Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə40/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

 
105 
Azərbaycan poeziya məktəbi  başqa bir dildən –  dari dilindən istifadə 
etməklə  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyur.  Qətran  Təbrizinin 
müasir  dövrə  gəlib  çatmış  "Divan"ı  əsas  etibarilə  dövrün  hökmdar-
larına  yazılmış  mədhiyyə-qəsidələrdən  ibarət  olsa  da,  bunların  giriş 
hissələrində  heyranedici  təbiət  təsvirləri  özünə  yer  tapmış  və  Azər-
baycan  poeziya  məktəbinin  sonrakı  inkişafında  mühüm  rol  oynamış-
dır. Klassik poeziyamızın qüdrətli sənətkarlarından hesab edilən Qət-
ran  Təbrizi  yaradıcılığında  hökmdarlara  həsr  etdiyi  qəsidələrində  dö-
yüşə səsləyən, tərif xarakterli döyüş ab-havası  yaradan nümunələr də 
az deyil. Qəsidələrində  birbaşa döyüş səhnələri və  ya hər hansı  tarixi 
döyüşlərin  təsvirinə  rast  gəlməsək  də,  sənətkarın  müşahidə  etdiyi, 
yaşadığı  ictimai-tarixi  mühitin  kiçik  işartılarını  sezmək  mümkündür. 
Məsələn, "Əbu Mənsurun mədhi"ndə də onun iştirak etdiyi döyüşlərə, 
savaşlarda  göstərdiyi  hünərə  heyranlıq  tərənnüm  olunur.  Bu  nümu-
nələr  Əbu  Mənsurun  igidliyi  ilə  bağlı  ümumi  bir  mənzərə  yaratmış 
olur: 
 
Sən əmr versən, əməl etməmək olar üsyan
Sənin əməllərini hər danan olar kafər. 
Qılıncını yada saldıqda ruh qanla dolar, 
Əlindən ad çəkənin ağzı kimyaya dönər. 
Sənin döyüşlərinin vəsfi də igidlikdir, 
Səxavətindən açan bəhs, həqqi var, öyünər [1, s. 56]. 
 
Onun apardığı döyüşlərin təsvirini verməklə, sənətkar həm özü-
nü,  həm  də  şahın  qiymətini  qaldırmağa  çalışmışdır.  Qəsidələrdə 
döyüşlərin adı, tarixi faktlar verilməsə də, döyüş ruhu yaratmaq, eyni 
zamanda  işğalçılıq  siyasətinin  daha  da  gücləndirilməsinə  yönləndi-
rilmiş tərifnamə kimi qəbul etmək mümkündür. 
Azərbaycanda  İntibah  dövrü  ədəbiyyatının  ilk  qüdrətli  nüma-
yəndəsi  dahi  şair  Xaqani  Şirvanidir.  O,  Nizamiyə  qədər  ədəbiyyata 
güclü ictimai-humanist məzmun və yüksək sənətkarlıq gətirmişdir.  
Xaqani  Şirvani  yaradıcılığında  qəsidələr  önəmli  yer  tutmuşdur. 
Təbii ki, şahlara, sayılıb-seçilən insanlara həsr etdiyi mədhiyyələri heç 
vaxt  yersiz  olmayıb.  İctimai-siyasi  hadisələr,  tarixi  faktlar  mədhiy-
yələrin  yazılmasına  şərait  yaradırdı.  Heç  bir  zaman  təsadüfi  mədhlər 
sənətkarın  yaradıcılığını  bəzəməmişdir.  Şirvanşah  Mənuçöhrə,  onun 
oğlu Axsitana, Qızıl Arslana və başqa hökmdarlara, əsilzadələrə xeyli 
mədhiyyələr  yazılmışdır. Bu cür mədhlərdə biz şahların həyata keçir-
diyi  müxtəlif  səpkili  səfərlər,  döyüşlərdən  məlumat  əldə  bilirik.  Mə-


 
106 
sələn, "Şirvanşah Axsitanın tərifi" başlığı altında Xaqani Şirvani şahın 
qazandığı  qələbələrin  böyüklüyündən,  onun  şücaətindən  söhbət  açır. 
Sənətkar konkret döyüşün təsvirini vermir, apardığı döyüşlərin nəticə-
sindən danışaraq, zəfərlərinin aliliyinə tərif yağdırmışdır. 
 
Böyük xaqanımız Əbülmüzəffər,  
Zəfər çalanların önündə gedər. 
Xəzran ordusuna qələbə çalmış,  
Boynuna Xizəran kəməndi salmış.  
Əlindən dəryalar göhərlə dolmuş, 
Gövhər taclıların gövhəri olmuş [2, s. 200]. 
 
Axsitanın  hünəri  sayəsində  Şəbran,  Dərbəndi  işğal  etməsini 
tərifləyir.  Yürüşləri  nəticəsində  xeyli  mal-dövlət  əldə  etmiş,  ərazilərə 
sahib  çıxmışdır.  Klassik  qəsidə  ənənələrinə  sadiq  qalaraq,  eyni  for-
mada,  məzmunda  Axsitanın  apardığı  işğalçılıq  siyasətinə  bəraət  qa-
zandırmışdır. 
 
Rey ilə Xəzranı, Zirəgəranı, 
Bakı istər etsin şahın qurbanı.  
Göylər qılıncına göstərdi mədəd,  
Fəth oldu əliylə Şəbəran, Dərbənd [2, s. 201]. 
 
Xaqani  Şirvaninin  "Şirvanşah  Mənüçöhrün  tərifi"  adlı  qəsidə-
sində  şahı  tərif  edərək  onun  zəfərlə  başa  vurduğu  döyüşlərin,  əldə 
etdiyi  torpaqların  böyük  qələbə  olduğunu  qeyd  edir.  Tarixdə  ad 
qoymuş şahların axıtdıqları düşmən qanının qazanılan zəfər qarşısında 
olduqca  adi  görünməsi  sənətkarın  mədhi  zamanı  ortaya  çıxır,  hətta 
Xaqani  Şirvani  düşmənə  kinayə  ilə  yanaşaraq,  tökülən  düşmən 
qanının torpaqda yenidən cücərəcəyinə eyham vurur: 
 
Axıtdı qanını qıpçaqların bu meydanda
Boyandı Çin ipəyi tək-qılıncı al qanda.  
Təəccüb etmə, o torpaqda ki, bitir otlar
Bitərsə başları qıpçaqların olanda bahar [2, s. 210]. 
 
Görkəmli  dövlət  xadimi,  ana  dilində  yaranan  şeirin  inkişafına 
xüsusi  qayğı  ilə  yanaşan,  özü  bu  dildə  ölməz  sənət  inciləri  yaradan 
Şah İsmayıl Xətai Azərbaycan xalqının ictimai-siyasi və mədəni yük-
səlişində müstəsna xidmətləri оlan nadir şəxsiyyətlərdəndir.  
Geniş  siyasi  fəaliyyəti,  apardığı  yürüşlər  onu  daha  soyuqqanlı 


 
107 
döyüş  xarakterli  əsərlər  yazmağa  sövq  etməli  idi.  Ancaq  sənətkarın 
yaradıcılığında  məhəbbət,  təriqət  məzmunlu  nümunələr  çoxluq  təşkil 
edir.  Təbii  ki,  ictimai-siyasi  məsələlər,  döyüş  ruhu  bu  və  ya  digər 
şəkildə yaradıcılığında öz yerini almışdır.  
Sənətkarın  yaradıcılığında  panteizm  ruhu  çox  güclü  olmuşdur. 
Onun  sənət  nümunələrindəki  hərb  ruhlu,  məzmunlu  şeirlər  nisbətən 
fərqli  yönümdədir.  Döyüşən  əsgərlərin  döyüşkən  ruhunu  qoruyub 
saxlamaq, həvəsləndirmək onun şeirlərində öz yerini almışdır. Belə ki, 
Xətai  təriqət  məzmunlu  şeirlərində  din  uğrunda  şəhid  olmuş  ərən-
lərdən,  bu  yolun  böyüklüyündən,  şərəfli  olmasından  bəhs  edir.  Sanki 
bu  şeirləri  ilə  xalqı  ruhlandırmaq,  döyüşən  əsgərlərin  döyüş  ruhunu 
qaldırmağı qarşısına böyük məqsəd olaraq qoymuşdur: 
 
Şaha qurban gətirdik biz bu canı, 
Şahın sözü bizim imanımızdır. 
Həsudə yоxdurur, yalansıya mərg 
Ki, gerçək söhbəti bürhanımızdır. 
 
Şahı hər deyibən girdik bu yоla, 
Hüseyniyüz, bu gün dövranımızdır. 
Biz imam qullariyüz sadiqanə, 
Şəhidlik, qazilik nişanımızdır [3, s. 53]. 
   
 
 
 
Şah  İsmayıl  Xətai  poeziyasındakı  çağırış  dolayı  yolla  sufi  pər-
dəsi altında, nəsihətlərində, ya da birbaşa döyüşə çağırış motivləri ilə 
zəngindir.  Xüsusilə  də,  ilahi  sevginin  tərənnümü  zamanı  imamların 
(əsas etibarilə İmam Hüseynin) tökdüyü qanın, şəhidlik zirvəsinə ucal-
masına  eyham  edir,  bu  yolun  döyüşən  ərənlər  üçün  də  ruhlandırıcı 
amil olaraq dolayı şəkildə təqdim etmişdir.  
XIV  əsrdə  yaşayıb-yaratmış  Azərbaycan  şairi  və  dövlət  xadimi 
Qazi  Bürhanəddin  sənət  nümunələrində  hərb  motivli  misralar,  eyni 
zamanda döyüş ruhu hiss olunan şeirləri də az deyildir.  
Qazi  Bürhanəddinin  yazdığı  tuyuqlarında  igidliyə,  mərdliyə 
həvəsləndirən,  döyüş  zamanı  ər  olub,  qorxmadan  meydana  atılmağı 
təbliğ edən nümunələri vardır.  
 
Ərənlər öz yolunda ər tək gərək, 
Meydanda ərkək kişi nər tək gərək
Yaxşı-yaman, qatı-yumşax olsa xoş, 
Sərvərəm deyən kişi ərkək gərək [3, s. 57]. 
 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə