Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə36/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   32   33   34   35   36   37   38   39   ...   101

 116 
ki, onların cücərmə faizi 14.29  - 45.14 % arasında olmuş-
dur  (Cədvəl  2.9).  Bitkilərin  quraqlıq  stresinə  davamlılığı-
nın  diaqnostik  üsullarından  biri  də,  stres  təsirindən  yar-
paqlarda  xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyiş-
mələrin öyrənilməsinə əsaslanır.  
 
Quraqlıq  stresi  zamanı  bitkilərin  yarpaqlarında  ağız-
cıqlar  tam  və  ya  qismən  bağlanır  ki,  bu  da  fotosintezin 
normal  getməsinə  mane  olur.  Bu  prosesi  öyrənmək  məq-
sədilə biz quraqlıq  stresinin təsirindən  xlorofil  “a”, xloro-
fil  “b”  və  xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyiş-
mələri  tədqiq  etmişik.  Quraqlıq  stresinin  təsirindən  qar-
ğıdalı  hibridlərində  xlorofil  (a+b)-nin  miqdarında  əmələ 
gələn  dəyişmələr  cədvəl  2.9-da  göstərilmişdir.  Cədvəldən 
göründüyü  kimi,  quraqlığın  təsirindən  38,  12, 8,  20  və  17 
nömrəli  hibridlərdə  xlorofil  (a+b)-nin  miqdarı  hətta  bir 
qədər  artmışdır  ki,  bu  hibridləri  yüksək  davamlı  hibridlər 
hesab  etmək  olar.  Bu  hibridlərdə  xlorofil  (a+b)-nin  miq-
darı  nəzarətlə  müqayisədə  17.00-56.09%  arasında  artmış-
dır.  7,  31,  30, 13,  2,  28,  22,  11,  15, 4,  33, 34,  18,  29,  35, 
51,  10,  14  və  36  nömrəli  hibridlərində  quraqlığın  təsirin-
dən  xlorofil  (a+b)-nin  miqdarı  ya  dəyişməmiş  ya  da  1.0-
10.0% arasında dəyişmişdir. Quraqlığın təsirindən xlorofil 
(a+b)-nin miqdarında baş vermiş dəyişmələrə görə bu hib-
ridlər  də  davamlı  kimi  qiymətləndirilir.  9,  23,  25,  16,  37, 
27, 26, 6, 24, 32, 3, 19 və 21 nömrəli hibridlərində isə qu-
raqlığın  təsirindən  xlorofilin  miqdarında  kəskin  azalma 
baş  vermişdir.  Bu  nümunələr  xlorofilin  miqdarında  baş 
vermiş  dəyişmələrə  görə  quraqlığa  həssas  hibridlər  kimi 
qiymətləndirilir. Bu hibridlərdə xlorofil (a+b)-nin miqdarı nə-
zarətlə müqayisədə 11.99-31.27% arasında azalmışdır [26].  
 


 
117 
2.8.
 
Qarğıdalı hibridlərinin quraqlığa tolerantlıq   
            indeksləri ilə diaqnostik metodlarla əldə edilən  
nəticələrin müqayisəsi 
 
Tolerantlıq  indeksləri  və  fizioloji  metodlarla  əldə  edilən 
quraqlığa  davamlılıq  dərəcələrinin  uyğunluğunu  yoxlamaq 
məqsədilə  korrelyasiya  əmsalından  istifadə  edilmişdir.  Stresə 
tolerantlıq indeksi (STI) ilə xlorofil (a+b) sabitliyi (r=0.51) və 
toxumların  cücərmə  qabiliyyəti  (r=0.57)  arasındakı  korrelya-
siyalar müsbət, yüksək və etibarlı olmuşdur (Cədvəl 2.10). Bu 
onu  göstərir  ki,  quraqlığa  davamlılıq  baxımından  stresə  tole-
rantlıq  indeksindən  alınan  nəticələr  xlorofil  (a+b)-nin  stabil-
liyi  və  toxumların  cücərmə  qabiliyyətindən  alınan  nəticələrin 
oxşarlıq dərəcəsi yüksəkdir. Odur ki, quraqlıq şəraitdə, faydalı 
bir  vasitə  kimi,  bu  iki  əlamətdən,  xüsusilə  də  xlorofil  (a+b)-
nin  sabitliyindən  davamlı  və  yüksək  potensiallı  hibridlərin 
proqnozlaşdırılması üçün istifadə edilə bilər.  
                 
Cədvəl 2.10 
Stresə tolerantlıq indeksi (STI) və fizioloji metodlar  
arasındakı korrelyasiya əmsalı  
 
 
Cücərmə 
qabiliyyəti%
 
xlorofil (a+b) 
 
sabitliyi
 
Xlorofil (a+b) 
sabitliyi
 
0.50** 

STI
 
0.57** 
0.51** 
 
Nəticələri  yekunlaşdırmaq  üçün  toxumların  cücərmə 
qabiliyyəti  (%-lə),  xlorofil  (a+b)-nin  sabitliyi  və  stresə  tole-


 118 
rantlıq indeksi (STI) göstəricilərində (üç əlamət bir yerdə) baş 
verən  dəyişmələrə  görə  hibridlər  qruplaşdırılmışdır  (Şəkil 
2.4). Birinci qrupda 15, 33, 10, 5, 28, 34, 14, 7, 27, 20, 1, 18, 
4, 35, 36, 11 və 12 nömrəli hibridlər qruplaşmışlar, onlar orta 
davamlı  hibridlər  kimi  qiymətləndirilir.  2-ci  qrupda  isə  8,  17 
və 38 nömrəli hibridlər birləşmişlər ki, onlar davamlı hibridlər 
kimi  qiymətləndirilir.  3-cü  qrupda  22,  32,  3,  21,  31,  23,  26, 
29, 30, 24, 37, 2, 13, 19, 6, 16, 9 və 25 nömrəli hibridlər yer-
ləşmişlər  ki,  onlar  həssas  hibridlər  kimi  qiymətləndirilir.  Hər 
üç meyara görə 6, 16, 19, 25 və 37 nömrəli hibridlər həssas, 5, 
7,  10,  15  və  33  nömrəli  hibridlər  orta  davamlı,  38  nömrəli 
hibrid isə davamlı hibrid kimi qiymətləndirilmişdir [27, 359]. 
 
 
 
Şəkil 2.4. Qarğıdalı hibridlərinin cücərmə qabiliyyəti (%) ,  
xlorofil (a+b)-nin miqdarı, stresə davamlılıq indeksi (STI)  
əsasında qruplaşması 
 


 
119 
Stresə  tolerantlıq  indeksi  (STI),  fizioloji  parametrlər  (to
-
xumların  cücərmə  faizi  və  stres  amillərin  təsirindən  yarpaq-
larda  xlorofil  (a+b)-nin  miqdarında  əmələ  gələn  dəyişmələr) 
nəzərə  alınaraq  hibridlərin  içərisindən  38  (SC704)  nömrəli 
hibrid quraqlığa davamlı, 7 nömrəli hibrid orta davamlı və 37 
(SC700)  nömrəli  hibrid  quraqlığa  həssas  hibrid  kimi  seçil-
mişdir.  Bu  hibridlərin  üzərində,  quraqlıq  stresi  təsirindən  ge-
nomun quruluş  və funksiyasında, prolin amin  turşusu  və həll 
olan  karbohidratların  miqdarında  baş  verən  dəyişikliklər 
öyrənilmişdir. 
 
2.9.
 
Quraqlıq stresinin qarğıdalı bitkisi yarpaqlarında  
prolin amin turşusunun miqdarına təsiri 
 
Bitkilərin quraqlıq stresinə reaksiyaları su çatışmazlığının 
təbiətindən  asılıdır.  Bitkilərin  quraqlıq  stresinə  reaksiyaları 
qısa  müddətli,  orta  müddətli  və  uzun  müddətli  kimi  təsnif 
edilə  bilər.  Su  stresi  zamanında  CO
2
  -in  maksimum  udulma-
sının azalması, bitkilərin qısa müddətli reaksiyalarıdır. Quraq-
lıq  stresinə  orta  müddətli  reaksiyalar,  duzların  toplanması  ilə 
əlaqədar olub osmotik tənzimlənmənin baş verməsidir. Quraqlıq 
stresinə  uzun  müddətli  reaksiya  genetik  modellər  vasitəsilə  bio-
kütlənin paylanmasıdır [161, 276, 330].   
Bitkilər  quraqlıq  şəraitində  su  udmaq  üçün  hüceyrənin 
osmotik təzyiqini yüksəldirlər. Yüksək osmotik təzyiq, hücey-
rə  şirəsində  üzvi  turşuların,  şəkərlərin  və  başqa  turqorogen 
maddələrin  toplanmsı  nəticəsində  əmələ  gəlir.  Bu  maddələr 
hüceyrənin  adi  biokimyəvi  fəaliyyətlərinə  müdaxilə  etmirlər, 
ancaq osmotik stres zamanı osmotik qoruyucular kimi davranırlar. 
Hüceyrədəki  maddələr  içərisində  prolin  amin  turşusunun  xüsusi 
rolu  vardır.  Quraqlıq  stresinə  uyğunlaşma  proseslərində  onun 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə