AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU
“Dalğa dinamikası” şöbəsinin 2016-cı ilin illik qısa
HESABATI
Hesabat dövründə şöbədə “Bütöv mühitlə təmasda olan prizmatik cisimlərin və
örtüklərin dinamikası” mövzusunda elmi iş üzrə tədqiqatlar aparılıb. Şöbənin
11 əməkdaşı var. Onlardan 10 nəfəri elmi işlə məşğuldur.
İŞ A.: Dairəvi olmayan lövhələrin rəqslərinin tədqiqi
f.-r.e.d.prof. Ağalarov C.H.
Elastiki nazikdivarlı lövhənin sərbəst rəqslərinə baxılır. Müxtəlif cür
möhkəmlənmədə düzbucaqlı dairəvi və halqavari lövhədə sərbəst rəqsləri
məlumdur.
Baxılan işdə dairəvi olmayan lövhənin sərbəst rəqslərinə baxılıb. Dairəvi
olmayan halda lövhənin hərəkət tənliyinin bir neçə xüsusi həlləri yazılmışdır.
İŞ B. Qalın divarlı düzbucaqlı prizmatik cismlərdə qeyri-elastiki dalğaların
yayılması prosesinin tədqiqi
f.-r.e.d., baş.e.i. Rəsulova N.B.
Hesabat işi qalın divarlı düzbucaqlı prizmatik tirlərdə elastiki və özlü-
elastiki dalgıcların yayılması prosesinin tədqiqinə həsr edilmişdir.
Baxılan konfiqurasiyalı cisimlərdə dalğa proseslərinin analitik tədqiqi ilkin
olaraq aparılıb.
İŞ C: Örtüklərlə əhatə olunmuş sonsuz elastiki matrisdə nanokompozit
materiallardan hazırlanmış liflərin dayanıqlığı
f.-r.e.d. Zamanov A.D.
Hissə-hissə bircins cisim modeli əsasında üçölçülü xəttiləşdirilmiş elastiki
dayanıqlıq nəzəriyyəsinin köməyi ilə kiçik böhrana qədərki deformasiyalarda
sonsuz elastiki matrisdə iki ardıcıl örtüklə təcrid olunmuş lifin dayanıqlığı məsələsi
tədqiq edilmişdir.
İŞ D. Maye ilə doldurulmuş qalın divarlı sferik örtuklərin sərbəst rəqslərinin
tədqiqi.
f.-r.e.n. Seyfullayev Ə.İ.
Əvvəlki işlərdə daxilində sıxılan maye olan nazikdivarlı sferik örtüyün
sərbəst rəqslərini araşdırdıq. Indi isə sonlu qalınlıqlı və daxilində maye olan
sferanın rəqslərini tədqiq edirik.
İŞ K. Çoxölçülü elasto-dinamika məsələlərinin həllinin yeni üsulunun işlənib
hazırlanması.
f.-r.e.n., a.e.i. Rəsulov M.B.
Üçölçülü elastikodinamika məsələlərinin ümumi həllinin tapılması üçün
sərhəd şərti tənliklərindən 4 naməlum funksiyanın tapılma problemi həll
edilmişdir. Bunun üçün dalğa tənliyinin yeni həllərindən istifadə olunmuşdur.
İŞ E.
:
Elastiki mühitlə ilə doldurulmuş sferik örtüyün sərbəst
rəqslərinə sıxlığın və həndəsi ölçülərin təsirinin öyrənilməsi.
f.-r.e.n., a.e.i. Rüstəmova M.A.
İşdə daxilndə maye olan nazikdivarlı silindrik örtüyün sərbəst, oxasimmetrik
sərbəst rəqslərinə baxılmışdır. Məxsusi rəqslərin tapılması üçün transendent
tənliklər gətirilmişdir.
İş L: Elastiki mühitlə doldurulmuş silindrik örtüyün sərbəst rəqslərinin
tədqiqi
f.-r.e.n.,b.e.i. Məmmədova G.A.
Silindrik örtüyün sərbəst rəqsləri tədqiq olunmuşdur. Burada nəzərə alınır ki
silindr elastiki mühitlə doldurulmuşdur.Şərt olaraq silindr və mühitin hərəkət
tənliklərinin, mühit ilə silindrin normal istiqamətdə sürətlərinin bərabərliyi
ğötürülmüşdür.
İŞ N. II
növ laylı ortotrop materiallarda yerləşən mərkəzi çat məsələsinin
tədqiqi b.e.i. Əliyev İ.Y.
İşdə kənar çata malik olan 2 laylı kompozit materialların dağılma məsələləri
tədqiq olunur. Bu zaman kompozitdəki materiallar II növ ortotrop materiallara
köçürülür.
İş M: f.-r.e.n.,b.e.i. Seyfullayev F.Ə.
Sıxıcı qüvvənin təsirinə məruz
qalan mühitlə dinamik təmasda olan silindrik örtüklərin məcburi rəqsləri.
İşdə oxu boyu sıxıcı qüvvvənin təsirinə məruz qalan müntəzəm paylanmış
çubuqlarla möhkəmləndirilmiş daxili oblastı maye ilə doldurulmuş silindrik
örtüyün qeyri - simmetrik məcburi rəqsləri haqqında məsələ tədqiq edilmişdir.
Şöbənin əməkdaşları institutun seminarlarında aktiv iştirak ediblər. İşə davamiyyət
qənaətbəxşdir.
Dalğa dinamikası
şöbəsinin rəhbəri: f.-r.e.d., prof.Ağalarov C.H.