Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə55/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   51   52   53   54   55   56   57   58   ...   101

 
183 
Cədvəl 4.1-in davamı 
Stresdən 48 saat sonra 
PEQ + Su 
25,02±0,17  5,76±0,21  3,62±0,14  0,53±0,03 
9,91 
PEQ + (Hib + Kin) 
32,56±0,47  7,98±0,28  5,32±0,13  0,80±0,03  14,10 
 
16,5
21,9
13,8
29
19,9
0
10
20
30
40
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
30,1
38,5
46,9
50,9
42,3
0
10
20
30
40
50
60
N
əz
arə
tə 


 %
-lə
b) Stresdən 48 saat sonra Hib + Kin 
təsirindən baş verən dəyişmələr
 
Şəkil 4.1. Hüseyn-1 arpa sortunda quraqlıq stresi təsirindən  
RNT miqdarı və DNT fraksiyalarında baş verən dəyişmələr  
və bu dəyişmələrə Gib + Kin fitohormonların təsiri 


 184 
Quraqlıq  stresinə  həssas  6№-li  Seçmə  arpa  nümu-
nəsində  isə  quraqlığın  təsirindən  labil  xromatin  DNT-sinin 
miqdarı  23,81%  azalmış,  RNT  sintezinin  intensivliyi  də 
aşağı  düşmüşdür  (-8,13%).  DNT-nin  digər  fraksiyaları  və 
ümumi DNT miqdarında da önəmli azalmalar baş vermişdir 
(şəkil 4.2). 
Maraqlıdır  ki,  stresdən  sonra  Hib+Kin  fitohormon 
kompleksi  verdikdə, davamlı  sortlarda olduğu  kimi,  həssas 
arpa  sortunun  genomunda da,  kəskin  fəallaşma  prosesi  baş 
vermiş, RNT miqdarı və DNT fraksiyaları, xüsusilə də labil 
xromatin  DNT-si  artmışdır.  Oxşar  qanunauyğunluq  digər 
müəlliflər  tərəfindən  buğda  bitkisi  ilə  aparılmış  təcrübə-
lərdən də əldə edilmişdir [3, 31].  
Alınan nəticələrdən göründüyü kimi, bəzi hallarda eux-
romatin  DNT-si  miqdarı  ilə  RNT  sintezi  arasında  birbaşa 
korelyasiya  müşahidə  edilmir. Bir  çox  hallarda euxromatin 
DNT-sinin  potensial  imkanı  RNT  sintezi  üçün  tam  realizə 
olunmur, buradan da fəal xromatinlə genomun realizə olun-
ma dərəcəsi arasında mütənasiblik əmələ gələ bilmir. 
Bizim  fikrimizcə,  genomun  quruluş  və  funksiyasında 
baş  verən  bu  dəyişmələr  bitkilərin  stresə  davamlılığını  xa-
rakterizə  edən  göstəricilər  kimi  qəbul  edilə  bilər  və  bu on-
lardan bitki davamlılığı və fitohormon təsirinin molekulyar-
genetik mexanizminin açıqlanmasında istifadə oluna bilər. 
 


 
185 
 
-8,13
-23,81
-36,4
-34
-30,45
-40
-30
-20
-10
0
10
20
30
N
əz
arə

 gö

 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyişmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
37,9
21,1
20,9
34,8
22,1
0
10
20
30
40

za
rət
ə görə
 %
-lə
b) Stresdən 48 saat  sonra Hib + Kin 
təsirindən baş verən  dəyişmələr
 
 
Şəkil  4.2.  6  №-li  Seçmə  arpa  nümunəsində  quraqlıq  stresi 
təsirindən RNT miqdarı  və DNT fraksiyalarında 
baş  verən  dəyişmələr  və  bu  dəyişmələrə  Hib  + 
Kin fitohormonların təsiri 
 
Çoxcərgəli  arpa  sortnümunələrindən  quraqlıq  stresinə 
davamlı  Arpa 75  və həssas Arpa 40 sortları  ilə aparılmış  təc-
rübələrdən də, oxşar nəticələr əldə edilmişdir (Şəkil 4.3, 4.4). 
Şəkildən  göründüyü  kimi,  quraqlıq  stresinin  təsirindən 
Arpa  75  sortunun  yarpaqlarında  həm  RNT  və  həm  də  DNT 
fraksiyalarının miqdarında önəmli  artım baş vermişdir. Nəza-
rət  variantında 100q  yaş çəkiyə  görə RNT-nin miqdarı 17,48 
mq olmuşdursa, PEQ  variantında bu rəqəm 21,64 mq olmuş, 


 186 
başqa sözlə, quraqlıq stresi təsirindən RNT-nin miqdarı 23,8% 
artmışdır.  Müvafiq  olaraq  labil  DNT-nin  miqdarında  da 
15,4% artım baş vermişdir.  
Maraqlıdır  ki,  quraqlıq  stresi  bu  sortun  yarpaqlarında, 
qalıq DNT-nin miqdarını ən  çox  iki dəfəyə qədər artırmışdır. 
Qalıq  DNT-nin  genomunda  ümumi  miqdarının  az  olmasına 
baxmayaraq,  onun  metobolik  fəal  fraksiyası  olduğu  və  hü-
ceyrə  bölünməsinin  sürətlənməsində  önəmli  rol  oynadığı  gü-
man edilir. 
Fikrimizcə, quraqlıq  stresi təsirindən  labil  və qalıq DNT 
fraksiyalarında və RNT sintezində baş verən pozitiv dəyişmə-
lər,  genomun  funksional  fəallığının  artmasını  göstərməklə  öz 
növbəsində sintetik proseslərin, xüsusilə zülal sintezinin sürət-
lənməsini təmin edir və orqanizmin stres amillərə qarşı müqa-
vimətini artırır.  
Quraqlıq  stresindən  48  saat  sonra  Hib+Kin  fitohormon 
kompleksi tətbiq edildikdə RNT miqdarında və DNT fraksiya-
larında  kəskin  artım  müşahidə  edilmişdir.  RNT-nin  miqdarı 
26,6%, ümumi DNT-nin miqdarı isə 53,6% artmışdır. Ümumi 
DNT-nin miqdarındakı artım bütün DNT fraksiyalarının hesa-
bına  baş  vermişdir.  Bu  zaman  labil  DNT-nin  miqdarı  45,4, 
stabil  DNT-nin  miqdarı  63,6,  qalıq  DNT-nin  miqdarı  isə 
61,9% çoxalmışdır. Bu faktlar tətbiq edilən fitohormom kom-
pleksinin  genomun  quruluş  vəziyyətinə  önəmli  təsir  etdiyini 
və hüceyrə bölünməsinin sürətləndirdiyini göstərir. 
Bəzi müəlliflərin mülahizəsinə  görə hüceyrədəki nuklein 
turşuları və zülalların miqdarı sintetik və hidrolitik proseslərin 
səviyyəsi  ilə  əlaqədardır.  Ona  görə  ki,  metabolik  proseslərin 
aktivliyi  DNT-nin  replikasiyası  və  transkripsiyasının  aktiv-
liyindən aslıdır [77]. 
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə