Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə42/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   38   39   40   41   42   43   44   45   ...   101

 
135 
sünbülün çəkisinə önəmli təsir edərək, bu  göstəriciləri  iki dəfəyə 
qədər azaltmışdır. 
Duzluluq  stresi  sünbüldə  olan  dənin  kütləsinin  də  ciddi 
azalmasına  səbəb  olmuşdur.  Bu  azalma  ən  çox  Nutans  57/9-da 
(57%),  ən  az  isə  Nutans  86/35-18-də  (15,4%)  müşahidə  edil-
mişdir.  Digər  sortnümunələrdə  də  duzluluq  stresi  təsirindən 
sünbüldə  olan  dənin  kütləsinin  müxtəlif  dərəcədə  azalması  baş 
vermişdir. 
Çoxcərgəli arpalarda bu nəticələr daha kəskin şəkildə özünü 
göstərir.  Belə  ki,  sünbülün  uzunluğu  və  xüsusilə  də  sünbüldə 
olan  dənin  sayı  bu  arpa  nümunələrində  suvarılan  şəraitlə  mü-
qayisədə  iki dəfəyə qədər  azalır. Bu  azalmalar  ən çox  Arpa  30, 
Arpa 31 və Arpa 44 sortlarında baş vermişdir. 
Cədvəldəki rəqəmlərin təhlili göstərir ki, duzluluq  stresi iki 
cərgəli arpalarda sünbüldə olan dənin sayına, digər göstəricilərə 
nisbətən  az  təsir  etmişdir.  Arpa  77,  Arpa  43  və  Nutans  28/92 
sortnümunələrində duzlu şəraitdə sünbüldə olan dənin sayı hətta 
bir  qədər  artmışdır.  Lakin  bu  nümunələrdə  1000  dənin  kütləsi 
kəskin azalmışdır. 
Arpa  77-də  1000  dənin  kütləsi,  suvarılan  şəraitdə  61q  ol-
duğu halda, duzlu torpaqlarda bu göstərici 43q, müvafiq olaraq, 
Arpa  43-də  51,7  və  44q,  Nutans  28/92-də  isə  61  və  41,7q 
olmuşdur.  
İki  cərgəli  arpalardan  fərqli  olaraq  çox  cərgəli  arpalarda 
sünbüldə  olan  dənin  sayı  və  çəkisi  arasında  xüsusi  bir  qanuna-
uyğunluq  müşahidə  edilməmişdir.  Bir  çox  nümunələrdə  (76  № 
Seçmə, Arpa 31, Arpa 44) hər iki göstərici azaldığı halda, 84 № 
Seçmə,  Arpa  78,  Naxçıvan  dəni  sortlarında  sünbüldəki  dənin 
çəkisi  azalmış,  dənin  sayında  isə  hətta  bir  qədər  artım  baş  ver-
mişdir. Lakin iki cərgəli arpalarda olduğu kimi, bu numunələrdə 
də 1000 dənin kütləsində ciddi azalmalar müşahidə edilmişdir. 


 136 
Bu nəticələr onu göstərir ki, duzluluq şəraitinin təsirindən 
toxumların  tam  dolması  əngəllənir,  cılız  və  xırda  toxumlar 
əmələ gəlir ki, bu da ümumi məhsuldarlığın azalmasına səbəb 
olan əsas amillərdən biri kimi qəbul edilə bilər. 
 
 
3.4. Tolerantlıq indeksinə görə arpa nümunələrinin 
qruplaşdırılması 
 
Qeyd  edildiyi  kimi  nümunələrin  quraqlığa  və  duza  da-
vamlılığını  təyin  etmək  üçün  həm  də  birbaşa  tarla  metodun-
dan  istifadə  edilmişdir.  Belə  ki,  tədqiqat  materialının  quraq-
lığa davamlılığını müəyyən etmək üçün bütün nümunələr eyni 
səpin  üsulu  və  səpin  norması  ilə  Azərbaycan  Elmi  Tədqiqat 
Əkinçilik  İnstitutunun  Cəlilabad  təcrübə  stansiyasının  dəymə 
torpaqlarında  və  AMEA  Genetik  Ehtiyatlar  İnstitutunun  Ab-
şeron  təcrübə  bazasının  suvarılan  sahəsində  səpilmişdir.  Nü-
munələrin  hamısı  eyni  aqrotexniki  qaydalarla  becərilmiş  və 
eyni qayda ilə yığılaraq məhsuldarlıq elemenlərinə görə analiz 
edilmişdir.  
Məlumdur ki, məhsuldarlığa birbaşa və başlıca təsir edən 
məhsuldarlıq  elementlərindən  biri  də  sünbüldə  dənin  kütləsi 
hesab edilir. Bunu nəzərə alaraq, nümunələrin quraqlığa tole-
rantlıq  indeksi  bu  əlamət  üzrə  Fernandesin  təklif  etdiyi  for-
mula əsasında hesablamışdır (Cədvəl 3.1). 
Cədvəldəki rəqəmlərdən göründüyü kimi, bütün nümunə-
lərdə tolerantlıq  indeksi  yüksək olmuşdur. Bu, arpa bitkisinin 
quraqlığa  davamlılığı  və  Cəlilabad  ərazisinin  çox  da  quraq 
olmaması  ilə  əsaslandırıla  bilər.  Alınan  nəticələr  əsasında 
dendroqramma  tərtib  edilmiş  və  nümunələr  bir-biri  ilə  mü-
qayisə edilərək qruplaşdırılmışdır (Şəkil 3.1).    
 


 
137 
  
                         Cədvəl 3.1 
 
Quraqlığa tolerantlıq indeksi   
 
№ 
Nümunənin 
adı 
Dənin 
kütləsi 
(Abşeron) 
Dənin 
kütləsi 
(Cəlilabad) 
Quraqlığa 
toelrantlıq 
indeksi 

Hüseyn 1 
1,44 
1,36 
0.08 

Arpa 47 
1,32 
1,09 
0.23 

Nutans 67-91 
0,98 
1,14 
-0.16 

Nutans 303 
0,87 
1,9 
-1.03 

Arpa 77 
1,18 
1,68 
-0.5 

Nutans 118/21 
1,71 
1,16 
0.55 

Arpa 43 
1,54 
1,28 
0.26 

Cəlilabad 19 
0,9 
1,26 
-0.36 

Nutans 86/35-18 
1,3 
1,1 
0.2 
10 
Nutans 80/32-21 
1,24 
1,03 
0.21 
11 
Nutans 28/92 
1,35 
1,08 
0.27 
12 
Nutans 57/9 
1,04 
1,18 
-0.14 
13 
Nutans 124/32 
1,26 
1,03 
0.23 
14 
Arpa 59 
1,44 
1,12 
0.32 
15 
6 №-li Seçmə 
1,29 

0.29 
16 
Nutans 80/34-14  
1,41 
1,12 
0,79 
17 
84 №-li Seçmə 
3,14 
2,56 
0.58 
18 
Palidum 69-91 
2,4 
1,92 
0.48 
19 
Arpa 75 
2,27 
2,15 
0.12 
20 
Arpa 78 
3,42 
3,25 
0.17 
21 
Arpa 32 
2,77 
2,52 
0.25 
22 
78 №-li Cəbrayıl 
3,34 
2,57 
0.77 
23 
76 №-li Seçmə 
2,96 
2,4 
0.56 
24 
N 79/1-2 
3,45 
3,24 
0,94 
25 
Arpa 31 
4,22 
3,26 
0,96 
26 
Arpa 29 
3,05 
2,06 
0,67 
27 
Arpa 39 
3,13 
2,36 
0.77 
28 
Arpa 30 
2,95 
2,55 
0.4 
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə