Azərbaycan miLLİ elmlər akademiyasi


 Stabil DNT-nin ayrılması



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə54/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   50   51   52   53   54   55   56   57   ...   101

 180 
4.1.2. Stabil DNT-nin ayrılması 
 
Labil DNT-ni ayırdıqdan sonra çöküntü yenidən həvəngə 
keçirilir, 6 həcm bufer məhlulu ilə soyuq kamerada 15 dəqiqə 
müddətində  əzilir.  Bufer:  0.6M  NaCl-0.001M  EDTA-0.05M 
tris-HCl  pH  8.0-0.5%  DDS  (dodetilsulfat  natri).  Çöküntü 
əzilərək qarışdırdıqdan sonra sentrafuqada 2500g 15 dəq. Fır-
ladılır.  Çöküntünün  üzərinə  yenidən  6  həcm  bufer  məhlulu 
əlavə  edilərək, təkrar  soyuq  şəraitdə  əzilərək qarışdırılır, sen-
trafuqada  təkrar  fırladılır,  üst  hisssəsi  süzülür.  I  və  II  eks-
traklar birləşdirilir, 2 həcm 96%-li spirtlə çökdürülür. 
 
4.1.3. Qalıq DNT-nin ayrılması 
 
Stabil DNT ayırıldıqdan  sonra  çöküntünün üzərinə 6 həcm 
fosfat buferi əlavə etməklə otaq temperaturunda yaxşıca əzilərək 
qarışdırılır.  Bufer:  0.18M  NaCl-0.001M  EDTA-0.02M  fosfat 
buferi pH-8.0-5%-PASK-1% DDS. Bufer qarışığı ilə çöküntü su 
hamamında 60
0
  temperaturda 5  dəq.  müddətində  saxlanılır. So-
yuduqdan  sonra 2500g dövrə  ilə  sentrafuqada  15  dəq.  fırladılır, 
süzülür, 2  həcm 96%-li  spirtlə  çökdürülür. Spirtlə  çökdürülmüş 
labil,  stabil,  qalıq  DNT-lər  2  dəfə  sentrafuqada  fırladılır.  DNT 
fraksiyalarını (labil,  stabil, qalıq) digər  qarışıqlardan tam təmiz-
ləmək  məqsədilə  aşağıdakı  ardıcıllıqla  yuyulma  aparılır.  Hər 
yuyulma sentrafuqada 5 dəqiqə fırladılaraq başa çatdırılır. 
1.
 
96% - li spirtlə - 1 dəfə (otaq temperaturunda) 
2.
 
80% - li spirtlə - 3 dəfə su hamamında 80
0
 temperaturda 
saxladıqdan sonra soyuq şəraitdə 
3.
 
5%-li ÜXS (üçxlorsirkə turşusu)-da 2 dəfə soyuq şəraitdə 
4.
 
80% - li spirtlə - 1 dəfə otaq temperaturunda 
5.
 
96% - li spirtlə - 1 dəfə otaq temperaturunda 


 
181 
6.
 
3:1  spirt  efir qarışığında  çöküntülər  qarışdırılaraq  2 dəfə 
su  hamamında  65-70  dərəcə  temperaturda  saxlanılır  və 
sentrafuqada həmin dövrədə fırladılaraq üst hissəyə atılır. 
7.
 
Çöküntülər təmiz efirlə qarışdırılır, sentrafuqada fırladılır 
üst hissəsi süzülərək təmiz DNT əldə edilir. 
Alınmış  ağ toz şəklində DNT üzərinə 0.5n NaOH  məhlulu 
əlavə edilərək, 18 saat müddətində 37
0
C temperaturda termostata 
hidroliz olunmağa qoyulur. Vaxt başa çatdıqdan sonra hidrolizat 
sentrafuqada  12000g  dövrə  10  dəq.  fırladılır,  süzülür,  çöküntü 
atılır. Çöküntünün üst hissəsi 0.5n NaON-la 10 ml-ə çatdırılır və 
57%-li  HClO
4
-la  pH=1  olana  qədər  neytrallaşdırılır.  DNT-ni 
RNT-dən  ayırmaq  üçün  süzüntü  (formalaşma  getsin  deyə)  40 
dəq. müddətində soyuducuda saxlanılır. 
Sonra sentrafuqada fırladılır, sentrafuqat RNT olub, çökün-
tü  DNT-dən  ayrılır.  Çöküntü  2  dəfə  0.5n  HClO
4
-la  yuyulur, 
sentrafuqada  fırladılır,  ümumi  həcm  40  ml-ə  çatdırılır.  RNT  su 
hamamında  30  dəq.  80
0
C  temperaturda  hidrolizə  qoyulur.  Hid-
roliz  prosesindən  sonra  RNT  200  dəfə  durulaşdırılır,  miqdarı 
spektrofotometrdə  270  və  290  nm  dalğa  uzunluğunda  ölçülür. 
Çöküntünün (DNT-nin) üzərinə 10 ml 0.5n HClO

tökülür, 60
0

temperaturda  20  dəqiqə  müddətində  hidrolizə  qoyulur,  soyu-
dulur, müvafiq durulaşma  aparılır,  miqdarına  spektrofotometrdə 
270 və 290 nm dalğa uzunluğunda baxılır. 
RNT və DNT-nin miqdarı aşağıdakı düsturlarla hesablanır: 
RNT (mq/100qr)=Fərq x 55.2 x durulaşma x 100 
yaş yarpaq (qr) 
DNT (mq/100qr)=Fərq x 53.5 x durulaşma x 100 
yaş yarpaq (qr) 


 182 
4.2. Quraqlıq stresinin iki cərgəli və çox cərgəli arpa  
    genomunda əmələ gətirdiyi dəyişikliklər və onlara 
fitohormonların təsiri 
   
Quraqlığa davamlı,  iki cərgəli  Hüseyn 1 arpa  sortunun  yar-
paqlarında quraqlıq stresi və fitohormonların təsirindən DNT frak-
siyaları  və  RNT  miqdarında  baş  verən  dəyişmələri  göstərən  nə-
ticələr cədvəl  4.1  və  şəkil  4.1-də  verilmişdir. Cədvəl  və  şəkildən 
göründüyü  kimi  quraqlıq  stresi  zamanı,  davamlı  arpa  sortunda 
DNT fraksiyalarının,  xüsusilə də  labil  xromatin DNT-sinin miq-
darı  artır  və  buna  müvafiq  təsirindən  labil  DNT-nin  miqdarı 
21,9%, RNT-nin miqdarı isə 16,5% çoxalmışdır. Bu fakt, yəni da-
vamlı bitki genotiplərində euxromatin DNT-sinin artması, genetik 
sistemin fizioloji labilliyinin yüksəlməsini, başqa sözlə xromosom 
aparatının fəallaşmasını göstərir.  
Stresdən  48  saat  sonra  Hib+Kin  fitohormon  kompleksinin 
təsiri nəticəsində RNT-nin miqdarı 30,1% labil DNT-nin miqdarı 
38,5%  artmış,  DNT-nin  digər  fraksiyalarında  da  müvafiq  artım 
müşahidə  edilmişdir. Bu rəqəmlər,  fitohormon  kompleksinin  ge-
nomun  aktivliyinin  yüksəltdiyini,  onun  quruluş  və  funksiyasında 
pozitiv dəyişmələrə səbəb olduğunu göstərir.     
 Cədvəl 4.1 
Hüseyn 1 arpa sortunda quraqlıq stresi və Hib + Kin hormon  
kompleksinin təsirindən RNT miqdarı və DNT fraksiyalarında  
baş verən dəyişmələr (100q yaş çəkidə mq-la) 
                           
 
Təcrübə  
variantı 
 
RNT 
DNT fraksiyaları 
 
 
Ümumi 
DNT 
Labil 
Stabil 
Qalıq 
Stresdən 24 saat sonra 
Kontrol 
22,26±0,22 
5,97±0,18 
3,98±0,03 
0,31±0,01 
10,26 
PEQ 
26,35±0,47 
7,28±0,12 
4,53±0,10 
0,40±0,02 
12,21 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə