də  xalqın  var-
lığını,  yaşadığı  və  keçdiyi  həyat  yolunu,  dövrün,  mühitin  ictimai-
siyasi proseslərini təsvir etmək deməkdir. 
Bədii nəsr də obrazlı təfəkkür sahəsi kimi, daim yaddaşa müra-
ciət  edir,  bizim  üçün  statik  hesab  olunan  keçmişin  zülmət  pərdəsi  ilə 
örtülən  hadisələri,  əhvalatları,  şəxsiyyətləri  bədii  təsvir  yolu  ilə  işıq-
landırır. Buna görə də xalqın yaddaşına müraciət edən yazıçılar onun 
keçmişini, etnoqrafiyasını, düşüncəsini, keçdiyi həyat yolunu dərindən 
öyrənir,  dövrü,  mühiti,  qəhrəmanlarını,  onun  mənəvi,  daxili  aləmini, 
zahiri,  fiziki  görünüşünü  təsvir  etməklə,  onu  bədii  cəhətdən  əsaslan-
dırır,  oxucunu  inandırır. Bu  əsərlər  vasitəsilə  Zərdüşt  dövrü  ilə  bağlı 
yazılan  əsərlərdən  tutmuş  ən  yaxın  tariximiz  –  20  Yanvar  qırğınları, 
eləcə də Qarabağ hadisələrinə qədər xalqın yaddaşının bədii salnaməsi 
yaradılmış  olur.  Tarixi  yaddaşı  işıqlandırarkən  yazıçının  qarşılaşdığı 
çətinliklər,  bədii  təxəyyüllə  yaddaşın  üst-üstə  düşməsi,  nəzəri  cəhət-
dən  uyğun  gəlməsi,  hər  gələn  nəsil  yazıçıların  özünün  tarixi  yaddaşa 
münasibətinin formalaşması, mövzuya, problemə orijinal yolla yanaş-
ması  kimi  məsələlər  bədii  nəsrin  milli  kimliyə  olan  marağından  irəli 
gəlirdi.  80-ci  illərdən  başlayaraq  yaddaşa  müraciət  xalqın  özünü  ta-


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə