Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə37/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   33   34   35   36   37   38   39   40   ...   101

 120 
toplanmasının  böyük  əhəmiyyətə  malik  olması  bir  çox  tədqi-
qatçılar tərəfindəndə qeyd edilmişdir [314, 329].  
Su stresi şəraitində prolin amin turşusu miqdarının artma 
səbəbini  izah  edən  müxtəlif  fikirlər  mövcuddur.  Bunlardan 
biri, prolin amin turşusunın parçalaşmaması və ya onun zülal-
ların strukturuna daxil olmasının qarşısının alınmasıdır  ki, bu 
da prolin amin turşularının miqdarını artıra bilər. Bəziləri belə 
qənaətə  gəlmişlər  ki,  prolin  amin  turşularının  miqdarının 
artması  böyük  molekulların,  o  cümlədən  zülalların  parçalan-
ması hesabına baş verir [314]. Bu mexanizm vasitəsilə bitkilər 
öz  hüceyrələrində  turqor  təzyiqinin  yaranmasına  şərait  yara-
daraq,  bir  tərəfdən  su  molekullarının  itirilməsinin  qarşısını  alır, 
digər tərəfdən isə, hüceyrə şirəsinin su saxlama qabiliyyətini artır-
maqla,  osmotik  tənzimləmə  yolu  ilə  transpirasiyanı  azaldaraq, 
fotosintez prosesini davam etdirə bilirlər [161, 314, 329]. 
Tədqiq  etdiyimiz  qarğıdalı  hibridlərinin  yarpaqlarında 
prolin  amin  turşusunun  miqdarının  təhlili  göstərdi  ki,  bu 
hibridlərin  yarpaqlarında  quraqlıq  və  suvarılan  şəraitlərdə 
fərqli  miqdarda  prolin  amin  turşusu  toplanmışdır.  Suvarılan 
şəraitdə prolin amin turşusunun miqdarının ən çox toplanması 
quraqlığa həssas 37 nömrəli hibriddə (1.95 µmol/q), ən az isə 
orta  davamlı  37  nömrəli  hibriddə  (1.75  µmol/q)  müşahidə 
edilmişdir  (Cədvəl  2.11).  Suvarılan  şəraitində  isə  davamlı 
(1.90  µmol/q)  və  həssas  (1.95  µmol/q)  hibridlərin  yarpaqla-
rında  prolin  amin  turşuları  miqdarı  bir-  birinə  çox  yaxın  ol-
muşdur.  Ancaq  quraqlıq  şəraitində,  prolin  amin  turşusunun 
toplanması  ən  çox  quraqlığa  davamlı  38  nömrəli  hibriddə 
(3.85-ilə µmol/q), ən az  isə həssas 37 nömrəli hibriddə (3.25 
µmol/q) müşahidə edilmişdir. Quraqlığa orta davamlı 7 nömrəli 
hibriddə  3.5  µmol/q  olmaqla  orta  mövqedə  qalmışdır  [27].  Bu, 
hibridlərin quraqlığa davamlılıq dərəcəsi ilə prolin amin turşusu 


 
121 
toplanması  arasında  birbaşa  əlaqənin  mövcud  olduğunu  gös-
tərir (Cədvəl 2.11). 
                 
Cədvəl 2.11 
Quraqlıq sresi təsirindən qarğıdalı yarpaqlarında prolin  
amin turşusunun miqdarında baş verən dəyişmələr (µmol/q-la) 
 
Quraqlığa 
davamlılıq 
dərəcəsi 
Suvarılan 
şərait 
Quraqlıq 
şəraiti 
Suvarılan şəraitə 
görə  
%-lə 
Davamlı hibrid 
1.9 
3.85 
102.03 
Orta 
davamlı 
hibrid  
1.75 
3.5 
100 
Həssas hibrid  
1.95 
3.25 
66.67 
Orta 
1.87 
3.53 
88.77 
 
Tam  suvarma  şəraitində  prolin  amin  turşusunun  miqdarı 
1.87  µmol/q,  quraqlıq  şəraitində  isə  3.53  µmol/q  olmuşdur. 
Tam  suvarılan  şəraitlə  müqayisədə  quraqlıq  şəraitində  prolin 
amin turşusunun miqdarı 88.8% çoxalmışdır. Bundan öncə də, 
bir  çox  tədqiqatçılar  tərəfindəndən  qeyd  edilmişdir  ki,  qarğı-
dalı  bitkisində  quraqlıq  şəraitində  osmotik  təzyiqi  tənzim-
ləmək  üçün  prolin  amin  turşusunun  miqdarı  artır  [97,  216, 
276, 387, 392]. 
Qarğıdalı  hibridlərinin  iki  şəraitdəki  reaksiyalarının  mü-
qayisəsi  göstərir  ki,  hibridlər  fərqli  mühitdə,  prolin  amin 
turşusunun  toplanması  baxımından  fərqli  reaksiya  göstərmiş-
lər. Stres şəraitində, prolin amin turşusunun ən yüksək toplan-
ması quraqlığa davamlı hibriddə olmuşdur. Halbu ki, suvarma 
şəraitində  prolin  amin  turşusunun  ən  yüksək  toplanması 
həssas hibriddə baş verir (Cədvəl 2.11).  


 122 
N. Mohammadkhani  və R. Heidari (2008) müxtəlif quraqlıq 
şəraitində qarğıdalının  davamlı  və həssas hibridlərində  karbohid-
ratların  və  prolinin  miqdarını  tədqiq  etmişlər.  Öyrənilən  hibrid-
lərdə  həll  olunan  karbohidratların  və  prolinin  miqdarı  quraqlığın 
dərəcəsi  artdıqca  artmış,  lakin  həssas  hibridlərdə  bu  artım  daha 
yüksək  olmuşdur.  Bu  da  göstərilən  komponentlərin  bitkinin  da-
vamlılıq reaksiyasında  müəyyən rol oynaması haqqında fikir  yü-
rütməyə  imkan  verir [276]. G. Voetberg  və R.E. Sharp  su qıtlığı 
mühitində  qarğıdalı  cücərtilərində  kökün  böyümə  zonasında 
prolinin  miqdarının  artmasının  digər  amin  turşularına,  xüsusilə, 
qlisinə görə daha sürətli olduğunu və bunun da kök uzanmasında 
önəmli  rol  oynadığını  müəyyən  etmişlər  [392].  M.  Johari-Pirei-
vatlou  (2010),  buğda  genotiplərinə  osmotik  stresin  təsirini  araş-
dırmaqla bildirmişlər ki, quraqlığa dözümlü genotiplər həssas ge-
notiplərlə  müqayisədə  prolinin  toplanması  baxımından  daha  sür-
ətli  reaksiya  göstərirlər.  Bu  tədqiqatın  nəticələri  göstərir  ki,  stres 
şəraitində daha yaxşı inkişaf edən genotiplər, daha çox karbohid-
ratlara  və  prolinə  malikdirlər  [226].  Bir  çox  tədqiqatçıların 
nəticələrinə  görə,  daha  çox  prolin  toplamaq  qabiliyyətinə  malik 
olan hibridlər adətən daha  yüksək osmotik tənzimləməyə də ma-
likdirlər.  Bu  bitkilər,  quru  və  susuz  ərazilərdə  öz  hüceyrələrində 
yüksək su saxlama potensialına malik olduqlarından, adətən daha 
çox məhsuldarlığa da malik olurlar. Lakin, bəzi tədqiqatların nəti-
cələri  göstərmişdir  ki,  quraqlığa  davamlı  sortlar  həmişə  yüksək 
miqdarda  prolin  toplamırlar  və  hətta  quraqlığa  həssas  sortların 
prolin toplama miqdarı davamlı sortlarla müqayisədə daha yüksək 
olur. Belə bir fikir vardır ki, turqorogen maddələrin biosintezi və 
ya  onların  makromolekulların  parçalanmasından  əmələ  gəlməsi, 
enerji  sərf  olunmasını  tələb  edir  ki,  bu  da,  karbohidratların  sərf 
olunması  ilə  əlaqədardır.  Təbiidir  ki,  karbohidratların  azalması 
nəticəsində dən məhsuldarlığı da azalacaqdır [97, 161, 314].  


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə