Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə56/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   52   53   54   55   56   57   58   59   ...   101

 
187 
 
23,8
15,4
29,9
58,9
22,6
10
20
30
40
50
60
70
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
26,6
45,4
63,6
61,9
53,6
10
20
30
40
50
60
70
N
əz
arə

 gör
ə %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyşmələri
 
 
Şəkil  4.3.  Arpa  75  sortunda  quraqlıq  stresinin  təsirindən 
RNT miqdarı  və DNT fraksiyalarında baş  verən 
dəyişmələr  b)  Bu  dəyişmələrə  Hib+Kin  fitohor-
mon kompleksinin təsiri  
Quraqlıq stresinə qarşı həssas olan Arpa 40 sortunun yar-
paqlarında  isə  stres  təsirindən  DNT  fraksiyalarında  və  RNT 
miqdarında  nəzərə  çarpaçaq  azalmalar  müşahidə  edilmişdir 
(Şəkil 4.4).  
4.4-cü şəkildən  göründüyü  kimi, quraqlıq  stresinə həssas 
Arpa  40  sortunun  yarpaqlarında,  stresin  təsirindən  RNT  və 
DNT  fraksiyalarının  miqdarında  kəskin  azalmalar  baş  ver-


 188 
mişdir. Bu azalmalar daha çox DNT fraksiyalarında, xüsusilə 
də stabil DNT-nin miqdarında  müşahidə  edilmişdir. Quraqlıq 
stresi  təsirindən  RNT-nin  miqdarı  cəmi  5,8%  azalmışdırsa, 
stabil DNT-nin miqdarında bu azalma 38,8% olmuşdur. DNT-
nin digər fraksiyalarında da önəmli azalmalar baş vermiş, labil 
DNT 14,34 %, qalıq DNT 24,52 %, ümumi DNT-nin miqdarı 
isə  27,18  %  azalmışdır.  Bütün  bu  nəticələr  stres  amillərin 
birbaşa  bitki  genomunun  quruluş  vəziyyətinə  və  funksional 
fəallığına təsirinin təzahürü kimi qəbul edilə bilər. Həm də bu 
təsir davamlı  genotiplərdə pozitiv olduğu halda, həssas  geno-
tiplərdə  neqativ  olub  və  nuklein  turşularının  deqradasiyasına 
səbəb olur.  
Stresdən  48  saat  sonra  Hib+Kin  fitohormon  kompleksi 
tətbiq  edildikdə  maraqlı  nəticələr  əldə  edilmişdir.  Belə  ki, 
fitohormonların təsirindən stresə həssas Arpa 40 sortunun yar-
paqlarında  RNT  miqdarında  və  DNT  fraksiyalarında  kəskin 
artım baş vermişdir. Bu zaman RNT-nin miqdarı 41,7%, labil 
DNT-nin miqdarı 22,27%, stabil DNT-nin miqdarı isə 23,34% 
azalmışdır.  Ən  çox  artım  isə  metabolik  aktiv  fraksiya  olan 
qalıq DNT-nin miqdarında müşahidə edilmişdir (63,6%). 
Mövcud  ədəbiyyat  məlumatlarında  DNT-nin  miqdarının 
dəyişilməsi  haqqında  müxtəlif  fikirlər  söylənilir  [56].  Bəzi 
tədqiqatçılar  su  qıtlığının  təsiri  nəticəsində  nuklein  turşuları-
nın  azalmasını  göstərmiş  və  müəyyən  etmişlər  ki,  bu  əsasən 
RNT-nin  hesabına  baş  verir  [83].  Digər  tədqiqatçılar  isə  zəif 
su qıtlığı zamanı nuklein turşularının artmasını qeyd etmişlər [86]. 
 


 
189 
 
-5,8
-14,34
-38,8
-24,52
-27,18
-40
-30
-20
-10
0
10
20
30
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
41,7
22,27
23,34
63,6
23,8
10
20
30
40
50
60
70
80
90
N
əz
arə

 gör
ə %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyşmələri
 
 
Şəkil  4.4.  Arpa  40  sortunda  quraqlıq  stresinin  təsiri  ilə  RNT 
miqdarı  və  DNT  fraksiyalarında  baş  verən  dəyiş-
mələr  b)  Bu  dəyişmələrə  Hib+Kin  fitohormon 
kompleksinin təsiri  
 
R.T.  Əliyev  və  həmkarları  (1996,  1997)  qarğıdalı  (Zea 
mays L.) və pambıqda (Gossupium hirsutum L.) Moghaieb və 
başqaları (2004) isə Salicornia europaea və Suaeda maritma-
da quraqlıq stresindən sonra GA
3
 təsirindən DNT və RNT-nin 
miqdarının  artdığını,  GA
3
-ün  quraqlıqdan  zərər  çəkmiş  bit-


 190 
kilərdə  reparasiya  prosesini  gücləndirdiyini  və  DNT  replika-
siyası  və  RNT  sintezinin  artdığını  müəyyən  etmişlər  [32,  168]. 
Buğda  bitkisi  ilə  aparılmış  digər  tədqiqatlarda  da  oxşar  nəticələrə 
rast gəlinir [3, 5]. 
Fitohormonların təsirindən labil və qalıq DNT fraksiyalarında 
baş  verən  artmalar,  toxuma  və  orqanlarda  hüceyrə  bölünməsinin 
sürətlənməsinə  dəlalət  edir.  Bitkilərdə  yeni  və  cavan  hüceyrələrin 
əmələ gəlməsi isə stres amillərə qarşı orqanizmin cavab reaksiyası 
olub, davamlılıq mexanizmlərindən biri kimi qəbul oluna bilər. 
Beləliklə,  alınan  rəqəmlərdən  belə  nəticəyə  gəlmək  olar  ki, 
davamlı  arpa  genotiplərinin  quraqlıq  stresinə  tolerantlığı,  onların 
genomunun quruluş vəziyyəti və funksional fəaliyyətində baş verən 
pozitiv dəyişmələrlə əlaqədar olub, ümumilikdə  genomun aktivlik 
dərəcəsinin  yüksəlməsinin  nəticəsidir.  Həssas  sortlarda  isə  əksinə, 
stres,  genomun quruluş  vəziyyətinin neqativ  yöndə dəyişilməsinə, 
onun funksional fəallığının azalmasına, nuklein turşularının deqra-
dasiyasına  səbəb olur  ki, bu da, bitkinin  zəifləməsinə, müqavimə-
tinin azalmasına və hətta ölümunə gətirib çıxara bilir. 
Eyni  zamanda  müəyyən  edilmişdir  ki,  stres  amillərin  təsi-
rindən  zərər  çəkmiş  bitkilərə  Hib  +  Kin  fitohormon  kompleksi 
tətbiq  etməklə,  genomda  baş  vermiş  neqativ  dəyişmələri  aradan 
qaldırmaq  və  bununla  da,  bitkiləri  stresin  zərərli  təsirindən  xilas 
etmək  mümkündür.  Bu  nəticə  böyük  təcrübi  əhəmiyyət  kəsb  edir 
və  gələcəkdə onun  geniş sahələrdə sınaqdan keçirilməsinə ehtiyac 
vardır.  
 
4.3. Duzluluq stresinin və fitohormonların  
      arpa bitkisinin hüceyrə xromatininin quruluş  
  vəziyyətinə və funksional fəallığına təsiri 
 
Duzluluq, bitkilərin çoxalıb yayılmasını məhdudlaşdıran, 
onların böyümə  və  inkişafını  əngəlləyən, ümumi məhsul  itki-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə