Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə36/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   32   33   34   35   36   37   38   39   ...   137

 
94 
ilk  tərəfdarlarından  və  ardıcıl  təbliğatçılarından  olan  Eynəli  bəy 
Sultanovun bütün yaradıcılığı və fəaliyyətindən bu mövzu qırmızı xətt 
kimi  keçmişdir.  1907-ci  ildə  çap  olunmuş  “Qadın  və  kişi”  adlı  mə-
qaləsində qadınların bütün növ azadlıqlarının əllərindən alınmasından 
“odlu-odlu”,  “yanıqlı-yanıqlı”  (Cəlil  Məmmədquluzadə)  bəhs  etmiş-
dir: “Nə üçün qadın, təbiətin bu sevimli, ağıllı, gözəl məxluqu kişinin 
iradəsinə tabe olmalıdır? ... ailədə arvadını qıfıl altında saxlayan mey-
munaoxşar,  kifir,  əxlaqca  pozğun  bir  müstəbidin  hökmlərini  yerinə 
yetirməlidir?  Nə  üçün  onun  gözəlliyi  vaxtsız  solmalı,  qəlbinin  ən 
munis  arzuları  məhv  olmalıdır?  Nə  üçün  o,  azadlıq  kimi  böyük  bir 
nemətdən məhrum edilməlidir?” [5, s. 34]. 
“Azərbaycan qızı” əsərinin əsas qəhrəmanı, müsbət qadın obrazı 
Sənəmdir.  Sənəm  XIX  əsrin  70-ci  illərində  yaşamış  Azərbaycan  qa-
dınlarına müsbət ideal və ya nümunə, etalon kimi təqdim edilmiş, real 
həyatdan  alınmış,  ümumiləşdirilmiş  və  fərdi  keyfiyyətlərilə  diqqəti 
cəlb  edən  bir  obrazdır.  Sözsüz  ki,  böyük  sənətkar  bu  əsəri  yazarkən 
dünya ədəbiyyatının bir çox müsbət müasir qadın obrazları yaradılmış 
əsərlərindən təsirlənmişdir. Vaxtilə tədqiqatçılar Sənəm surəti ilə ital-
yan  dramaturqu  Karlo  Qoldoninin  “Mehmanxana  sahibəsi”  əsərində 
yaratdığı  Merondolina  obrazı  arasındakı  oxşarlıqlardan,  ingilis  mütə-
fəkkiri, utilitarizm (müasir dövr demokratiyası – A.O.) nəzəriyyəsinin 
tərəfdarı  Con  Stüart  Millin  əsərlərinin,  fransız  vodevillərinin,  Seyid 
Əzim  Şirvaninin  “Məkri-zənan”  mənzum  hekayəsinin  təsirindən  söz 
açmışlar.  “Azərbaycan  dramaturgiyasında  kiçikhəcmli  pyeslərin  yeri 
(XIX əsr, XX əsrin əvvəlləri)” mövzusunun tədqiqatçısı, filologiya üz-
rə fəlsəfə doktoru, dosent Dilarə Məmmədova bu əsəri folklor motiv-
ləri  əsasında  yazılmış  pyeslər  sırasına  daxil  etmiş,  konkret  olaraq 
əsərin “Məkri-zənan” nağılı əsasında yazıldığını vurğulamışdır. Fikri-
mizcə,  müəllifin  bu  qənaətinə  səbəb  Eynəli  bəy  Sultanovun  özünün 
pyesə yazdığı müqəddimə olmuşdur. Həmin müqəddimə belədir: “Təq-
dim olunan pyesin məzmunu nağıla oxşasa da, real həyatdan götürül-
müşdür.  Pyes  yazılıb  qurtardıqdan  sonra  müəllifə  təsadüfən  məlum 
olmuşdur  ki,  İran  məcmuələrinin  birində  “Qadın  kələyi”  adlı  novel-
lanın da sonu buradakı kimi bitir. Müəllif güman edir ki, oxucu pyesin 
məzmununun  başqa  əsərlərdən  götürüldüyünü  zənn  etsə  də,  onun  əsl 
mahiyyətini  fabulada  axtarmayacaqdır.  Əgər  oxucu  kitabı  oxuyarkən 
orada  müsəlman  qadınlarının  mənəvi  aləmini,  hər  şeylə  maraqlanan 
avropalıdan  gizlədən  pərdənin  bir  tərəfini  azca  qaldırılmış  görərsə, 
müəllif özünü məmnun bilər” [6, s. 131]. Eynəli bəy Sultanov müsəl-
man  qadınlarının  hüquqsuzluğunu  ört-basdır  edən  bu  pərdənin  “bir 


 
95 
tərəfini” qaldırmağa cəsarət edən ilk dramaturq olmuşdur. Sonralar bu 
pərdəni  tamamilə  qaldıraraq bütün  dəhşətləri ilə  müsəlman qadınları-
nın həyatını göz önünə gətirən isə “Ölülər” (1909) tragikomediyasının 
müəllifi  Cəlil  Məmmədquluzadə  olmuşdur.  XIX  əsrin  səksəninci 
illərində  qələmə  alınmış  “Azərbaycan  qızı”  komediyası  isə  o  dövr 
üçün, əlbəttə ki, çox böyük və misilsiz bir cəsarət idi. Teatrşünasların 
fikrincə,  əsər  1884-cü  ildə  Naxçıvan  şəhər  məktəbinin  inspektoru 
Nikolayevin  təşəbbüsü  və  həvəskarların  iştirakı  ilə  xeyriyyə  məqsədi 
üçün  tamaşaya  qoyulmuşdur.  Bu  əsərin  tamaşası  haqqında  filologiya 
elmləri  namizədi,  dosent  İzzət  Maqsudov  yazmışdır:  “Tatarka”  əsəri 
çap olunmadığı üçün ilk tamaşadan sonra əsərin oynanılmasına senzor 
icazə vermir. Buna görə  də Eynəli bəy Sultanov əsəri İrəvana aparıb, 
öz  xərci  ilə  çap  etdirir,  sonradan  əsəri  şəhər  müəllimlərinin  və 
cəmiyyət  üzvlərinin  köməyi  ilə  tamaşaya  qoyur.  Naxçıvan  mühitində 
Azərbaycan qadınlarının ağıl və fərasətcə üstün olduğunu göstərən bu 
əsər çox böyük müvəffəqiyyət qazanır” [7, s. 35]. Hörmətli alim əsə-
rin əsas ideyasını da ilk olaraq düzgün müəyyənləşdirmişdir: “Pyesdə 
müəllifin  oxuculara  çatdırmaq  istədiyi  əsas  ideya  Azərbaycan  qadın-
larının  analıq  şərəfinə  toxunan,  mənliyini  təhqir  edən,  sevgisini,  sə-
daqətini qiymətləndirməyən burjua əxlaqının və dini ehkamların ifşa-
sıdır” [7, s. 103]. 
Əsərin  Azərbaycan  dilinə  tərcümə  edilməsi,  ilk  dəfə  Azərbay-
canda  nəşr  olunması  və  tədqiqi  tarixində  adını  yuxarıda  da  qeyd  et-
diyimiz filologiya üzrə fəlsəfə doktoru, dosent Dilarə Məmmədovanın 
mühüm xidmətləri olmuşdur. Rus dilində “Tatarka” adı ilə nəşr olunan 
və  uzun  müddət  elə  bu  adla  da  tanınan  və  sevilən  bu  əsəri  Dilarə 
xanım 1984-cü ildə “Pyeslər” kitabında nəşr edərkən əsas qəhrəmanın 
adı  ilə  “Sənəm”  adlandırmışdır.  Görünür,  müəllif  haqlı  olaraq  azər-
baycanlıların “tatar” adlandırılmasını düzgün hesab etməmişdir ki, bu 
mövqe ilə biz də razıyıq.  
Əsər iki pərdədən və birinci pərdədə yeddi, ikinci pərdədə isə on 
bir  gəlişdən  ibarət  olan  sadə  süjetli  komediyadır.  Burada  cəmi  altı 
nəfər  iştirak  edir,  bunlardan  üçü  müsbət  (Sənəm,  onun  həyat  yoldaşı 
Ağa Şərif və qulluqçusu Pəri), üçü isə (istefaya çıxmış arvadbaz gənc 
zabit  Həsənəli  bəy,  onun  nökəri  Əliqulu  və  ara  düzəltməkdə  məşhur 
qarı Nisə xala) mənfi planda işlənmiş obrazlardır. Gənc, gözəl və na-
muslu  qadın  olan  Sənəm  çox  varlı  bir  ailədəndir.  Lakin  onu  var-
dövlət,  pul  maraqlandırmır.  Valideynlərinin  razılığı  olmadan  özünün 
seçdiyi şəxsə qoşulub qaçan Sənəm azad sevgi əsasında ailə qurmuş-
dur.  Bu  səbəbdən  əsərdə  sentimentalizmə  müəyyən  meyil  də  təbii 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə