Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə38/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   34   35   36   37   38   39   40   41   ...   101

 
123 
2.10. Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında  
həll olan karbohidratların miqdarına təsiri 
 
Bir  çox  tədqiqatların  nəticələri  göstərmişdir  ki,  həll  olunan 
karbohidratlar  quraqlığa  davamlılığı  müəyyən  etmək  üçün  prolin 
miqdarı  ilə  müqayisədə  daha  yaxşı  markerlərdir  [97,  161,  276]. 
Bizim təcrübələrimizin nəticələri göstərdi ki, hüceyrə şirəsində həll 
olunan  karbohidratların  miqdarı  da  quraqlıq  təsirinə  məruz  qal-
mışdır. Belə ki, quraqlıq stresi şəraitində qarğıdalı bitkisinin yarpaq-
larında  həll  olunan  karbohidratların  miqdarında  artım  müşahidə 
edilmiş, dəndolma dövründə su stresi təsirindən həll olunan karbo-
hidratların  miqdarı  46.51%  artmışdır.  Bundan  öncə  də,  bir  çox 
tədqiqatçılar tərəfindən qeyd edilmişdir  ki, qarğıdalıda həll olunan 
karbohidratların  miqdarı,  quraqlıq  şəraitində  osmotik  təzyiqi  tən-
zimləmək üçün artır [97, 226]. İki şəraitdə reaksiyaların müqayisəsi 
göstərir  ki,  hibridlər  iki  fərqli  mühitdə,  karbohidrat  miqdarı  baxı-
mından fərqli reaksiyalar  göstərmişlər. Stres  şəraitində, ən  yüksək 
karbohidrat  miqdarı  quraqlığa  orta  davamlı  hibridə  olduğu  halda, 
suvarılan şəraitdə ən yüksək karbohidrat miqdarı quraqlığa davamlı 
hibriddə müşahidə edilmişdir (Cədvəl 2.12).  
Tədqiq  etdiyimiz  quraqlığa  davamlı,  orta  davamlı  və  həssas 
hibridlərin  yarpaqlarında  həll  olunan  karbohidratların  miqdarı  bir-
birindən fərqli olmuşdur. Bu araşdırmada, suvarılan şəraitdə, quraq-
lığa davamlı hibriddə (38 nömrəli hibrid) həll olunan  karbohidrat-
ların miqdarı daha çox (400.50) olmuşdur. Həll olunan karbohidrat-
ların ən az miqdarı (368.00 milliq/q) quraqlığa həssas hibriddə (37 
nömrəli hibrid) müşahidə edilmişdir. Quraqlığa orta davamlı hibrid 
(7  nömrəli  hibrid)  392.50  milliq/q  karbohidrat  toplamaqla  orta 
mövqedə  qalmışdır.  Ancaq,  quraqlıq  şəraitində,  orta  davamlı  hib-
riddə (37 nömrəli hibrid) daha çox həll olunan karbohidratlar top-
lanmışdır (605.00). Həll olunan  karbohidratların  ən az toplanması 


 124 
(514.50  milliq/q)  quraqlığa  davamlı  hibriddə  (38  nömrəli  hibrid) 
baş vermişdir. Quraqlığa həssas 37 nömrəli hibrid, 581.50 milliq/q 
olmaqla orta mövqedə qalmışdır (Cədvəl 2.12). 
                            
Cədvəl 2.12 
Quraqlıq sresi təsirindən qarğıdalı yarpaqlarında həll olunan 
karbohidratların miqdarında baş verən dəyişmələr (milliq/q) 
 
 
Quraqlığa davamlılıq 
dərəcəsi
 
Suvarılan 
şərait 
 
Quraqlıq 
şəraiti 
 
Suvarılan 
şəraitə görə 
 
%-lə
 
Davamlı hibrid
 
400.50
 
514.50
 
28.46
 
Orta davamlı hibrid
 
392.50
 
605.00
 
54.14
 
Həssas hibrid
 
368.00
 
581.50
 
58.02
 
Orta
 
387.00
 
567.00
 
46.51
 
 
 
Tədqiqatın nəticələri göstərmişdir ki, su  stresi şəraitində həll 
olunan  karbohidratların  miqdarının  artması  ilə  bərabər  dən  məh-
suldarlığı azalmışdır [27]

Belə  güman edilir  ki,  su  stresi şərai-
tində  nişastanın  parçalanması  səbəbindən  karbohidratların 
miqdarında artım baş verir ki, bu da onların ehtiyat formasının 
(nişastanın) azalmasına və nəticədə dən məhsuldarlığının aşa-
ğı  düşməsinə  səbəb  olur.  Qeyd  etmək  lazımdır  ki,  quraqlığa 
orta  davamlı  və  həssas  hibridlərdə,  su  stresi  şəraitində  çoxlu 
miqdarda  həll  olunan  karbohidrat  toplandığı  halda,  dən  məh-
suldarlığı  aşağı  səviyyədə  olmuşdur.  Məlumdur  ki,  stromada 
əmələ  gələn  nişasta,  parçalanma  prosesi  nəticəsində  həll  olu-
nan karbohidratlara çevrilir və bu da, öz növbəsində enerjinin sərf 
edilməsinə,  assimilyatların  azalmasına  və  nəticədə  dən  məhsu-
lunun da azalmasına səbəb olur [314].  
 


 
125 
III  F Ə S İ L 
 
BİTKİLƏRİN STRES AMİLLƏRƏ  
DAVAMLILIĞININ TARLA ŞƏRAİTİNDƏ 
ÖYRƏNİLMƏSİ 
 
Bitkilərin  stres  amillərə  davamlılığının  təyininə  aid  me-
todlarını dolayısı  və birbaşa olmaqla  iki böyük qrupa bölmək 
olar.  Dolayısı  metodlar  bitkilərin  stres  amillərə  reaksiyasının 
ölçülməsinə,  bir  çox  fizioloji  və  biokimyəvi  proseslərin  təyi-
ninə  əsaslanır.  Bu  metodların  üstünlüyü  ondadır  ki,  qısa  za-
man  ərzində,  dəqiq  cihazların  yardımı  ilə  bitkilərin  bu  və  ya 
digər abiotik stres amillərə qarşı davamlılığını dəyərləndirmək 
olur.    
Birbaşa metodun əsasını isə biometrik göstəricilər – məh-
sul,  məhsuldarlıq,  morfofizioloji  əlamətlərdəki  dəyişkənlik-
lərin təyini təşkil edir. Tarla şəraitində aparılan bu işlərin uzun 
zaman  və  çox  zəhmət  tələb  etməsinə  baxmayaraq,  bu  üsulla 
alınan nəticələrin daha dəqiq və etibarlı olduğu qəbul edilir [89]. 
Odur  ki, biz  tədqiq etdiyimiz bitki  nümunələrinin quraqlıq 
və duzluluq streslərinə davamlılığını, laboratoriya üsulları ilə ya-
naşı,  həm  də  tarla  şəraitində  öyrənmiş  və  alınan  nəticələrin 
müqayisəli analizini verməyə çalışmışıq. 
Tədqiq  edilən  arpa  və  buğda  sortnümunələrinin  tarla  şə-
raitində  quraqlığa  davamlılğını  təyin  etmək  üçün  toxumlar 
həm  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  ərazisində  su-
varma  şəraitində, həm də  Azərbaycan Elmi Tədqiqat Əkinçi-
lik  İnstitutunun  Cəlilabad  təcrübə  dayaq  məntəqəsində  quraq 
ərazidə,  dəmyə  şəraitində  səpilmişdir.  Səpin  hər  iki  ərazidə 
beynəlxalq  deskriptorun  tələblərinə  uyğun  şəkildə  aparıl-
mışdır. Bitkilərin  vegetasiya müddəti, bitkinin boyu, məhsul-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə