46
Vaqifi yada salır, onların dövrü və həyatı ilə özününkünü qarşılaşdırır,
müqayisə edir və deyir:
Başımın üstündə nə yumruq durur,
Nə hicran səsi var mənim sazımda.
Nə qanun qoluma qandallar vurur,
Nə göylər darıxır xoş avazımda...
İlhamının azad olduğunu təsdiq üçün nümunələr gətirən və Bay-
ronu yarışa çağıran şair, sanki birdən azad bir ölkədə yaşadığını –
“xoşbəxtliyini” unudur:
Kaman qaşlarını çatma, günəşim,
Min sızıltı qopar dost ürəyindən!
Dərin dəryalara batma, günəşim
Əzəldən düşmənəm qaranlığa mən!
... Mən ki qaranlıqdan qəfəsdən uzaq,
Könüllər yolçusu azad bir quşam.
Sən, ey kinli baxış, tənəni burax,
Mən öz zəhmətimlə azad olmuşam!
... Kim keçər bu yerin daşından, deyin?
Vətəndən ayrılar hansı şərəfsiz?!
Yaxud “Azad ilham”dan təqdim etdiyimiz parçanın son iki mis-
rası “Azərbaycan” şeirində (“Azad ilham” şeiri “Azərbaycan” şeirin-
dən sonra yazılsa da) şairin vətəni sevdiyinə eli şahid gətirməsi və
könülün candan ayrıla bilməməsinin səbəblərinə işıq salır. Dolayısı ilə
o da məlum olur ki, S.Vurğun bu şeirində Nəsimini, Füzulini, Vaqifi
xatırlamaqla, təkcə onların halına yanmır, özünün də təzyiqlər, təhlü-
kələr altında ömür sürdüyünü, adlarını çəkdiyi sənətkarlarla oxşar tale
yaşadığını nəzərə çatdırmaq istəyir:
Gətir xatirinə Vaqifi bir dəm,
Qırıldı qəlbində bir yurdun sazı...
Ağladı ardınca gözlərində nəm,
Uçan durnaların küskün avazı.
Gərdi sinəsini o fars dilinə,
Bağırdı: Öz dilim, öz şeirim gərək...
Yazıq! Nəğməkarın ürək nəğməsi,
Dəydi şüşə kimi daş ürəklərə.
Böyük bir insanın boğuldu səsi,
Ahını əks etdi min dağ, min dərə.
47
Sən ey şeirimizin ana şairi!
O tərlan xəyallı sona şairi!
Mən səni duyduqca qəmlər yeyirəm...
Mətnaltıdan hiss olunur ki, S.Vurğun Vaqifi, təkcə “sinəsini fars
dilinə gərdiyinə görə” xatırlamır. S.Vurğunun Vaqifi duyması və
“duyduqca da qəmlər yeməsi” onların həm də oxşar tale yaşamasına
görədir. Bizə elə gəlir ki, S.Vurğunun faciəvi həyatından əsər yaz-
masının (məlum olduğu kimi, “Vaqif” ilk variantında faciə kimi qə-
ləmə alınıb) və əsərin üç-dörd həftəyə yazılmasının səbəblərindən biri,
bəlkə də, birincisi elə bu – Vaqifin yaşadığı həyatı (təbii ki, əsərdəki
həyatı nəzərdə tutulur) S.Vurğunun özünün yaşamasıdır. Daha doğ-
rusu, öz faciəsini Vaqifin faciəsi kimi təqdim etmək istəyi olmuşdur.
Əslində, gerçək Vaqifin həyatı “Vaqif”dəki həyatından xeyli fərqlənir.
İbrahim xanın Vaqifə öz oğlu kimi yanaşması və idarəçiliyi ona etibar
etməsi tarixdən bəllidir.
Həyatda yaşanan hadisələri tez qələmə almaq şairlər üçün elə bir
çətinlik törətmir, əgər təsvir etdiyi hadisələri sənətkar özü də yaşa-
mışdırsa. Bunu S.Vurğun da etiraf edir: “Şəxsi həyatımda yaşadığım,
yaxından tanış olduğum hər hadisəni daha tez, daha bədii yaza bilə-
rəm. Mən o hadisəni, o insanı günlər, həftələr, aylarca düşünürəm, ya-
şayıram, onlarla birlikdə sevinir, ağlayır, çırpınır, vuruşur, sonra yazı-
ram” [9].
Həm dövrə, həm də Vurğunun yaradıcılığı və ictimai fəaliyyə-
tinə bələd bir adam kimi bildirmək istəyirik ki, həmin dövrdə forma-
laşdırılan mənəvi və fiziki təpkilər (təzyiqlər, təqiblər, həbslər, sür-
günlər) sənətkarlara, o sıradan S.Vurğuna da çox vaxt imkan vermə-
mişdir ki, fikirlərini aşkar bildirsinlər. Məsələn, S.Vurğun dövrdən,
zamandan giley, narazılığı açıq bildirən əsərlərini çap etdirə bilmə-
mişdir. Yeri gəlmişkən qeyd edək ki, həmin əsərlərin bəzilərindən o,
“Vaqif” dramında da istifadə etmişdir. Bunu “Vaqif”in faciə kimi qə-
ləmə alınmış ilk variantında daha aşkar görürük:
(Vaqifi oğlu Əli bəylə gətirirlər)
Şeyx
Dayanın!
Vaqif
(kinayəli)
Mümkünmü durub dayanmaq?
48
Şeyx
(Əli bəyə)
Oğlum, sən Allahın qüdrətinə bax
Əli bəy
Uzun mırıldama satılmış alçaq,
Səni də udacaq bu qara torpaq!
Nə oldu, tez gəlsin, deyin cəlladlar.
Şeyx
(ətrafa)
Əstəğfürullah!
Kafirə bir bax.
Vaqif
(qürub etməkdə olan günəşi seyr edərək, oğluna)
Günəş qürub edir, dönür kainat,
Əzəldən belədir vəfasız həyat.
(günəşi göstərərək)
O mənim ömrümün timsalıdır, bax!
Sönən bir varlığın xəyalıdır, bax!
Mən də yaradıldım, mən də parladım,
Gözəllər ağzından düşmədi adım.
İndisə yelkənim toxundu daşa,
Bir insan ömrünü vurmadım başa.
Oğlum, alışıram, yanıram, aman!
Səni öldürürlər mənim ucumdan.
Qoy uçsun başıma qayalı dağlar...
1937-ci ilin oktyabrında qələmə aldığı “Ömrümün gündəliyin-
dən” adlı şeiri ilə bu səhnə arasında səsləşmələr var. Doğrudur, şair
şeiri yazdığı vaxt keçirdiyi sarsıntıları, çəkdiyi əzabları açıb-ağart-
mağa çalışmır. Əksinə, yenicə dünyaya gəlmiş qızının xoşbəxt həyat
sürəcəyinə əminliyini ifadə edir:
Sənin çocuqluğun bizdən bəxtiyar,
Nə çörək dərdi var, nə su dərdi var.
Azad yurdumuzun bir çiçəyisən,
Sən şaxta vurmamış güllər təkisən.
Və maraqlıdır ki, şair, sanki yenə də uşağın “bəxtiyarlığı”nı unu-
dur və ardınca körpə qızına: “Ah mehriban balam, günahsız quzum” –
deyə müraciət edir. Doğrudur, uşaqların, körpələrin günahsız olması
Dostları ilə paylaş: |