Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə44/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   40   41   42   43   44   45   46   47   ...   101

 142 
 
Şəkil 3.2. Duza tolerantlıq indeksinə görə nümunələrin 
qruplaşdırılması 
 
3.5. Diploid və tetraploid buğda növ və növmüxtəlif- 
  liklərinin suvarılan və dəmyə şəraitində məhsuldarlıq 
elementlərinin müqayisəli təhlili 
 
Diploid və tetraploid buğda növ, növmüxtəlifliyi və bərk 
buğda (T.durum Desf.) növünə aid sortların quraqlığa və duz-
luluğa  davamlılığını  tarla  şəraitində  öyrənilməsi  üçün  nümu-


 
143 
nələr  üç  şəraitdə  becərimişdir.  Normal  şərait  kimi  Genetik 
Ehtiyatlar İnstitutunun Abşeron təcrübə bazası götürülmüşdür. 
Bu bazada bitkilər suvarma əkinçiliyi şəraitində becərilir. Nü-
munələr  vaxtında  suvarılmış,  fenoloji  müşahidələr  aparılmış, 
məhsul metodikaya uyğun şəkildə toplanılmış və onların üzə-
rində  8  məhsuldarlıq  elementinə  görə  struktur  analiz  aparıl-
mışdır.  Alınan  nəticələr  aşağıdakı  cədvəl  və  diaqramlarda  öz 
əksini tapmışdır. 
Quraqlıq  bölgə  kimi  Azərbaycan  Elmi  Tədqiqat  Əkin-
çilik  İstitutunun  Cəlilabad  Təcrübə  Təsərrüfat  Stansiyasının 
ərazisi seçilmişdir. Bu bölgənin iqlimi əsasən quraq və ya yarı 
quraq  hesab  edilir.  Nümunələr  normal  şəraitdə  olduğu  kimi 
səpilmiş  və üzərində fenoloji  müşahidələr  aparılmışdır. Məh-
sul  eyni  qayda  ilə  toplanılmış  və  bitkinin  boyu,  məhsuldar 
gövdələrin  sayı,  sünbülün uzunluğu, sünbülün çəkisi,  sünbül-
cüklərin  sayı,  bir  sünbüldə  olan  dənin  çəkisi,  dənin  sayı  və 
1000 dənin kütləsinə görə struktur analizlər edimişdir. Alınan 
nəticələr  normal  şəraitlə  bir  yerdə  statistik  analiz  edilmiş  və 
əhəmiyyətli dəyişiklik baş vermiş əlamətlər seçilmişdir. 1981-
ci  ildə  Rozile  və  Hambilin  tərəfindən  verilmiş  stresə  tole-
rantlıq indeksi tapılmış və nümunələr quraqlığa davamlılığına 
görə  sinifləşdirilmişdir.  Nəticələr  diaqramlarla  aydın  təsvir 
edilmişdir. 
Suvarılan  şəraitdə  becərilmiş  buğda  növ  və  növmüxtə-
liflikləri  içərisində  ən  qısa  boy  T.persicum,  ən  uca  boy  isə 
T.turgidum  v.  dreishianum  da  müşahidə  edilmişdir.  T.mono-
coccum, T.dicoccoides, T.polonicum  isə orta boylu buğdalara 
aid  edilə  bilər.  Bu  nümunələrdə  bitkinin  boyu  103-104  sm-ə 
bərabər olmuşdur. Məhsuldar gövdələrin sayına görə T.mono-
coccum (4.8), sünbülün uzunluğuna görə isə T.persicum (11.9 
sm)  fərqlənmişdir.  T.turgidum  tədqiq  etdiyimiz  4  növmüxtə-


 144 
lifliyinin hamısında bir sünbülün çəkisi ən yüksək – 3.73-4.53 
q  arasında  olmuşdur.  Bu  növmüxtəliflikləri  sünbülcüklərin 
sayı, sünbüldə olan dənin  sayı  və kütləsinə  görə də öyrənilən 
buğda  nümunələri  içərisində  ən  yüksək  göstəriciyə  malikdir. 
Əsas  məhsuldarlıq elementlərindən  sayılan  sünbüldə olan də-
nin  sayı  T.  Turgidum  növünün  növmüxtəlifliklərində  45.1-
55.7  arasında  dəyişilir.  Bu  göstərici  ən  az  T.  Boeoticum-da 
müşahidə  edilmişdir  (19  q).  1000  dənin  kütləsinə  görə  də  T. 
Boeoticum  ən  aşağı  göstəriciyə  (15.5  q)  malik  olmuş,  T.  Po-
lonicum  isə  bu  göstəriciyə  görə  ən  yüksək  olmuşdur.  T.  Tur-
gidum  növünün  növmüxtəlifliklərində  də  1000  dənin  kütləsi 
yüksəkdir (50.7-56.9 q). 
Cəlilabad  rayonunun  dəmyə  şəraitində  səpilmiş  buğda 
növ  və  növmüxtəlifliklərinin  məhsuldarlıq  elementlərinin 
analizi  göstərir  ki,  quraqlıq  şəraiti  bütün  bitkilərin  boyuna 
eyni  cür  təsir  göstərməmişdir.  Quraqlıq  T.  Turgidum  v. 
salomonis   T. Dicoccum v. farrum-un boyunun bir qədər 
artmasına  səbəb  olmuşdursa,  yabanı  təkdənli  və  cütdənli 
buğdaların  və  həmçinin  T.  Polonicum    T.  Boeoticum-un 
boyunda  ciddi  dəyişmələr  müşahidə  edilməmiş,  quraqlıq 
daha çox məhsuldar gövdələrin sayının dəyişilməsinə səbəb 
olmuşdur.  T.  Turgidum  v.  lusitanicum  və  T.  Dicoccum  v. 
farrum-un  məhsuldar  gövdələrinin  sayı  quraqlığın  təsirin-
dən  müvafiq  olaraq  0.85  və  0.50  qədər  azalmış,  digər 
buğdalarda  isə  quraqlığın  təsirindən  məhsuldar  gövdələrin 
sayının 0.05-0.90 qədər artması qeyd edilmişdir.  
Quraqlığın  təsirindən,  öyrənilən  bütün  buğda  növ  və 
növmüxtəlifliklərində bir sünbülün çəkisi  və sünbüldə olan 
dənin  kütləsi  az  və  ya  çox  dərəcədə  azalmışdır  ki,  bu  da 
ümumi  məhsuldarlığın  aşağı  düşməsinə  səbəb  olan  əsas 
amillərdən  biridir.  Bu  göstəricilərə  görə  azalma  T.  Tur-


 
145 
gidum v. dreishianum  T. Turgidum v. salomonis-də daha 
çox  olduğu  halda,  yabanı  və  mədəni  təkdənli  və  cütdən-
lilərdə,  həmçinin  T.  Polonicum    T.  Persicum  da  nəzərə 
çarpacaq  dərəcədə  olmamışdır.  Quraqlığın  təsiri  əsas 
məhsuldarlıq  göstəricilərindən  olan  1000  dənin  kütləsinin 
azalmasında da özünü göstərmişdir. Belə ki, bu göstəriciyə 
görə  quraqlıqdan  ən  çox  ziyan  görmüş  buğda  nümunələ-
rindən T. Dicoccum v. rufum, T. Turgidum v. dreishianum, 
T.  Turgidum  v.  lusitanicum-u  göstərmək  olar  ki,  bu  nü-
munələrdə  quraqlığın  təsirindən  1000  dənin  kütləsi  5.8-6.4 q 
azalmışdır.  Quraqlığın  təsirindən  sünbülün  çəkisi  və  bir 
sünbüldə  olan  dənin  kütləsində  baş  vermiş  dəyişmələrə 
görə dendroqram tərtib edilmişdir (Şəkil 3.3). Dendroqram-
dan  göründüyü  kimi,  T.monococcum,  T.dicoccum  v.  farrum, 
T.persicum,  T.dicoccoides,  T.boeoticum,  T.polonicum,  T.tur-
gidum v. alboyadurum, T.dicoccum v. rufum  T.dicoccum 
v. atratum bir sinifdə birləşmişlər. Quraqlığın təsirindən bu 
nümunələrdə sünbülün çəkisi 0.00-0.18 q, bir sünbüldə olan 
dənin çəkisi isə -0.24-0.16q intervalında azalmışdır. Dəyiş-
mələri  nəzərə alaraq, bu  qrupda  birləşən  nümunələr quraq-
lığa  davamlı  nümunələr  kimi  qiymətləndirilmişdir.  Digər 
qrupda  isə  T.turgidum  v.  dreishianum,  T.turqidum  v.  salo-
monis və T.turgidum v. lusitanicum birləşmişlər. T.turgidum 
növünə  aid  olan  bu  3  növmüxtəlifliyində  quraqlığın  təsi-
rindən sünbülün çəkisi 0.85-1.39 q, bir sünbüldə olan dənin 
çəkisi  isə  0.31-0.74  q  azalmışdır.  Bu  dəyişmələrə  görə  isə 
T.turgidum  növünün  növmüxtəliflikləri  quraqlığa  orta  da-
vamlı kimi qiymətləndirilir (Şəkil 3.3). 
 
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə