108
Çox güman ki, sənətkar əsgərlərin döyüş ruhunu qaldırmaq
məqsədilə bu səpkidə tuyuqlar yazmışdır. Erkək meydanda necə dav-
ranmalı, özünə güvənən kişi mərdi-mərdanə tufan qoparıb, cəsarətilə
hər kəsə nümunə olmalıdır – fikri tuyuqlarında əsas ideyanı təşkil edir.
Qazi Bürhanəddin hökmdar olmuşdur. Bunu nəzərə alsaq, şeir-
lərində mərdlik və hünərin tərənnüm olunması təəccüblü deyil. Mütə-
madi olaraq, qaynar sosial-siyasi fəaliyyəti onu bir qədər məhəbbət,
dini, mistik motivli şeirlərə daha çox yönləndirmişdir. Lakin ərənlərə
yol verəcək, onları
meydana səsləyən, ruhlandıran tuyuqları da vardır:
Qoşunlar bir-birinə qaxşaşmaşda,
İki aləm çərisi çaxşaşmaşda,
Topumuz bolınısar xalqa ümid,
Bu cəhan xalqı işi oxşaşmaşda.
XV əsr Azərbaycan şairi Bədr Şirvani poeziyasında yaşadığı
çətin tarixi şəraiti, hərbi sıxıntıları yaradıcılığında ortaya qoyan sə-
nətkarlardandır. Bədr Şirvaninin dövrümüzə qədər gəlib çatan divanı
vardır. Bu divanda 12473 beytdən ibarət olan qəzəl, qəsidə, rübai,
mərasi, müqəttiat, həbsiyyat, məsnəvi, təvarix, müəmma kimi janrlar
yer almışdır. "Divan hal-hazırda Özbəkistan Elmlər Akademiyasının
Əbu Reyhan adına Şərqşünaslıq İnstitutunda 132-ci nömrə altında
qorunmaqdadır" [3, s. 30].
Bədr Şirvani dövrünün ictimai-tarixi və mədəni mənzərəsinə
nəzər saldıqda, onun müəyyən döyüş motivli beytlərinin nədən qay-
naqlandığını anlamaq olar. Bədr Şirvaninin ömür yolu 1387-1450-ci
illər arasındakı dövrə təsadüf etdiyindən sənətkarın yaradıcılığında
XV əsrin əvvəllərindən ortalarına qədər yaşanmış tarixi hadisələr əsas
yer almışdır.
Aparılan tədqiqatlara görə, Bədr Şirvaninin təxminən 122 beyt-
dən çox şeiri tarixi hadisələrə həsr olunub. Bu baxımdan da Şirvan
ərazisində baş verən tarixi hadisələrə diqqət etmək vacibdir. Belə ki,
XIII əsrin 20-ci illərində Azərbaycanın iqtisadi inkişafında bir fasilə
yarandı. Buna səbəb isə monqolların bu illərdəki yürüşləri əsas səbəb
kimi tarixi qaynaqlarda öz əksini tapmışdır. "Əsasən, Gəncə, Bərdə,
Beyləqan və Şabran şəhərlərinin varlığına son qoyuldu. Bütün bunlar
Şirvanda hərtərəfli geriliyə səbəb oldu. Şirvanşahlar dövləti bu tarixi
proseslərdən keçərək XV-XVI əsrlərə doğru siyasi fəaliyyətini davam
etdirirdi. Bədr Şirvaninin yaşadığı dövrdə 1382-ci ildə yerli feodallar
İbrahim ibn Sultan Məhəmməd ibn Keyqubadı hökmdar seçdilər.