74
sələn, morfoloji baxımdan, yarpaq sahəsinin kiçilməsi və ya
parenximin qalınlaşması su itkisini azaldır, fizioloji baxımdan
natrium ionunun kökə daxil olmasına mane olmaq yaxud onu
müdafiə etmək, həmin ionu vakoullarda yerləşdirmək və ya ən
azı transpirasiya istiqamətindən uzaq tutmaq və nəhayət bio-
kimyəvi baxımdan müxtəlif növlərdə osmolitlərin biosintez
gücünə malik olmaq, həmçinin də fermentativ (peroksidaza-
lar) aktivliyini artırmaq, bitkinin genotipindən asılı olan
xarakterlərdir. Baxmayaraq ki, son tədqiqatlarda bəzi osmo-
litlər süni şakildə laboratoriyalarda sintez edilir və ekzogen
istifadə üçün perspektivli hesab olunur, lakin burada əsas rol
bitkinin genetik xüsusiyyətlərinə aiddir. Odur ki, hazırda ge-
netik cəhətdən şoranlığa dözümlü genotipləri əldə etmək əsas
strategiya kimi tədqiqatçılar tərəfindən diqqətlə izlənilir. Bu-
nunla əlaqədar, klassik metodlarla bitkilərdə bir çox seleksiya
işləri aparılır. Eyni zamanda biotexnologiya kimi yeni elm-
lərdən istifadə olunur və gen-köçürmə (transfer) metodları ilə
yuxarıda qeyd olunmuş hər hansı xarakteri təmsil edən geni,
kommersiya sortlarına köçürmək üçün davamlı çalışmalar
aparılır.
75
ll F Ə S İ L
BİTKİLƏRİN STRES AMİLLƏRƏ
DAVAMLILIĞININ FİZİOLOJİ PARAMETRLƏR
ƏSASINDA DİAQNOSTİKASI
Bitkilərin stres amillərə davamlılığını təyin etmək üçün
müxtəlif fizioloji metodlar işlənib hazırlanmışdır. Belə
metodlardan biri toxumların osmotik məhlullarda və yüksək
temperaturun təsirindən sonra cücərmə qabiliyyətinin təyi-
ninə əsaslanır [61,82]. Suyu saxlama qabiliyyəti bitkilərin
mühüm bioloji xüsusiyyəti olub, onların tarla şəraitində
cücərməsini, kök sisteminin güclü inkişafını və bitkilərin
bütövlükdə normal böyümə və inkişafını təmin edir.
Məlumdur ki, toxumlar cücərmə zamanı mühitin yük-
sək osmotik təzyiqinə məruz qaldıqlarından onların bir sıra
fizioloji xüsusiyyətləri, o cümlədən, fermentativ sistemin
aktivliyi, sitoplazmatik quruluşların yeni üzvi maddə əmələ
gətirməsi, hüceyrədaxili osmotik təzyiqin artma qabiliyyəti
və s. proseslər toxumların sorucu qüvvəsi ilə təyin olunur.
Şübhəsiz ki, cücərən toxumların sorucu qüvvəsi cavan or-
qanizmlərin mürəkkəb fizioloji-biokimyəvi xüsusiyyətləri-
nin nəticəsidir.
Sübut edilmişdir ki, toxumların osmotik məhlullarda
cücərmə qabiliyyəti ilə onların quraqlıq və duzluluq stres-
lərinə davamlılıq dərəcələri arasında müsbət korelyasiya
mövcuddur [314].
Toxumların stres şəraitində cücərmə qabiliyyəti, bir
tərəfdən onların su qıtlığı şəraitində cücərməsi kimi irsi xü-
susiyyətlərini, digər tərəfdən, qısa müddət ərzində lazımı
miqdarda su toplamasını təmin edən yüksək sorucu qüv-
76
vəyə malik olmasını göstərir. Toxumların yüksək soruculuq
qabiliyyəti, su qıtlığı zamanı bitkinin inkişafını təmin edən
güclü kök sisteminin formalaşmasını da təmin edir.
2.1. Toxumların cücərmə qabiliyyətinə görə arpa
sortnümunələrinin quraqlıq və yüksək hərarət
streslərinə davamlılığının təyini
Tədqiqat işi 16 iki cərgəli və 18 çox cərgəli olmaqla,
cəmi 34 arpa sort nümunələri üzərində aparılmışdır. Təd-
qiqatda istifadə olunan arpa nümunələrinin toxumları
AMEA Genetik Ehtiyatlar İnstitutunun Dənli taxıl və pax-
lalı bitkilər laboratoriyasının aparıcı elmi işçisi, arpa üzrə
Avropa işçi qrupunun üzvü, b.e.n. N.Gəraybəyova tərəfin-
dən verilmişdir. Laboratoriya təcrübələri eyni sahədə səpil-
miş və eyni ilin məhsulu olan toxum materialı üzərində
aparılmışdır.
Öyrənilən arpa genotiplərinin quraqlıq stresinə davam-
lılıq dərəcələri laboratoriya şəraitində toxumların 14 atm
təzyiqli saxaroza məhlulunda cücərmə qabiliyyətinə görə
[82, 83], istiyə davamlılıq isə 55
0
C t-da su hamamında
saxlanıldıqdan (25 dəqiqə) sonra cücərmə qabiliyyətinə gö-
rə təyin edilmişdir [61]. Quraqlıq stresi yaratmaq üçün 14
atm. təziqli 15,8%-li saxaroza məhlulundan istifadə olun-
muşdur. Təcrübənin nəticələri cədvəl 2.1-də verilmişdir.
Cədvəldən göründüyü kimi iki cərgəli arpa sort və for-
maları quraqlıq stresinə davamlılıq dərəcələrinə görə bir-bi-
rindən kəskin fərqlənirlər. Bu nümunələr içərisində Hüseyn
1 və Arpa 47 sortları quraqlıq streslərinə davamlılığa görə
digərlərindən nəzərə çarpacaq dərəcədə üstündür. Onların
77
saxaroza məhlulunda cücərmə qabiliyyəti nəzarətə nisbətən
müvafiq olaraq 97 və 81%, ümumi quraqlığa davamlılıq in-
deksləri isə 227 və 194-ə bərabər olmuşdur. Bu nəticələrə
əsaslanaraq göstərilən arpa sortlarının quraqlıq stresinə
yüksək davamlı genotiplər olduğunu söyləmək olar. Nutans
67/91, Nutans 303, Arpa-77 və Arpa-43 sortlarının quraq-
lığa davamlılıq indeksləri 173-134 arasında dəyişmiş və
onlar, quraqlıq stresinə davamlı sortlar kimi qiymətləndi-
rilmişdir. Cəlilabad 19 və Nutans 86-35/18 arpa sort nümu-
nələrinə aid toxumların saxaroza məhlulunda cücərmə qabi-
liyyəti nisbətən yüksək (45-50%), istilik faktorundan sonra
cücərmə qabiliyyətləri isə aşağı (4-13%) olmuşdur. Bu
nümunələrin ümumi quraqlığa davamlılıq indeksləri 100-
dən yüksək olduqlarına görə onları orta davamlı genotiplər
kimi qəbul etmək olar. Nutans 118/21 və Nutans 80/32-21
nümunələrində isə əksinə, quraqlığa davamlılıq aşağı, isti-
liyə davamlılıq isə orta səviyyədə olmuşdur. Bu nümunə-
lərdə ümumi quraqlığa davamlılıq in deksi müvafiq olaraq
81 və 64-ə bərabər olmuşdur. Bunlardan fərqli olaraq Arpa
59, 6№-li Seçmə və Nutans 80-34/14 arpa nümunələrinə aid
toxumların saxaroza məhlulunda cücərmə qabiliyyəti 2-
11%, istilik faktorundan sonra cücərmə qabiliyyəti 4-8%,
ümumi quraqlığa davamlılıq indeksləri isə 8-30 arasında
dəyişmişdir. Alınan nəticələr, bu arpa sortlarının quraqlıq
stresinə ən həssas nümunələr olduğunu göstərir.
Dostları ilə paylaş: |