Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə58/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   54   55   56   57   58   59   60   61   ...   101

 
195 
Maraqlıdır  ki,  stresdən  sonra  Hib  +  Kin  fitohormon  kom-
pleksi  verildikdə,  davamlı  sortlarda  olduğu  kimi,  həssas  arpa 
sortunun genomunda da kəskin fəallaşma prosesi baş vermiş, RNT 
miqdarı  və  DNT  fraksiyaları,  o  cümlədən  labil  xromatin  DNT-si 
xeyli  çoxalmışdır  (Şəkil  4.6).  Alınmış  təcrübi  nəticələr  fitohor-
monların təsir mexanizminin açıqlanmasında yararlı ola bilər.  
Duzluluq  stresi  və  fitohormon  təsirindən  arpa  genomunun 
quruluş  və  funksiyasında  müəyyən  edilmiş  bu  dəyişmələr,  bitki-
lərin  stres  amillərə  davamlılığının  molekulyar-genetik  mexaniz-
minin  izahında faydalı ola bilər  və  aşkar edilmiş  yüksək davamlı 
arpa  genotipləri  stresə  davamlı  və  məhsuldar  arpa  sortlarının 
yaradılması  istiqamətində  təbii  gen  mənbəyi  kimi  istifadə  oluna 
bilərlər. 
Oxşar  nəticələr,  duzluluq  stresinə  davamlılığı  ilə  seçilən 
çoxcərgəli  Arpa 75 sortunda da  müşahidə  edilimişdir (Şəkil  4.7). 
Duzluluq  stresinin  təsirindən  bu  sortun  yarpaqlarında  RNT-nin 
miqdarı  30,5%,  ümumi  DNT-nin  miqdarı  isə  18,27%  artmışdır. 
Ümumi  DNT-nin  miqdarı  daha  çox  stabil  və  qalıq  DNT-nin 
hesabına  baş  vermişdir.  Labil  DNT-nin  miqdarında  isə  önəmli 
artım müşahidə edilməmişdir (3,05%).  
Stresdən  48  saat  sonra  Hib  +  Kin  fitohormon  kompleksinin 
təsirindən, digər sortlarda olduğu kimi, bu sortun yarpaqlarında da 
RNT miqdarı və DNT fraksiyalarında kəskin artım baş vermişdir. 
Fitohormonlar daha çox genomun quruluş vəziyyətinə təsir etmiş, 
DNT-nin  bütün  fraksiyalarında  önəmli  artım  müşahidə  olun-
muşdur. DNT fraksiyalarında baş  verən bu  artım  fitohormonların 
təsirindən  hüceyrə  bölünməsinin  sürətlənməsi  və  vahid  yarpaq 
sahəsinə  düşən  hüceyrə  sayının  çoxalmasının  nəticəsi  kimi  izah 
oluna  bilər.  Yeni  əmələ  gəlmiş  hüceyrələrdə  DNT-nin  transkrip-
siya  intensivliyi  də  kifayət  qədər  yüksək  olmuş  və  RNT  miqdarı 
23% artmışdır.    
 


 196 
 
30,5
3,05
42,1
15,3
18,27
0
10
20
30
40
50
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
23
39,4
33,9
46,3
10
20
30
40
50
60
N
əz
arə

 gö

 %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyşmələri
 
 
Şəkil  4.7.  Arpa  75  nümunəsində  duzluluq  stresi  təsirindən 
RNT  miqdarı  və  DNT  fraksiyalarında  baş  verən 
dəyişmələr və bu dəyişmələrə Hib+Kin fitohormon 
kompleksinin təsiri  
          
Duzluluq stresinə həssas çoxcərgəli Arpa 40 sortunda isə 
DNT  fraksiyaları  və  RNT  miqdarında  nəzərə  çarpacaq 
dərəcədə  azalma  baş  vermişdir.  RNT  miqdarı  nəzarətə  görə 
9,4%, ümumi DNT-nin miqdarı isə 21% azalmışdır. DNT-nin 
miqdarındakı azalma bütün fraksiyaların hesabına baş  vermiş 
və bu proses labil DNT-də 16,1%, stabil DNT-də 24,6%, qalıq 
DNT-də isə 28,3% qeydə alınmışdır.  


 
197 
Stresdən  48  saat  sonra  fitohormon  kompleksi  təsirindən 
RNT-nin  miqdarı  70%-ə  qədər  artmış,  DNT  fraksiyalarında 
da  kəskin  çoxalmalar  müşahidə  edilmişdir.  Labil  DNT  24%, 
stabil  DNT  29,2%,  qalıq  DNT  fraksiyası  isə  40%  artım 
göstərmişdir.  
Tədqiqat duzluluq  stresinə orta davamlı  76№-li Seçmə arpa 
nümunəsi üzərində davam etdirilmiş və alınan nəticələr 4.8 nöm-
rəli şəkildə verilmişdir. 
4.8  №-li  şəkildəki  rəqəmlərdən  göründüyü  kimi,  orta 
davamlı  76№-li  Seçmə  arpa  nümunəsində  duzluluq  stresi 
təsirindən RNT və  labil DNT miqdarında bir qədər artım baş 
versə  də,  bu  artım  yüksək  davamlı  sortlarda  olduğu  qədər 
yüksək  deyil.  Bu  halda  labil  DNT-nin  miqdarı  cəmi  3,64%, 
RNT-nin  miqdarı  isə  12,56%  artım  göstərmişdir.  Ən  yüksək 
artım  isə  stabil  DNT-nin  miqdarında  baş  vermiş,  bu  fraksi-
yada  nəzarətə  nisbətən  artım  63%  olmuşdur.  Qalıq  DNT-nin 
miqdarı isə ən az - 7,14% artmışdır.  
Stresdən  48  saat  sonra  fitohormon  kompleksi  tətbiq 
edildikdə,  digər  sortlarla  müqayisədə,  bu  nümunənin  yarpaq-
arında DNT fraksiyaları  və RNT miqdarında ən yüksək artım 
müşahidə edilmiş, RNT-nin miqdarı 84,3%, ümumi DNT-nin 
miqdarı  isə  41,3%  çoxalmışdır.  Ümumi  DNT-nin  miqdarın-
dakı  artım  fraksiyaların  hesabına  baş  vermişdir.  Labil  DNT 
30,6%, stabil DNT 61,1% , qalıq DNT isə 53,8% çox olmuş-
dur, Odur ki, nümunəni fitohormonların təsirinə qarşı ən həs-
sas sort kimi qiymətləndirmək olar.   
 


 198 
 
12,56
-3,64
63
7,14
25,6
-20
0
20
40
60

za
rət
ə gö
rə %
-lə
a) Stresdən  24 saat sonra  baş verən 
dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
84,3
30,6
61,1
53,8
41,3
10
20
30
40
50
60
70
80
90
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin təsirindən 
baş verən dəyşmələri
 
 
Şəkil  4.8.  76№-li  Seçmə  nümunəsində  duzluluq  stresi  təsi-
rindən  RNT  miqdarı  və  DNT  fraksiyalarında  baş  verən 
dəyişmələr  və bu dəyişmələrə Hib+Kin fitohormon  komplek-
sinin təsiri 
 
Əldə  edilmiş  təcrubi  nəticələri  yekunlaşdıraraq  göstərmək 
olar ki, stres amillərin təsirinə qarşı arpa sortnümunələrinin reaksi-
yaları  müxtəlif  olmuşdur.  Bu  ilk  növbədə  bitkilərin  genotipik 
xüsusiyyətlərindən aslıdır. Yüksək və orta davamlı arpa nümunə-
lərində  labil  DNT-nin  artdığı  və  RNT  sintezinin  intensivləşdiyi 
müşahidə edilmişdir ki, bu da xromosom aparatının fəallığını gös-
tərir. Həssas sortlarda  isə əksinə, RNT və  labil DNT miqdarında 
azalmalar  baş  vermişdir.  Həssas  genotiplərin  ümumi  xromatin 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə