121
toplanması arasında birbaşa əlaqənin mövcud olduğunu gös-
tərir (Cədvəl 2.11).
Cədvəl 2.11
Quraqlıq sresi təsirindən qarğıdalı yarpaqlarında prolin
amin turşusunun miqdarında baş verən dəyişmələr (µmol/q-la)
Quraqlığa
davamlılıq
dərəcəsi
Suvarılan
şərait
Quraqlıq
şəraiti
Suvarılan
şəraitə
görə
%-lə
Davamlı hibrid
1.9
3.85
102.03
Orta
davamlı
hibrid
1.75
3.5
100
Həssas hibrid
1.95
3.25
66.67
Orta
1.87
3.53
88.77
Tam suvarma şəraitində prolin amin turşusunun miqdarı
1.87 µmol/q, quraqlıq şəraitində isə 3.53 µmol/q olmuşdur.
Tam suvarılan şəraitlə müqayisədə quraqlıq şəraitində prolin
amin turşusunun miqdarı 88.8% çoxalmışdır. Bundan öncə də,
bir çox tədqiqatçılar tərəfindəndən qeyd edilmişdir ki, qarğı-
dalı bitkisində quraqlıq şəraitində osmotik təzyiqi tənzim-
ləmək üçün prolin amin turşusunun miqdarı artır [97, 216,
276, 387, 392].
Qarğıdalı hibridlərinin iki şəraitdəki reaksiyalarının mü-
qayisəsi göstərir ki, hibridlər fərqli mühitdə, prolin amin
turşusunun toplanması baxımından fərqli reaksiya göstərmiş-
lər. Stres şəraitində, prolin amin turşusunun ən yüksək toplan-
ması quraqlığa davamlı hibriddə olmuşdur. Halbu ki, suvarma
şəraitində prolin amin turşusunun ən yüksək toplanması
həssas hibriddə baş verir (Cədvəl 2.11).