Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə28/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   ...   24   25   26   27   28   29   30   31   ...   131

 

88 


baycanlılara, Malorossiya ukraynalılara, Sibir yakut, buryat və 

digər başqa xalqların nümayəndələrinə verilir. Volqanın o tayında 

olan Rusiya - Orenburqdan Sibirə  və Türküstandan Pamirə  qədər 

bütün  ərazi - pantürkçülərə, yəni Qafqaz tatarları ilə kamalçıların 

ittifaqına verilir” [154, s.107]. Kerenski dünya müharibələrini

imperiyaların dağılmasını, rus çarizminin məğlubiyyətini sanki 

görməmişdir. Buna görə  də milli hərəkatları xariclə  əlaqələndirən 

“separatçılıq” hesab etmişdir. Onun işlətdiyi “panturanizm” termini 

də həmin siyasəti əsaslandırmaq zərurətindən irəli gəlmişdir. 

Müəllifə görə xalqın müasir mədəni idealı - xalqların öz 

müqəddəratını teyin etmək hüququdur. Həmin səbəbdən də 

ölkəsini yadelli işğaldan azad etməyə  və müstəqilliyini bərpa 

etməyə yönəldilmiş  hərəkatı “separatçılıq” adlandırmaq doğru 

deyildir. Rus işğalının  əleyhinə yönəldilmiş Azərbaycan, gürcü, 

yaxud Ukrayna hərəkatlarını da “separatçılıq” adlandırmaq olmaz. 

Müəllif davam edir: “Biz başa düşə bilmirik ki, nə üçün bu 

xalqların öz təbii hüquqlarını əldə etməyə can atmaları, öz əraziləri 

üzərində tam hüquqlu sahib olmağa və müstəqillik  əldə etməyə 

çalışmaları Rusiyanın parçalanmasına təşəbbüs kimi qiy-

mətləndirilir” [154, s.113]. Rəsulzadə qeyd edir ki, “bizim 

bugünkü idealımız yalnız oğuzların mədəni birliyi ilə kifayətlənir, 

Türkçülüyün  ən yaxın vəzifəsi bu ərazidə (yəni, Oğuzustan 

ərazisində) yalnız bir mədəniyyətin hakim olmasına nail olmaqdır” 

[154, s.114]. 

M.Ə.Rəsulzadə panturanizmin hazırkı  mənzərəsinə  də diqqəti 

cəlb etmişdir. O, Zarevandın fikirlərinə münasibət bildirdikdən 

sonra “Türkçülük” nədir sualına türkçülüyün məşhur ideoloqu Ziya 

bəy Göyalpın 1925-ci ildə Ankarada çap olunmuş “Türkçülüyün 

əsasları” kitabından sitat gətirərək cavab verir: “Türkçülük siyasi 

hərəkat deyil. Bu, elmi-fəlsəfi-estetik məktəbdir. Başqa sözlə, 

mədəni birlik uğrunda  mübarizə  üsuludur...   Bu  səbəbdən   də 

 

  



 


 

89 


türkçülük indiyə  qədər təşkilati cəhətdən siyasi partiya şəklini 

almamışdır. Şübhəsiz, gələcəkdə də bu yolu tutacaq. Bununla belə, 

türkçülük siyasi ideallara da yad deyil. O, onlardan (bu ideallardan 

- M.Ə.Rəsulzadə) yayına bilməz. Mədəni ideallarla yanaşı, onun 

həm də siyasi idealları da var. Məsələn, türkçülük heç vaxt və heç 

vəchlə klerikalizm, teokratiya və irtica ilə banşa bilməz. Türkçülük 

müasir hərəkatdır. O, yalnız müasir ideya cərəyanları ilə barışa və 

harmonik  şəkildə uyğunlaşa bilər. Biz siyasətdə xalqçı, 

mədəniyyətdə türkçüyük” [154, s.97]. 

Ziya bəy Göyalp “Turan” dedikdə Türkiyəni nəzərdə 

tutmamışdur. Deməli, “Turan” həm də “türk Azərbaycanı”, türk 

Türküstanı deməkdir. 

Rəsulzadə: “Hətta bütün dünyanın türklərini  əhatə etməli olan 

bir dövlətin yaradılması ideyası da boş bir xülyadır”. Xalqımızın 

güclü olması, xoşbəxt və firavan yaşaması üçün dövlətin tamamilə 

milli siyasət yürütməsi lazımdır”, - deyə yazmışdır [154]. 

Aydındır ki, türkçülüyü ümmətçilikdən, müsəlmançılıqdan, 

islamçılıqdan ayrı  təsəvvür etmək olmaz. İslamçılıq türkçülük və 

azərbaycançılıq məfkurəsi, tarixi-estetik təfəkkür üçün müəyyənlik 

mənbəyidir. 

Böyük öndər panturanizmin keçmişindən danışanda təbii olaraq 

panislamizm probleminə  də toxunmuşdur. Fakta söykənək: “Orta 

əsrlər mühitində doğulan milli ideya klerikalizm ideyası ilə 

aşılanmaya bilməzdi. Müsəlman aləmində panislamçılıq 

ideologiyasını meydana gətirən  Şərqdə millətçiliyin ilk dövrlərdə 

dini xarakter daşıması da bununla izah olunur”. “Türk xalqları bir 

dövr panislamçılıqdan ilham almışlar.  İslam mütəfəkkirləri nəinki 

dinin ehkamlarını möhkəmlətmək, habelə, bütün müsəlmanları 

birləşdirmək istəmişlər. Liberal-islahatçıların tərəfdarı olan 

Cəmaləddin  Əfqani ilk dəfə milli özünüdərkə üstünlük verərək 

yazmışdır: “Azad, müstəqil və  mədəni həyat sürmək üçün bütün 

müsəlman xalqları milli-özünü- 

 

  



 

90 


dərk şəraitində yaşamalıdırlar” [154, s.97]. 

Panislamist baxışlara etiraz edən Ziya bəy Göyalp 

əsaslandırmışdır ki, əslində panislamçılar xalqlarda milli 

özünüdərkin oyanmasının qarşısını alır, onların tərəqqisini 

yubandırır, bununla da müstəqil millətlər olmasına mane olurlar. 

“Milli özünüdərkin oyanmasının qarşısını almaq, elə xalqlara 

müstəqil dövlətlər yaratmaqda mane olmaq deməkdir”. Buna görə 

də “bütün müsəlman ölkələrində milli özünüdərk prosesini 

gücləndirmək lazımdır, çünki hər hansı bir tərəqqinin, həmçinin 

milli müstəqilliyin  əsası yalnız dərk olunmuş milli “Mən”in 

mövcudluğudur”. 

XIX  əsrin birinci yarısında Türkiyə  vətəndaşlarının hüquq 

bərabərliyi elan olunmuşdur. Bütün bunlar Sultan Əbdüləzizin 

“Gülxana Xətti Hümayuni” fərmanında  əks olunmuşdu. Məqsəd 

xristian xalqlarının bir sıra meyllərini türk dövləti quruluşu ilə 

uzlaşdırmaqdan ibarət idi. Lakin 1848-ci il inqilabının 

ideyalarından ruhlanan xristian xalqları  fərmanla kifayətlənməmiş 

və milli hərəkatlara başlamışlar. Sultan Əbdülhəmidin başçıhğı 

altında “osmançılıq” məğlub olmuş, islamçılıq öz yerini millətçilik 

ideyalarına, ilk növbədə türkçülüyə vermişdi. 

Azərbaycanda  İslamçılıq,  əsasən, XX əsrin  əvvəllərində 

formalaşmağa başlamışdır. Dinlə bağlı siyasi partiya və  təsisatlar 

isə Demokratik Respublika yarandığı  ərəfəyə  təsadüf edir. Bu 

baxımdan “İttihadi-islam” və  “Əhrar” partiyalarını qeyd etmək 

olar. Bunlar əslində islamın birliyini, ittihadçılığı  təbliğ edirdilər. 

Lakin həm də onların fəaliyyətində Azərbaycanın müstəqilliyi, 

milli dövlətçilik ideyaları mühüm yer tutmuşdu. Təsadüfi deyildir 

ki, həmin partiyalar “Müsavat” Partiyası ilə eyni mövqedən çıxış 

etmişlər. S.M.Qənizadə, M.Y.Mehdiyev, M.Şahtaxtinski, 

Ş.Pişnamazzadə  və başqaları islamı milli yox, dünyəvi zəmində 

qəbul etmişlər. 

1905-1906 və 1918-ci illərin siyasi-ictimai hadisələri, 

 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə