Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə39/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

 126 
dar  gövdələrin  sayı,  sünbülün  uzunluğu,  sunbüldə  olan  sün-
bülcüklərin sayı, sünbülün çəkisi, sünbüldə olan dənin kütləsi, 
sünbüldə dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə mü-
qayisəli  analiz  edilmişdir.  Biomorfoloji  əlamətlərin  orta  qiy-
mətləri  eyni  genotipə  aid  10  bitki  üzərində  ölçülməklə  təyin 
edilmişdir [2, 334]. 
Ayrı-ayrı  arpa genotiplərinin quraqlıq  stresinə davamlılı-
ğını təyin  etmək üçün Rosielle  və Hambelen tərəfindən  təklif 
edilmiş stresə tolerantlıq indeksindən istifadə olunmuşdur:  
 
Tol =Y
p
-Y

 
Hansı sortlarda tolerantlıq indeksi az olarsa, o sortun qu-
raqlığa  davamlılığı  yüksək  olacaqdır.  Bu  metoddan  sortların 
quraqlığa  davamlılığına  görə  seçilməsində  geniş  istifadə 
edilir. 
Tarla  şəraitində  müxtəlif  arpa  və  buğda  genotiplərinin 
duzluluğa davamlılığını təyin etmək üçün toxumlar həm Azər-
baycan  MEA  Genetik  Ehtiyatlar  İnstitutunun  ərazisində  su-
varma  əkinçiliyi  şəraitində,  həm  də  Azərbaycan  MEA  Aqro-
kimya  və  Torpaqşunaslıq  İnstitutunun  Ucar  təcrübə  dayaq 
məntəqəsində  orta  şoran  ərazisində  səpilmişdir.  Səpin  hər  iki 
ərazidə beynəlxalq deskriptorun tələblərinə uyğun şəkildə apa-
rılmışdır. Bitkilərin vegetasiya müddəti, bitkinin boyu, məhsul-
dar gövdələrin sayı, sünbülün uzunluğu, sunbüldə olan sünbül-
cüklərin  sayı,  sünbülün  çəkisi,  sünbüldə  olan  dənin  kütləsi, 
sünbüldə olan dənin sayı və 1000 dənin kütləsi hər iki şəraitdə 
müqayisəli analiz edilmişdir.  
Quraqlıqda olduğu kimi duza davamlılığı müəyyən edər-
kən  də  tolerantlıq  indeksi  biomorfoloji  əlamətlərin  orta  qiy-
mətləri  10  bitki  üzərində  aparılmış  ölçülərlə  təyin  edilmiş  və 


 
127 
Rosielle  və  Hambelen  tərəfindən  verilmiş  formula  ilə 
tapılmışdır [334]. 
 
 
3.1. İki cərgəli və çox cərgəli arpa sortnümunələrinin  
normal şəraitdə məhsuldarlıq elementlərinə görə analizi 
 
Öyrənilən  arpa  nümunələrinin  quraqlıq  və  duzluluq  stres-
lərinə davamlılığını öyrənmək üçün üç ekoloji şəraitdə tarla təc-
rübələri  qoyulmuşdur.  Normal  şərait  kimi  Genetik  Ehtiyatlar 
İnstitutunun Təcrübə Təsərrüfat Şöbəsinin ərazisindən istifadə 
edilmişdir.  Bu  ərazidə  əkilmiş  bitkilər  vaxtında  suvarılmış, 
fenoloji müşahidələr aparılmış, məhsul metodikaya uyğun şə-
kildə  toplanmış  və  onların  üzərində  8  məhsuldarlıq  element-
lərinə görə struktur analizi aparılmışdır.    
Quraqlıq  bölgə  kimi  Azərbaycan  Elmi  Tədqiqat  Əkin-
çilik  İnstitutunun  Cəlilabad  Təcrübə  Təsərrüfat  Stansiyasının 
ərazisi  seçilmişdir.  Bu  bölgənin  iqlimi  əsasən  quraq  və  yarı 
quraq hesab olunur. Arpa nümunələri normal şəraitdə olduğu 
kimi  səpilmiş  və  üzərində  fenoloji  müşahidələr  aparılmışdır. 
Məhsul da, eyni qayda  ilə toplanmış  və bitkilərin boyu, məh-
suldar gövdələrin sayı, sünbülün uzunluğu,  sünbülün ağırlığı, 
sünbülcüklərin sayı, bir sünbüldə olan dənin kütləsi, dənin sa-
yı  və  1000  dənin  kütləsinə  görə  struktur  analizləri  aparıl-
mışdır. Alınan nəticələr analiz edilmiş və əhəmiyyətli dəyişik-
lik baş vermiş əlamətlər seçilmişdir. Suvarılan və quraq ərazi-
lərdən toplanmış məhsulun müqayisəli struktur analizləri apa-
rılmiş, tolerantlıq indeksi tapılmış və nümunələr quraqlığa da-
vamlılığına  görə  qruplaşdırılmışdır.  Alınan  nəticələr  göstər-
mişdir  ki,  suvarılan  şəraitdə  becərilmiş  arpa  sortnümunələri 
bitkilərin boyuna görə bir-birlərindən əsaslı sürətdə fərqlənirlər. 
71
 


 128 
İki  cərgəli  arpa  sortnümunələri  içərisində  Nutans  303, 
Nutans  57/9,  6  №-li  Seçmə,  Arpa  47  və  Arpa  43  ən  yüksək 
boylu bitkilər olmuş, onların hündürlüyü 106-117 sm arasında 
dəyişmişdir. Nutans 118/21 və Cəlilabad 19 isə ən qısa boylu 
nümunələr kimi seçilmiş, boyları müvafiq olaraq 81 və 87 sm 
uzunluğunda  olmuşdur.  Öyrənilən  iki  cərgəli  arpaların  digər  nü-
munələrinin hündürlüyü 88 sm-lə 100 sm arasında dəyişmişdir. 
İki  cərgəli  arpalarla  müqayisədə  çox  cərgəli  arpa  nümu-
nələri  daha  uzun  boylu  olmuşlar.  Bu  nümunələr  içərisində 
Arpa  84  sortunun  boyu  ən  yüksək  hündürlüyə-138  sm-ə 
bərabər olmuşdur. 84 №-li Seçmə, Naxçıvan dəni  və 76 №-li 
Seçmə  sortları  da  yüksək  boylu  arpalara  aid  edilə  bilərlər. 
Onların hündürlüyü 128 sm olmuşdur. Çox cərgəli arpalardan 
yalnız Pallidum 69-91 və Arpa 75 nisbətən qısa boylu nümu-
nələr kimi seçilmiş, onların hündürlüyü müvafiq olaraq 83 və 
91 sm-ə bərabər olmuşdur. Digər nümunələrin hündürlüyü 98-
127 sm arasında dəyişmişdir. 
Məhsuldar  gövdələrin  sayına  görə  iki  cərgəli  və  çox 
cərgəli  arpa  nümunələrində  ciddi  fərqlilik  müşahidə  edilmə-
mişdir. İki cərgəli  arpalardan Nutans 80/34-14-də, çox cərgə-
lilərdən  isə  Arpa  31  və  Arpa  84  sortlarında  bu  göstərici  ən 
yüksək olmuş, 7,1 ilə 8,4 arasında dəyişmişdir. Ən aşağı gös-
tərici  isə  Nutans  80/32-21,  84  №-li  Seçmə,  Arpa  75-də  mü-
şahidə edilmişdir.  
Sünbülün uzunluğuna  görə də, öyrənilən  arpa  sortnümu-
nələri  bir-  birindən  kəskin  fərqlənməmişlər.  Əksər  nümunə-
lərdə sünbülün uzunluğu 9-12 sm arasında dəyişmişdir. Lakin 
iki  cərgəli  arpalardan  Arpa  43-də  sünbülün  uzunluğu  9  sm, 
çox cərgəli arpalardan isə Arpa 40 və Arpa 32 sortlarında sün-
bülün  uzuluğu  7,5-7,7  sm  olmuş,  yəni  bu  nümunələr  ən  qısa 
sünbüllü  sortlar  kimi  özlərini  göstərmişlər.  Arpa  80/32-21, 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə