Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə37/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   33   34   35   36   37   38   39   40   ...   137

 
96 
görünməlidir. Sənəmin əsas müsbət cəhətləri mühafizəkar mühitə qar-
şı  çıxa  bilməsi,  mübarizliyi,  cəsarətli,  ağıllı,  tədbirli  olmasıdır.  O, 
Azərbaycan  qadınına  məxsus  milli  keyfiyyətləri  də  özündə  cəmləş-
dirmişdir:  namusludur,  sədaqətlidir,  gözü-könlü  toxdur.  Sənəm  həm 
də müasir dünyagörüşlü bir qadındır, yüngül əxlaqlı kişilərə, Həsənəli 
bəy  kimilərə  elə  bir  dərs  verir  ki,  onlar  bir  daha  elə  bir  addımı  dü-
şünməsinlər  belə.  Həsənəli  bəyin  təklifini  zahirən  qəbul  etmiş  kimi 
özünü göstərən Sənəm onu evinə dəvət edir. Elə təzəcə söhbətə başla-
yanda,  əvvəlcədən  planlaşdırdığı  kimi  həyat  yoldaşı  gəlir.  Darvaza 
döyüldükcə  Həsənəli  bəyin  həyəcanı,  təşvişi,  qorxusu  daha  da  artır. 
Evdən  çıxmağa  macalı  olmayan  Həsənəli  bəy  Sənəmin  göstərişi  ilə 
sandığa  girir,  Sənəmsə  sandığı  bağlayıb  açarını  götürür.  Artıq  hər 
şeyin sonu gəldiyini düşünən, ölüm anını gözləri qarşısına gətirən bu 
qadın düşkünü yenə də Sənəmin sayəsində ölümdən xilas olur. Onun-
çün  aydın  olur  ki,  Sənəm  istəsəydi,  elə  oradaca  onun  həyatına  son 
qoyulacaqdı. Ancaq Sənəmin məqsədi ona yaxşı bir dərs vermək idi: 
“Çıx  bayıra,  ey  xeyirxah  müsəlman,  tez  də  əkil  buradan.  Səni  Allah 
saxlasın. Hə, mənə minnətdar ol ki, həyatını satın aldım. Sən gördün 
ki, istəsəydim səni bircə söz ilə yox edərdim. Lakin bunu etmədim ki, 
sən  bütün  həyatın  boyu  yadda  saxlayasan  ki,  özgəsinin  arvadına  pis 
gözlə  baxmaq  yaxşı  iş  deyil,  həm  də  qorxuludur..  Bu,  Allahın  qar-
şısında günah, adamların qarşısında biabırçılıqdır! Rədd ol!” [4, s. 40] 
Əsərdən həm də bu da aydın olur ki, belə “dərs”in təşkil olunması heç 
də  birinci  dəfə  deyil.  Gənc  və  gözəl  qadın  Sənəm  isə  həmişə  yüngül 
əxlaqlı şəxsləri yerində oturtmağı bacarmış, öz adını, namusunu ləya-
qətlə  qorumuşdur.  Əsərin  sonu  Sənəmin  aşağıdakı  sözləri  ilə  bitir  ki, 
bu  çıxışı  dramaturgiyamızdakı  məşhur  monoloqların  başlanğıc  mər-
hələsi hesab etmək olar: “Qoy bütün kişilər bilsinlər ki, biz müsəlman 
qadınları onların təsəvvür etdikləri iradəsiz, ağciyər, aciz qadınlar de-
yilik və heç də təkcə onların istəyinə qulluq etmirik. Biz də özümüzü 
sərbəst idarə etməyi bacarırıq!” [4, s. 41] 
Beləliklə,  XX  əsrin  əvvəlləri  Azərbaycan  ədəbiyyatı  və  mədə-
niyyəti  tarixində  özünəməxsus  mövqeyi  olan,  çoxcəhətli  yaradıcılığı 
ilə diqqəti cəlb edən məşhur şəxsiyyətlərdən biri, Naxçıvan ədəbi mü-
hitinin  istedadlı  nümayəndəsi  Eynəli  bəy  Sultanovun  məşhur  “Azər-
baycan qızı” əsəri Eynəli bəyin müsəlman qadınını da Avropa ölkələ-
rinin qadınları kimi müasir, öz hüquqlarını bilən, zəngin dünyagörüş-
lü, ağıllı, iradəli, mübariz görmək arzusundan yaranmışdır. XIX əsrin 
səksəninci illərində qadın azadlığı mövzusunda qələmə alınmış “Azər-
baycan qızı” komediyası o dövr üçün ciddi  əhəmiyyət  daşıyırdı.  Və-


 
97 
tənpərvər yazıçı, dramaturq Eynəli bəy Sultanovun “Azərbaycan qızı” 
komediyası elə bir mövzuya həsr olunmuşdur ki, bu mövzu o zaman 
üçün  də  aktual  idi,  bu  günümüz  üçün  də  aktualdır  və  bəşər  övladı 
yaşadığı  müddətdə  də  aktuallığını  itirməyəcəkdir.  Çünki  bu  əsərdə 
Azərbaycan qadınının timsalında bütün gənc, gözəl, namuslu, sədaqət-
li, ağıllı qadınlara yüksək hörmət və sevgi, qadın azadlığına, qadınlar-
la kişilərin bərabərliyinə rəğbət ifadə olunmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Məmmədquluzadə  C.  Əsərləri:  4  cilddə,  IV  c.  (Tərtib  edəni  İsa  Həbib-
bəyli). Bakı, “Öndər”, 2004. 
2.
 
Həbibbəyli İ.Ə. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azər-
nəşr, 1997. 
3.
 
Sultanov E. Xalqa məhəbbət. “Закавказье” qəz., 19 sentyabr 1907, № 10. 
4.
 
Pyeslər  (Toplayanı  və  tərtib  edəni  Dilarə  Məmmədova).  Bakı,  “Gənclik”, 
1984. 
5.
 
Quliyev V. Mirzə Cəlilin “huşyar dostu”. Bax: Eynəli bəy Sultanov: taleyi 
və sənəti. Bakı, “Elm və təhsil”, 2011. 
6.
 
Məmmədova  D.  Eynəli  bəy  Sultanovun  “Sənəm”  pyesi.  Bax:  Eynəli  bəy 
Sultanov: taleyi və sənəti. Bakı, “Elm və təhsil”, 2011. 
7.
 
Maqsudov  İ.  Eynəli  bəy  Sultanov  (həyat  və  yaradıcılığı).  (Tərtib  edəni 
Elxan Məmmədov). Bakı, “Elm və təhsil”, 2016.  
 
Aygun Orujova 
 
SOME NOTES ABOUT EYNALI BEY SULTANOV’S  
WORK “AZERBAIJANI GIRL” 
 
Summary 
 
The  article  deals  with  the  qualities  of  the  famous  play  “Tatarka”  by 
Eynalibey Sultanov’s pen. He  was one  of  the  most prominent  figures and talented 
representatives of the Nakhchivan literary environment, and held his own rank in the 
Azerbaijan  culture  and  literature  history  of  the  XX  century  beginnings;  his  works 
draw  attention  primarily  for  their  many-sidedness.  In  fact,  in  this  work  is  reflected 
Eynalibey’s desire to see a Muslim  woman such contemporary, right-aware, open-
minded,  intelligent,  strong-willed  and  active  as  women  in  Europe.  The  comedy 
“Tatarka” written on the topic of women’s rights in the 80s of the XIX century, of 
course, was an unprecedented bold work in its time. 
 
 
 
 
 


 
98 
Айгюн Оруджева 
 
НЕКОТОРЫЕ ЗАМЕЧАНИЯ О РАБОТЕ  
ЭЙНАЛИ БЕКА СУЛТАНОВА «ТАТАРКА» 
 
Резюме 
 
В  статье  идет  речь  о  достоинствах  известной  пьесы  «Татарка»,  при-
надлежащей  перу  Эйнали  бека  Султанова,  одного  из  виднейших  деятелей  и 
талантливого  представителя  Нахчыванской  литературной  среды,  занявшего 
свое  место в истории культуры  и  литературы  Азербайджана  начала  XX  века, 
чье творчество привлекает внимание прежде всего своей многосторонностью. 
В  сущности,  в  этом  произведении  отражено  желание  Эйнали  бека  видеть 
мусульманскую  женщину  такой  же  современной,  знающей  свои  права,  с 
широким  кругозором,  разумной,  волевой  и  активной,  как  женщины  Европы. 
Комедия  «Татарка»,  написанная  на  тему  женского  равноправия  в  80-х  годах 
XIX  века,  конечно  же,  являлась  беспримерно  смелым  произведением  для 
своего времени. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə