Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə64/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   60   61   62   63   64   65   66   67   ...   101

 
215 
lardan istifadə etməklə, bu sortlarda stresin mənfi nəticələrini daha 
tez aradan qaldırmaq mümkündür. 
Fizioloji parametrlərinə  görə həssas hesab edilən sortlar üzə-
rində  də  bu  tədqiqat  işləri  davam  etdirilmişdir.  Həssas  sortlarda 
əsasən  stres  amillərin  təsirindən  RNT  və  DNT  fraksiyalarının 
miqdarında azalmalar müşahidə edilmişdir. Alınan nəticələr cədvəl 
və şəkillərdə aydın təsvir edilmişdir. 
Fizioloji  tədqiqatların  nəticələrinə  əsasən  quraqlıq  stresinə 
qarşı  həssas  sort  olan  Persionda  RNT-nin  miqdarında  və  DNT 
fraksiyalarında  kəskin azalma meydana  gəlmişdir. Belə  ki, quraq-
lığın  təsirindən  RNT-nin  miqdarı  52.0%,  labil  DNT-nin  miqdarı 
53.0%, qalıq DNT-nin miqdarı 37.0 %, total DNT-nin miqdarı isə 
18.0 % azalmış, yalnız stabil DNT-nin miqdarı 2.0% artmışdır. 
Stresdən 72 saat sonra Hib+Kin hormonunun təsirindən sonra 
həm  RNT,  həm  də  DNT  fraksiyalarının  miqdarı  əhəmiyyətli 
dərəcədə artmışdır. Bu zaman RNT–nin miqdarı 26.0%, labil DNT-
nin miqdarı 27.0%, stabil DNT-nin miqdarı 25.0%, qalıq DNT-nin 
miqdarı  31.0  %,  total  DNT-nin  miqdarı  isə  27.0  %  artmışdır 
(Cədvəl 4.5).   
Cədvəl 4.5. 
Stres amillərin və fitohormonların təsirindən Persion  
buğda sortunun (T.durum Desf.) cücərtilərində RNT və DNT 
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la) 
 
Təcrübə 
varianları 
RNT 
DNT fraksiyaları 
Ümumi 
DNT 
labil 
stabil 
qalıq 
Stresdən 48 saat sonra 
Nəzarət 
65.3 ±2.75 
12.7 ±0.35 
15.6 ±0.30 
2.83 ±0.35 
31.2 ±1.00 
PEQ 
42.9 ±4.42 
8.28 ±0.30 
16 ±0.30 
2.06 ±0.21 
26.3 ±0.81 
NaCl 
55.2 ±2.11 
7.74 ±0.56 
12.6 ±0.37 
1.41 ±0.17 
21.7 ±1.10 


 216 
Cədvəl 4.5-in davamı 
Stresdən 72 saat sonra 
PEQ+H
2

49.6 ±1.85 
10.4 ±0.50 
12.9 ±0.55 
2.09 ±2.61 
25.4 ±3.66 
PEQ + Hib+Kin 
62.5 ±3.75 
13.3 ±0.70 
16.3 ±0.65 
2.74 ±0.08 
32.3 ±1.43 
NaCl+H
2

47.8 ±3.70 
10.0 ±0.85 
12.7 ±1.45 
1.59 ±0.18 
24.3 ±2.48 
NaCl + Hib+Kin 
61.6 ±0.90 
10.8 ±0.50 
14.5 ±0.75 
1.76 ±0.35 
27.0 ±1.60 
 
Cədvəl  4.5  -dən  göründüyü  kimi  duzluluğun  təsirindən 
həssas  buğda  sortu  olan  Persionda  RNT-nin  miqdarında  və 
DNT  fraksiyalarında  nəzərə  çarpan  azalmalar  müşahidə  edil-
mişdir.  Duzluluğun  təsirindən  RNT-nin  miqdarı  18%,  labil 
DNT-nin miqdarı isə 64.0% azalmışdır. Uyğun olaraq DNT-nin 
digər  fraksiyalarında  və  ümumi  DNT  miqdarında  da  önəmli 
azalmalar baş vermişdir.    
Əldə edilmiş bu təcrübi nəticələr bitkilərin duzluluq stresinə 
davamlılığının  bir  başa  genomun  struktur  və  funksiyası  ilə  əla-
qədar  olduğunu  sübut  edən  maraqlı  bir  fakt  kimi  dəyərlən-
dirmək olar. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nə-
ticəsində  RNT-nin  və  labil  DNT-nin  miqdarı  28.0%,  stabil 
DNT-nin  miqdarı  14.0%,  qalıq  DNT-nin  miqdarı  10.0  %, 
ümumi DNT-nin miqdarı isə 11.0 % artmışdır ki, bu da sortun 
davamlı və ya həssaslığından asılı olmayaraq fitohormonların 
stresin  nəticələrini  aradan  qaldıra  bilmə  qabiliyyəti  ilə 
əlaqədardır. 
 
4.6. Quraqlıq stresinin qarğıdalı yarpaqlarının hüceyrə   
        xromatininin quruluş vəziyyətində əmələ gətirdiyi 
dəyişikliklər və onların bərpa yolları 
 
Aparılan  tədqiqat  işində  quraqlığın  təsirindən  davamlı, 
orta davamlı  və həssas qarğıdalı hibridlərində DNT fraksiya-


 
217 
ları və RNT-nin miqdarında baş verən dəyişmələr öyrənilmiş-
dir. Cədvəl 4.6-dan göründüyü kimi, quraqlıq stresinə davamlı 
hibridin  hüceyrələrində  RNT  miqdarında  və  DNT  fraksiya-
larında  artım  meydana  gəlmişdir.  Belə  ki,  quraqlığın  təsi-
rindən  RNT-nin  miqdarı  48.1%,  labil  DNT-nin  miqdarı 
22.9%, stabil DNT-nin miqdarı isə 51.2% artmış, ancaq qalıq 
DNT-nin  miqdarı  25%  azalmışdır.  Labil  DNT  fraksiyasında 
baş verən artım, transkripsiya intensivliyinin yüksəlməsinə və 
nəticədə  daha  çox  RNT  sintezinə  səbəb  olmuşdur.  Bu  fakt, 
yəni  davamlı  bitki  genotiplərində  euxromatin  DNT-sinin  art-
ması, genetik sistemin fizioloji labilliyinin yüksəlməsini, baş-
qa sözlə xromosom aparatının fəallaşmasını göstərir. Quraqlıq 
stresinə orta davamlı olan hibriddə quraqlığın təsirindən RNT-
nin  miqdarı  35.3%,  labil  DNT-nin  miqdarı  20.7%,  stabil 
DNT-nin  miqdarı  9.6%  və  qalıq  DNT-nin  miqdarı  isə  100% 
artmışdır. Burada diqqət çəkən əsas məqamlardan biri, quraq-
lıq  stresi  təsirindən  davamlı  hibridin  labil  xormatin  DNT-nin 
miqdarı  və  RNT  sintezinin  intensivliyinin  artımı  orta  davamlı 
hibridlə müqayisədə daha çox olmuşdur. Quraqlıq  stresinə həssas 
olan  hibriddə  isə  quraqlığın  təsirindən  labil  xromatin  DNT-sinin 
miqdarı  35.9%  və  stabil  DNT-nin  miqdarı  28.6%  azalmış,  RNT 
sintezinin  intensivliyi  17.2%  aşağı  düşmüş,  qalıq  DNT-nin  miq-
darı isə 26.7% artmışdır [357]. Oxşar qanunauyğunluq digər mü-
əlliflər  tərəfindən  arpa  və  buğda  bitkiləri  ilə  aparılmış  təcrübə-
lərdən də əldə edilmişdir [5, 343]. 
Beləliklə,  quraqlıq  stresinin təsirindən hüceyrə  xromatininin 
struktur vəziyyətində dəyişmələr baş vermiş, labil DNT-nin miq-
darı  artmış  və  bunun  nəticəsində  də  transkripsiyanın  intensivliyi 
güclənmişdir.  Transkripsiya  intensivliyinin  artması  translyasiya-
nın  da  güclənməsinə  və  daha  çox  zülal  sintezinə  səbəb  olur  ki, 
nəticədə bitki özünü stresin təsirindən qoruya bilir.  
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə