Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə50/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   46   47   48   49   50   51   52   53   ...   101

 
167 
sırasında  dənin  sayı,  dənin  dolma  sürətinin  çoxluğu  və  qıça-
dan  yuxarıdakı  yarpaqların  sayı  kimi  əlamətlər  əsasında  qu-
raqlığa davamlı hibridləri seçmək olar [27,107,358]. 
M.E. Westgate  və J.S. Boyer də [403] belə bir fikir  irəli 
sürmüşlər  ki,  yeni qarğıdalı hibridlərində  yüksək dən məhsu-
lu, dənin dolma dövrünün artması, gec qocalma, çiçəyin miq-
darının  azalması  və  yarpaqların  perpendikulyar  düzümü  ilə 
əlaqədardır.  L.M. Dwyer  və  əməkdaşları  üç  yetişmə  qrupuna 
aid 9 qarğıdalı hibridiləri ilə apardıqları tədqiqatlara əsaslana-
raq belə nəticəyə gəlmişlər ki, dənin dolma dövrü və məhsul-
darlıq  indeksi, dən  məhsuldarlığı  ilə  yüksək  korrelyasiya təş-
kil edir. Onlar təklif etmişlər ki, qarğıdalı genotiplərinin əlve-
rişli seçimi zamanı bu əlamətlərdən istifadə faydalı ola bilər [181]. 
Dən  məhsuldarlığı  ilə  əlamətlər  arasındakı  korrelyasiyalar 
mühüm amil hesab edilsə də, əlamətlər arasındakı sadə korrelya-
siya, yüksək məhsuldarlıqla bağli olan əlamətlərin müəyyənləşdi-
rilməsində əsas sayıla bilməz. Halbuki, path analizindən istifadə 
etməklə  müxtəlif  əlamətlərin  birbaşa  və  dolayı  təsirlərini 
məhsuldarlıqla müəyyənləşdirmək imkanı yaranır [417].  
Bu  tədqiqatda  path  analizini  yerinə  yetirməzdən  öncə 
təsirsiz və ya az təsirli əlamətləri aradan qaldırmaq məqsədilə 
çox  dəyişikli  ardıcıl  reqressiya  analizindən  istifadə  olunmuş-
dur.  Çox  dəyişikli  xətti  reqressiya  tənliyini  müəyyənləşdir-
mədən əvvəl, çox xətti fenomenin mövcud olmasını, müstəqil 
dəyişənlər  arasının  sınaqdan  keçirilməsi  lazımdır.  Çox  xətti 
fenomeni  müəyyənləşdirmək  üçün  dəyişənlər  arası  variasiya 
inflyasiya  faktoru  (VİF)  statistikasından  istifadə  edilmişdir. 
VİF statistikasının hesablanması göstərdi ki, əlamətlər arasın-
da çox xətti fenomen mövcuddur. Laboratoriya və ya əkin sa-
həsində  riyazi  düsturla  hesablanmış  əlamətlərdən  bir  qismi 
silinməklə, əlamətlər arası çox xətti fenomen də ortadan qalx-


 168 
mış olur. Bu əlamətləri aradan qaldırmaqla reqressiya analizini ye-
rinə yetirməkdə heç bir problem müşahidə edilmir. 
Deyildiyi kimi, dən məhsuldarlığının ən mühüm əlamətlərini 
müəyyənləşdirmək  məqsədilə  ardıcıl  reqressiya  analizindən  isti-
fadə  edilmişdir.  Tam  suvarılan  şəraitdə,  dənin  dolma  sürəti  əla-
məti  birinci  dəyişən  olaraq  modelə  daxil  edildu  və  bu  da,  özü-
özlüyündə  8l.8% hibridlər arası məhsuldarlıq dəyişikliklərini nü-
mayiş  etdirdi.  Ondan  sonra  ikinci  mərhələdə  dənin  dolma  döv-
rünün müddəti modelə daxil oldu və dənin dolma sürəti ilə yanaşı 
99.8  faiz  məhsuldarlıq  dəyişikliyini  göstərdi  (Cədvəl  3.10).  Su 
qıtlığı  stresi  şəraitində  dənin  dolma  sürəti  əlaməti  ilk  dəyişən 
olaraq modelə daxil oldu və özü-özlüyündə 74.2 % hibridlər arası 
məhsuldarlıq  dəyişikliyini  doğrultdu.  Ondan  sonra  ikinci  mərhə-
lədə  dənin  dolma  dövrünün  müddəti  modelə  artırıldı  və  dənin 
dolma  sürəti  ilə  yanaşı, 99.2% dən  məhsuldarlığı  dəyişikliklərini 
göstərdu. Nəhayət üçüncü və dördüncü mərhələdə, uyğun olaraq, 
qıçanın saçaqlarının aşkar olmasına lazım olan günlər və qıça sıra-
sında dənin sayı əlamətləri reqressiya modelinə daxil oldular. Bu 
dörd əlamət dən məhsuldarlıq dəyişikliklərinin 99.4%-in doğrult-
maqla, bu şəraitdə dən məhsuldarlığını  izah  etməkdə  ən  mühüm 
və təsiredici əlamətlər kimi müəyyən edildi (Cədvəl 3.11).  
 
Cədvəl 3.10. 
Tam suvarılan şəraitdə ardıcıl reqressiya üsulu ilə  
məhsuldarlığa bağli seçilən əlamətlərin reqressiya əmsalı 
           
        
    
Mərhələ
 
b (regressiya əmsalı)
 
başlamaqdan 
 
en
 
Orta 
kvadratik
 
R
2
 
D.D.S.
 
D.D.D.
M.
 
1
 
0.454**
 
-
 
0.474
 
33.755**
 
0.818
 
2
 
0.471**
 
0.172**
 
-8.086
 
20.59**
 
0.998
 
D.D.S.- dənin dolma sürəti; D.D.D.M.- dənin dolma dövrünün  müddəti;  ** - 1% ehtimallıqla 
mənalı dərəcədə fərqliliklər. 


 
169 
H.Corke  və  L.W.  Kannenbergin  tədqiqatlarının  nəticələ-
rinə  görə  dənin  dolma  sürəti  çox  olan  genotiplərin  məhssul-
darlığı da çox olmışdır [167]. T.B. Daynard və L.W. Kannen-
berg müxtəlif sıxlıqlarda əkilmiş üç qarğıdalı hibridini  tədqiq 
etməklə  belə  nəticəyə  gəlmişlər  ki,  dənin  dolma  dövrünün 
müddəti  ilə  dən  məhsuldarlığı  arasında  mənalı  xətti  əlaqə 
vardır, 70-80 faiz məhsuldarlıq fərqləri dənin dolma dövrünün 
müddətində  olan  fərqlərə  aid  edilmişdir  [173].  M.  Yazdan-
doost-Hamedani  və  A.  Rezai  (l99l)  dənin  dolma  sürəti  və 
dənin  dolma  dövrünün  müddəti  əlamətlərini  dən  məhsuldar-
lığının  izahında  ən  mühüm  və  təsiredici  əlamətlər  kimi  mü-
əyyən  etmişlər  [417].  R.  Sadat  [339]  reqressiya  analizindən 
istifadə  etməklə  göstərmişdir  ki,  qıça  sırasında  dənin  sayı, 
məhsuldarlıq dəyişikliklərinin çoxunu doğruldur.  
Tam  suvarılan  şəraitdə  dənin  dolma  sürəti  və  dənin  dol-
ma  müddəti  əlamətlərinin  dən  məhsuldarlığı  ilə  bilavasitə  və 
dolayı  korrelyasiyaları,  path  analizi  yolu  ilə  əldə  edilmişdir. 
Path  analizinin  nəticələri  göstərmişdir  ki,  dənin  dolma  sürəti 
(0.938),
  dənin  dolma  dövrü  müddəti  (0.425)  ilə  müqayisədə 
dən məhsuldarlığına daha çox bilavasitə təsir göstərir (Cədvəl 
3.12). 
Cədvəl 3.11 
Quraqlıq şəraitdə ardıcıl reqressiya yolu ilə  
məhsuldarlığa bağlı seçilən əlamətlərin reqressiya əmsalı   
                         
Mərhələ
 
b (regressiya əmsalı)
 
başlamaqdan 
en
 
Orta 
kvadratik
 
R
2
 
D.D.S.
 
D.D.D.M.
 
Q.S.G.S.
 
Q.S.D.S.
 
1
 
0.284**
 
-
 
-
 
-
 
1.541
 
8.884**
 
0.742
 
2
 
0.373**
 
0.128**
 
-
 
-
 
-4.773
 
5.933**
 
0.992
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə