116
ki, onların cücərmə faizi 14.29 - 45.14 % arasında olmuş-
dur (Cədvəl 2.9). Bitkilərin quraqlıq stresinə davamlılığı-
nın diaqnostik üsullarından biri də, stres təsirindən yar-
paqlarda xlorofil (a+b)-nin miqdarında baş verən dəyiş-
mələrin öyrənilməsinə əsaslanır.
Quraqlıq stresi zamanı bitkilərin yarpaqlarında ağız-
cıqlar tam və ya qismən bağlanır ki, bu da fotosintezin
normal getməsinə mane olur. Bu prosesi öyrənmək məq-
sədilə biz quraqlıq stresinin təsirindən xlorofil “a”, xloro-
fil “b” və xlorofil (a+b)-nin miqdarında baş verən dəyiş-
mələri tədqiq etmişik. Quraqlıq stresinin təsirindən qar-
ğıdalı hibridlərində xlorofil (a+b)-nin miqdarında əmələ
gələn dəyişmələr cədvəl 2.9-da göstərilmişdir. Cədvəldən
göründüyü kimi, quraqlığın təsirindən 38, 12, 8, 20 və 17
nömrəli hibridlərdə xlorofil (a+b)-nin miqdarı hətta bir
qədər artmışdır ki, bu hibridləri yüksək davamlı hibridlər
hesab etmək olar. Bu hibridlərdə xlorofil (a+b)-nin miq-
darı nəzarətlə müqayisədə 17.00-56.09% arasında artmış-
dır. 7, 31, 30, 13, 2, 28, 22, 11, 15, 4, 33, 34, 18, 29, 35,
51, 10, 14 və 36 nömrəli hibridlərində quraqlığın təsirin-
dən xlorofil (a+b)-nin miqdarı ya dəyişməmiş ya da 1.0-
10.0% arasında dəyişmişdir. Quraqlığın təsirindən xlorofil
(a+b)-nin miqdarında baş vermiş dəyişmələrə görə bu hib-
ridlər də davamlı kimi qiymətləndirilir. 9, 23, 25, 16, 37,
27, 26, 6, 24, 32, 3, 19 və 21 nömrəli hibridlərində isə qu-
raqlığın təsirindən xlorofilin miqdarında kəskin azalma
baş vermişdir. Bu nümunələr xlorofilin miqdarında baş
vermiş dəyişmələrə görə quraqlığa həssas hibridlər kimi
qiymətləndirilir. Bu hibridlərdə xlorofil (a+b)-nin miqdarı nə-
zarətlə müqayisədə 11.99-31.27% arasında azalmışdır [26].
117
2.8.
Qarğıdalı hibridlərinin quraqlığa tolerantlıq
indeksləri ilə diaqnostik metodlarla əldə edilən
nəticələrin müqayisəsi
Tolerantlıq indeksləri və fizioloji metodlarla əldə edilən
quraqlığa davamlılıq dərəcələrinin uyğunluğunu yoxlamaq
məqsədilə korrelyasiya əmsalından istifadə edilmişdir. Stresə
tolerantlıq indeksi (STI) ilə xlorofil (a+b) sabitliyi (r=0.51) və
toxumların cücərmə qabiliyyəti (r=0.57) arasındakı korrelya-
siyalar müsbət, yüksək və etibarlı olmuşdur (Cədvəl 2.10). Bu
onu göstərir ki, quraqlığa davamlılıq baxımından stresə tole-
rantlıq indeksindən alınan nəticələr xlorofil (a+b)-nin stabil-
liyi və toxumların cücərmə qabiliyyətindən alınan nəticələrin
oxşarlıq dərəcəsi yüksəkdir. Odur ki, quraqlıq şəraitdə, faydalı
bir vasitə kimi, bu iki əlamətdən, xüsusilə də xlorofil (a+b)-
nin sabitliyindən davamlı və yüksək potensiallı hibridlərin
proqnozlaşdırılması üçün istifadə edilə bilər.
Cədvəl 2.10
Stresə tolerantlıq indeksi (STI) və fizioloji metodlar
arasındakı korrelyasiya əmsalı
Cücərmə
qabiliyyəti%
xlorofil (a+b)
sabitliyi
Xlorofil (a+b)
sabitliyi
0.50**
-
STI
0.57**
0.51**
Nəticələri yekunlaşdırmaq üçün toxumların cücərmə
qabiliyyəti (%-lə), xlorofil (a+b)-nin sabitliyi və stresə tole-
118
rantlıq indeksi (STI) göstəricilərində (üç əlamət bir yerdə) baş
verən dəyişmələrə görə hibridlər qruplaşdırılmışdır (Şəkil
2.4). Birinci qrupda 15, 33, 10, 5, 28, 34, 14, 7, 27, 20, 1, 18,
4, 35, 36, 11 və 12 nömrəli hibridlər qruplaşmışlar, onlar orta
davamlı hibridlər kimi qiymətləndirilir. 2-ci qrupda isə 8, 17
və 38 nömrəli hibridlər birləşmişlər ki, onlar davamlı hibridlər
kimi qiymətləndirilir. 3-cü qrupda 22, 32, 3, 21, 31, 23, 26,
29, 30, 24, 37, 2, 13, 19, 6, 16, 9 və 25 nömrəli hibridlər yer-
ləşmişlər ki, onlar həssas hibridlər kimi qiymətləndirilir. Hər
üç meyara görə 6, 16, 19, 25 və 37 nömrəli hibridlər həssas, 5,
7, 10, 15 və 33 nömrəli hibridlər orta davamlı, 38 nömrəli
hibrid isə davamlı hibrid kimi qiymətləndirilmişdir [27, 359].
Şəkil 2.4. Qarğıdalı hibridlərinin cücərmə qabiliyyəti (%) ,
xlorofil (a+b)-nin miqdarı, stresə davamlılıq indeksi (STI)
əsasında qruplaşması
119
Stresə tolerantlıq indeksi (STI), fizioloji parametrlər (to
-
xumların cücərmə faizi və stres amillərin təsirindən yarpaq-
larda xlorofil (a+b)-nin miqdarında əmələ gələn dəyişmələr)
nəzərə alınaraq hibridlərin içərisindən 38 (SC704) nömrəli
hibrid quraqlığa davamlı, 7 nömrəli hibrid orta davamlı və 37
(SC700) nömrəli hibrid quraqlığa həssas hibrid kimi seçil-
mişdir. Bu hibridlərin üzərində, quraqlıq stresi təsirindən ge-
nomun quruluş və funksiyasında, prolin amin turşusu və həll
olan karbohidratların miqdarında baş verən dəyişikliklər
öyrənilmişdir.
2.9.
Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında
prolin amin turşusunun miqdarına təsiri
Bitkilərin quraqlıq stresinə reaksiyaları su çatışmazlığının
təbiətindən asılıdır. Bitkilərin quraqlıq stresinə reaksiyaları
qısa müddətli, orta müddətli və uzun müddətli kimi təsnif
edilə bilər. Su stresi zamanında CO
2
-in maksimum udulma-
sının azalması, bitkilərin qısa müddətli reaksiyalarıdır. Quraq-
lıq stresinə orta müddətli reaksiyalar, duzların toplanması ilə
əlaqədar olub osmotik tənzimlənmənin baş verməsidir. Quraqlıq
stresinə uzun müddətli reaksiya genetik modellər vasitəsilə bio-
kütlənin paylanmasıdır [161, 276, 330].
Bitkilər quraqlıq şəraitində su udmaq üçün hüceyrənin
osmotik təzyiqini yüksəldirlər. Yüksək osmotik təzyiq, hücey-
rə şirəsində üzvi turşuların, şəkərlərin və başqa turqorogen
maddələrin toplanmsı nəticəsində əmələ gəlir. Bu maddələr
hüceyrənin adi biokimyəvi fəaliyyətlərinə müdaxilə etmirlər,
ancaq osmotik stres zamanı osmotik qoruyucular kimi davranırlar.
Hüceyrədəki maddələr içərisində prolin amin turşusunun xüsusi
rolu vardır. Quraqlıq stresinə uyğunlaşma proseslərində onun
Dostları ilə paylaş: |