Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə38/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

 
99 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1 
 
Yasemin MEYDAN 
Nizami adına Ədəbiyyat İnstitutu 
yaseminmeydan@gmail.com
 
 
AZƏRBAYCAN TARİXİ ROMANLARINDA  
ŞAH İSMAYIL OBRAZI
 
 
Açar sözlər: tarixi roman, dövlət xadimi, Səfəvilər dövləti 
Key words: historical novel, statesman, the Safavids state 
Ключевые слова: исторический роман, государственный деятель, госу-
дарство Сефевидов
 
 
Azərbaycanın görkəmli dövlət xadimi, qüdrətli şairi Şah İsmayıl 
Xətainin  sənət  anlayışı  ədəbiyyat  tarixində  özünəməxsus  yer  tutur. 
Bununla yanaşı, onun bir sərkərdə və dövlət başçısı kimi fəaliyyəti də 
daim  diqqət  mərkəzində  olmuşdur.  Onun  həyat  və  fəaliyyətini  həm 
tarixçilər,  həm  də  yazarlar  həmişə  diqqətdə  saxlamışlar.  Yavuz 
Axundlu  “Azərbaycan  tarixi  romanı:  Mərhələlər,  problemlər  (1930-
2000)”  monoqrafiyasında  bu  barədə  yazır:  “Xalqımızın  böyük  oğlu, 
fədakar  dövlət  xadimi,  qüdrətli  sərkərdə  və  gözəl  şair  Şah  İsmayıl 
Xətainin  anadan  olmasının  500  illiyi  ərəfəsində  nəsrimiz  həmin  əla-
mətdar hadisəni dörd romanla qeyd etdi. Ə.Cəfərzadənin “Bakı-1501”, 
F.Kərimzadənin  “Xudafərin  körpüsü”  və  “Çaldıran  döyüşü”,  Ə.Nica-
tın “Qızılbaşlar” romanları” [1, s. 254]. Bu romanlar yazıldığı vaxtlar-
dan tədqiqatçıların marağına səbəb olmuş, haqlarında müxtəlif araşdır-
malar aparılmışdır.  
Şah  İsmayıla  həsr  olunan  bu  romanları  bir-birinə  bağlayan  və 
fərqləndirən cəhətlər vardır. Şübhəsiz ki, hər üç romanda ilk növbədə 
Xətainin  Azərbaycan  dövlətçiliyi,  parçalanmış  torpaqlarımızın  birləş-
dirilməsi əsas yer tutur, Azərbaycan xalqının dövlətçilik uğrunda apar-
dığı mübarizələrə daha çox diqqət yetirilir.  
Ə.Cəfərzadənin  "Bakı-1501"  romanında  Şah  İsmayıl  Xətai  xa-
rakteri, tarixi və müəllif mövzu baxımından məsələlərin müqayisəsini 


 
100 
aydın  şəkildə  işləmişdir.  “Bakı-1501”  romanında  əsas  etibarı  ilə  bö-
yük Azərbaycan hökmdarının Bakıya yürüşü təsvir olunmuşdur. Lakin 
romandakı tarixi hadisələr yalnız bununla məhdudlaşmır, Şah İsmayıl 
Xətainin  hakimiyyətə  gəlişi,  Şirvanı  alması,  digər  uğurları,  Osmanlı 
hökmdarı Sultan Səlimlə münasibətləri, şeir yaradıcılığı, sənətkarlarla 
münasibəti  və  başqa  məqamlar  diqqət  mərkəzinə  gətirilir.  Yəni  Şah 
İsmayılın xarakterini dörd cəhətdən səciyyələndirmək istəmişdir: Sər-
kərdə, padşah, şeyx və şair.  
“Bakı-1501”  romanı  üç  hissədən  ibarətdir.  Birinci  hissədə  İs-
mayılın  Bakıya  gəlməsi  və  Şirvanı  alması  təsvir  olunur.  Bu  gəlişin 
əsasında onun ailəsinin intiqamını almaq dayanır. İkinci hissədə artıq 
o,  çoxlu  ölkələr  fəth  etmiş  qüdrətli  hökmdar  olaraq  təqdim  olunur. 
Üçüncü hissə Sultan Səlimlə olan münasibətlərinə və mənəvi keyfiy-
yətlərinə daha çox işıq salınır.  
Romanda  Şah  İsmayıl  Azərbaycan  dövlətinin  yaradıcısı  kimi 
göstərilir. Onun mənfi və müsbət cəhətləri qələmə alınır. Müəllif heç 
bir tərəfgirlik etmir.  
Bu əsər haqqında Cəmilə Məhərrəmova belə qənaətə gəlmişdir: 
“Tarixdən məlumdur ki, Şah İsmayıl Xətai çoxlu siyasi çəkişmələr və 
müharibələrdən  keçmiş,  böyük  qələbələr  qazanmışdır.  Lakin  Əzizə 
Cəfərzadə öz qəhrəmanının bu tarixi xüsusiyyətlərini əsərin mərkəzinə 
çəkməmiş, Xətainin hərbi fəaliyyətinə az yer vermişdir. İlk hissələrədə 
yazıçı siyasi çəkişmələrə müəyyən yer versə də, bunlarda gənc İsma-
yılın möhkəm iradəsini, qəhrəmanlıq hünərini, vətənpərvərlik duyğu-
larını açıb göstərməyə başlıca diqqət yetirir. Məhz bu hissələrdə oxucu 
Xətainin  həm  fiziki,  həm  də  mənəvi  cəhətdən  mətin,  ölümdən  qorx-
mayan  əsgər  və  sərkərdə,  mərd  bir  qəhrəman  kimi  görür.  Çətin  dö-
yüşlərdə,  Bakı  qalasını  təslim  edəndə,  Suraxanı  atəşgədəsinə  daxil 
olanda axan insan qanları gənc hökmdar İsmayılı dərindən düşündürür 
və sarsıdır. Lakin böyük vətənpərvərlik idealı – vətəni böyük və qüv-
vətli  dövlət  halında  birləşdirmək  arzusu  onun  tərəddüdlərindən  üs-
tündür. Xətai öz vətənpərvərlik idealı ilə, ana vətənə məhəbbəti ilə, ən 
ağır  döyüş  səhnələrində  belə  rəğbət  doğurur.  Çünki  o,  siyasi  fəaliy-
yətini  şəxsi  arzu  və  istəklərə  yox,  vətənin  taleyinə,  bütövlüyünə  həsr 
edir, bu yolda hər dəqiqə canından keçməyə hazırdır” [2, s. 5]. 
F.Kərimzadənin  "Xudafərin  körpüsü"  romanında  Şah  İsmayılın 
bədii  xarakteri  təhlil  edilmiş,  eyni  ilə  roman  tarixi  və  estetik  baxı-
mından araşdırılmışdır. F.Kərimzadənin "Çaldıran döyüşü" romanında 
da  Şah  İsmayıl  Xətainin  bədii  fəaliyyəti,  onun  bir  şair  kimi  dünya-
görüşü,  bir  din  bilicisi  olması  qələmə  alınmışdır.  Romanda  mühari-


 
101 
bənin tarixinə bədii baxış istiqamətində yeni faktlar üzə çıxarılmışdır. 
“Xudafərin körpüsü” və “Çaldıran döyüşü” romanlarında Şah İsmayı-
lın  ömür  və  mübarizə  yolu  xronoloji  ardıcıllıqla  verilir.  Yazar  daha 
çox  tarixi  faktlara  və  sənədlərə  istinadən  Şah  İsmayıl  dövrünün  və 
Səfəvi xanədanı tarixinin epik mənzərəsini canlandırmağa çalışır.  
Fərman  Kərimzadənin  “Xudafərin  körpüsü”  romanı  əslində  iki 
hissəlidir. Birinci hissə “Dəmir ağacdan asılan beşik”, ikinci hissə isə 
“Uzun Həsən, Gödək Əhməd” adlanır. Bu roman dilogiyadır, yəni iki 
kitabdan  ibarətdir.  Birinci  kitab  “Xudafərin  körpüsü”,  ikinçi  kitab 
“Çaldıran döyüşü” adı ilə məşhurdur. Əslində bu romanların əsas qəh-
rəmanı xalqdır.  
F.Kərimzadə  digər  həmkarlarından  fərqli  olaraq  Şah  İsmayılı 
həm hökmdar, həm də şair kimi canlandırmışdır. Onun ağlının və qəh-
rəmanlığının bir-birini tamamladığı göstərilir.  
Ə.Nicatın "Qızılbaşlar" romanında Şah İsmayılın real obrazı ilə 
yanaşı, müəllif xəyalının yaratdığı obraz da özünü göstərir. Buna görə 
də,  əsər  haqqında  müxtəlif  fikirlər  meydana  çıxmışdır.  Müəllif  əsəri 
yazan kimi çap etdirə bilməmiş, əsər  yazılandan xeyli sonra işıq üzü 
görmüşdür. Buna görə də, müəllif təkrarən əlyazmaya müraciət etmiş, 
onu  işləyib  daha  da  təkmilləşdirmişdir.  Müəllifin  bu  mövzuya  müra-
ciət  etməsinin  səbəbi  sovet  imperiyasında  milli  özünəqayıdış  duyğu-
sunun oyanışı və müstəqil dövlətçilik ideallarının güclənməsi ilə əla-
qəli  idi.  Həmin  dövr  millətimizin  tarixində  önəmli  mərhələ  olduğu 
kimi,  Şah  İsmayılın  özü  də  Azərbaycan  tarixində  və  ədəbiyyatında 
müstəsna xidmətləri olan şəxsiyyətlərdən biri kimi diqqəti cəlb edir.  
Ə.Nicat əsərdə qızılbaş ideologiyasını elmi-publisist şəkildə de-
yil, obrazların dialoq, mükalimə və qarşılıqlı münasibətlərində aşkar-
lamışdır. Əsas diqqəti isə bu hərəkətin nəticəsi kimi, vahid Azərbay-
can dövlətinin yaranmasına yönəltmiş, Çaldıran döyüşünün türk dün-
yasına  gətirdiyi  faciələri  və  fəlakətləri  əks  etdirmişdir.  “Qızılbaşlar” 
romanında  Şah  İsmayılın  canlı  xarakterini  yaradan  Əlisa  Nicat  onu 
vətənpərvər, mübarizə aparan, xalqın azadlığı uğrunda, əqidəsi, amalı 
yolunda  bütün  çətinliklərə  sinə  gərən  bir  şəxs  kimi  təqdim  etməyə 
çalışmışdır.  
Yazıçının  bu  səyi  nəticəsiz  qalmamış,  roman  vasitəsilə  sovet 
ideologiyası çərçivəsində bədii və ictimai məfkurəyə hakim olan dur-
ğunluğu, ətaləti, cəmiyyətin özünə, tarixinə, keçmişinə olan biganəlik 
sindromunu müəyyən qədər aradan qaldırmağa nail olmuşdur. 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə