Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə42/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   38   39   40   41   42   43   44   45   ...   137

 
111 
(Şadlıq içində  birlikdə qəmsiz və xoşbəxt  oturaq;  bundan sonra 
Sindi düşünək, Hind torpaqlarının fəthinə hazırlaşaq) 
“Fəthnameyi-Qəndəhar”da bu sətirlər vardır: 
 
 .دش هتشون و هتفگ ههيدب راهدنق ﮥمان حتف ﮥيشاح رد مارك رتشا حتف زا دعب ار تايبا نيا 
 
Bu beytlər Əştər Kəramın fəthindən sonra “Fəthnameyi-Qəndə-
har”ın haşiyəsində bədahətən söylənmiş və yazılmışdır [10, s. 38]. 
İkinci əsər “Tarixi-fəth bər Suriyan” dördlüyüdür. Hicri 962-ci il 
şaban ayının 2-də (miladi  1555-ci  il fevralın 4-ü) Suri  əfqanları  üzə-
rindəki qələbə şərəfinə yazılmışdır.  
 
ديبلﻁ نوميم علاﻂ ز درخ ﺀىشنم 
ديبلﻁ نوزوم عبﻁ ز نخس ﻯاشنا 
ناتسودنه حتف درك وچ ريرحت 
 ز ﺦيرات

 
.ديبلﻁ نويامه ريشمش
 
Əqli yaradan, qismətindən xoşbəxtlik istəyir
Sözü yaradan təbindən ahəng istəyir. 
Necə ki, qələm etdi Hindistanı fəth, 
Tarixdə, Hümayunun qılıncından istəyir [10, s. 39]. 
 
Orta  əsrlər  Azərbaycan  ədəbiyyatı  yaddaşlarda  qalan  böyük 
sənətkarlarla  zəngindir.  Hərb  poeziyasının  bu  dövr  kəsiyində  kiçik, 
lakin dərin məzmunlu əsərlərlə yadda qaldığını qeyd etmək mümkün-
dür. Müharibə və  ya döyüş səhnələrinin kiçik təsviri,  döyüş ruhunun 
yüksəldilməsi məqsədilə, eyni zamanda sonrakı nəsillərin tarix səhnə-
sində yaşanmış hadisələrlə məlumatlanmasını təmin etmək olmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan  klassik  ədəbiyyatı  kitabxanası,  20  cilddə,  II  cild.  "VII-XII 
əsrlər Azərbaycan poeziyasından nümunələr". Bakı, “Elm”, 1989. 
2.
 
Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Lider”, 2004. 
3.
 
Bürhanəddin Qazi. Divan. Bakı, “Öndər”, 2005. 
4.
 
Hacıyeva K. Bədr Şirvani. Bakı. “Ağrıdağ”, 2006. 
5.
 
Şah İsmayıl Xətai. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005. 
6.
 
Şah İsmayıl Xətai. Əsərləri, I cild. www/ocaq/net 
7.
 
Bakıxanov A. Gülüstani-İrəm. Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1951. 
8.
 
Çingizoğlu  Ə.  Məhəmməd  Bayram  Xanın  həyat  və  yaradıcılığı.  Bakı, 
“Mütərcim”, 2013. 
9.
 
Алиев Г. Байрам хан Туркменский поэт. Ашхабад, 1969. 
10.
 
Diwan of Bayram Khan. Mahmud al-Hasan Siddiqi. 
11.
 
 دمحم رتكد  مامتهاب
،
“  ناناخناخ  ناخ ماريب ناويد”  .
ار
ﻯدش
،
نيدل ماسح ديس
  ،
 رباص دمحمرتكد


 
112 
ىقيدصنسحلا
 ،
 هرامش نوتم هلسلس
۲
 ،
 ىچاراک
-
 
۱۷۹۱
،
 
12.
 
Published  by  The  Institute  of  Central  &  West  Asian  Studies  (University 
Campus) Karachi, 1971. 
 
Gullu Seidli 
 
THE MILITARY THEME IN AZERBAIJANI  
POETRY OF THE MIDDLE AGES 
 
Summary 
 
In this article is analyzed the poetry of various members poets of Azerbaijani 
literature of the Middle  Ages. There are different poets in this period of time,  who 
wrote  significant  samples  in  military  poetry;  for  instance,  Khagani  Shirvani,  Badr 
Shirvani, Muhammad Bayram Khan, Gatran Tabrizi and etc. In this article there are 
accurate  facts,  historical  events  which  caused  for  writing  of  military  poetry  in 
Azerbaijani literature.  
The  article  shows  particular  poets,  who  participated  in  historical  events 
influenced to military poetry in Azerbaijani literature.  
 
Гюллю Сеидли 
 
ВОЕННАЯ ТЕМА В СРЕДНЕВЕКОВОЙ  
АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЕ 
 
Резюме 
 
В  статье  анализируется  поэзия  разных  представителей  средневековой 
военной  литературы  Азербайджана.  В  азербайджанской  литературе  этого  пе-
риода имеются различные военные произведения, принадлежащие перу Хатаи, 
Хагани Ширвани, Бадра Ширвани, Гатрана Табризи и др. В этой статье пред-
ставлены  конкретные  исторические  факты,  события,  которые  повлияли  на 
создание интересной военной поэзии в азербайджанской литературе. 
В статье говорится о различных поэтах, которые участвовали в необыч-
ных исторических событиях, повлиявших на создание военной поэзии в азер-
байджанской литературе. 


 
113 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Gülnar QASIMLI 
Nizami adına Ədəbiyyat İnstitutu
  
gulnar0486@mail.ru
 
 
MÜSTƏQİLLİK DÖVRÜ POEMALARINDA TARİXİ VƏ 
İCTİMAİ-SİYASİ HADİSƏLƏRİN BƏDİİ DƏRKİ
 
 
Açar sözlər: poema, şair, çağdaş tarix, Qarabağ müharibəsi 
Key words: poem, poet, contemporary history, Karabakh war 
Ключевые слова: поэма, поэт, современная история, Карабах, война
 
 
Azərbaycan  ədəbiyyatı  tarix  boyu  olduğu  kimi  XX  əsrdə  də 
dünya  ədəbi  prosesinin  mühüm  tərkib  hissəsi  oldu.  Lakin  bir  əsrdə 
ölkəmizin  dörd  dəfə  ictimai-siyasi  quruluşunu  dəyişməyə  məcbur 
olması  ədəbiyyata  təsirsiz  qalmadı.  XX  əsrin  son  onilliyində  Azər-
baycan suveren dövlət kimi özünü dünyada təsdiqlədi. Ölkəmiz müs-
təqillik  əldə  etdikdən  sonra  ədəbiyyat  yeni  bir  inkişaf  mərhələsinə 
qədəm  qoydu.  Akademik  İsa  Həbibbəyli  bu  inkişafı  belə  xarakterizə 
edir:  “Həm  ədəbiyyat  tarixçiliyi  və  ədəbiyyat  nəzəriyyəsi,  həm  də 
dünya  ədəbiyyatı  və  müqayisəli  ədəbiyyatşünaslıq,  habelə  folklor-
şünaslıq  və  mətnşünaslıq  istiqamətlərində  inkişaf  prosesləri  nəinki 
başlamış, hətta xeyli dərəcədə sürətlənmişdir” [1, s. 5]. Bu tərəqqi nə 
qədər  sevindirici  olsa  da,  məlumdur  ki,  çağdaş  dövrün  ictimai-siyasi 
prosesləri  ədəbiyyata  həm  birbaşa,  həm  də  dolayısı  ilə  təsir  edir. 
Yaranmış  mövcud  çətinliklərə  baxmayaraq,  ədəbi  proses  tamamilə 
geri  çəkilmədi.  Ən  müxtəlif  formalarda  öz  varlığı  uğrunda  mübarizə 
apardı.  Söz  sahiblərinin  əksəriyyəti  nəinki  ədəbiyyatın,  hətta  dövlə-
timizin  azadlığı  üçün  xalqın  yanında  oldular.  Tənqidçi  Vaqif  Yusifli 
bu  mübarizədə  yazarların  rolunu  belə  səciyyələndirir:  “Azərbaycan 
yazıçıları müstəqillik uğrunda mübarizədə də fəal iştirak etmiş və istər 
sovet  dönəmində,  istərsə  də  90-cı  illərdə  xalqımızın  azadlıq  duyğu-
sunu, suverenlik arzularını qələmə almışlar” [1, s. 12]. Məlumdur ki, 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə