Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə66/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   62   63   64   65   66   67   68   69   ...   101

 
221 
kerləri  qabaqcadan  genom  haqqında  heç  bir  informasiya  tələb 
etmir  və  eyni  zaman  fasiləsində  bir  neçə  gen  lokusunu  tədqiq 
etməyə  imkan  verir  [151,  289].  Beləliklə,  morfoloji,  biokimyəvi 
və  molekulyar  metodların  hər  biri  fərqli  yollarla  genetik  müxtə-
lifliyi  izah  edir,  bu  metodların  birlikdə  istifadəsi  isə  populyasi-
yaların müxtəlifliyi, genetik strukturu haqqında daha aydın infor-
masiya almağa imkan verir [291, 309]. 
Seleksiya işlərinə başlamazdan əvvəl tədqiq olunacaq popul-
yasiyada  əlamətlərin  irsiliyi  haqqında  da  informasiya  toplamaq 
olduqca  vacibdir [185]. Kəmiyyət  əlamətlərinin  irsiliyini qiymət-
ləndirən  diallel  çarpazlaşma,  nəsillərin  orta  qiymət  və  variasiya 
analizi üsulları  bu məsələlərin qismən həll edilməsində,  şübhəsiz 
ki, ən faydalı metodlardan sayıla bilər. Belə ki, bu metodların əsa-
sında kəmiyyət əlamətlərinin genetik idarə sistemini, o cümlədən 
genlərin  fəallıq  vəziyyətlərini,  additiv  və  dominant  təsirlərin  pa-
yını,  dominantlığın  dərəcəsini  və  istiqamətini,  epistaz  təsirlərin 
varlığı və ya yoxluğunu, onların növlərini dəqiqliklə təyin etməklə 
yanaşı, ümumi və xüsusi irsilik əmsallarını qiymətləndirmək, vali-
deynlərdə dominant və resessiv allellərin necə paylandığını müəy-
yənləşdirmək  mümkündür  [140,  205].  Valideyn  formalarında 
ümumi  kombinasiya  qabiliyyətini,  hibridlərdə  isə  xüsusi  kombi-
nasiya qabiliyyətini təyin etməklə, valideyn və hibridlər arasından 
ən  münasiblərini  seçib,  seleksiya  proqramlarında  istifadə  etmək 
olar [144]. 
 
5.1. Diploid və tetraploid buğda növ və növmüxtəliflik-
lərində genetik müxtəlifliyin RAPD markerləri ilə 
öyrənilməsi 
 
Molekulyar  biologiya  və  genetikanın  son  10  ildə  ən  bö-
yük nəaliyyətlərindən biri molekulyar markerlərin canlı orqa-
nizmlərin genetik identifikasiyasında tətbiqi olmuşdur. Mo-


 222 
lekulyar markerlərin, xüsusən, DNT markerlərin bitkiçiliyə 
tətbiqi  sayəsində  bitkilərdə  biomüxtəlifliyin  tez  bir  za-
manda  öyrənilməsi  prosesi  başlanmışdır.  İnkişaf  etmiş  öl-
kələr marker  əsaslı seçməyə əsaslanaraq seleksiyada böyük 
uğurlar  əldə  etmişlər.  DNT  markerlərinin  köməkliyi  ilə 
bitkilərdə  abiotik  və  biotik  stres  amillərə  qarşı  davamlılıq 
genləri  identifikasiya  edilmiş  və  nəticədə  yüzlərlə  quraq-
lığa,  duzluluğa  və  xəstəliklərə  davamlı  bitki  sortları  yara-
dılmışdır. DNT markerlərin köməkliyi  ilə bitkilərin genetik 
yaxınlığı  və təkamülü müəyyən edilir ki, bu da seleksiyada 
uzaq  hibridləşmənin  aparılması  üçün  əsas  element  hesab 
edilir.  Belə  ki,  CİMMYT-də  buğda  bitkisi  üzrə  marker 
metodlarına  əsaslanaraq  600  hibridləşmə  aparılır  ki,  nəti-
cədə  ildə  40  məhsuldar,  xəstəlik  və  zərərvericilərə,  stres 
amillərə davamlı sortlar əldə edilir.  
Respublikamız  da  fauna  və  flora  baxımından  zəngin 
ölkə  sayılır.  Ölkəmizdə  yayılmış  bitki  nümunələrinin 
qorunması,  saxlanması  və  istifadəsinə  son  illərdə  maraq 
daha  da  artmışdır  [9,30].  Bu  məqsədlə,  AMEA  Genetik 
Ehtiyatlar İnstitutu və onun tərkibində Cənubi Qafqazda ilk 
dəfə  olaraq  genbank  yaradılmışdır.  Bu  genbankda  8000-ə 
yaxın  bitki  nümunəsi  qorunub  saxlanılır  ki,  onunda  1283 
nümunəsi  buğdalara aiddir. Genbankda  qorunub  saxlanılan 
nümunələrin genetik  identifikasiya edilərək pasportlaşdırıl-
ması  və  onlardan  seleksiyada  düzgün  istifadə  edilməsi 
günün  aktual  məsələsinə  çevrilmişdir.  İlk  dəfə  olaraq,  bu 
məqsədlə,  biz  respublikamızda  yayılmış  dip loid  və  tetra-
ploid buğda növlərinin RAPD DNT markerlərilə identifika-
siyasını həyata keçirməyə başladıq. 
 
 
 


 
223 
5.1.1. DNT marker metodlarının buğdanın  
identifikasiyasında tətbiqi 
 
Buğda dünya üzrə ən  geniş  istehsal olunan dənli bitkidir 
və onun genom səviyyəsində aqronomik xüsusiyyətlərinin çox 
hissəsi öyrənilmişdir. Onun çox saylı  xromosomları  və polip-
loid  genomunun  xromosom  itkisi  və  ya  artmasına  qarşı  da-
vamlılıq  qabiliyyəti  sitogenetik  usullardan  istifadə  edilməklə 
öyrənilmiş və bu da ilkin buğda genetikasının inkişafına təkan 
vermişdir. Genetik müxtəliflik bitki seleksiyasında əsas mate-
riallardan biridir, morfoloji  əlamətlərə  və  lizozim polimorfiz-
minə əsaslanan mövcud genetik müxtəliflik stabil deyil və ət-
raf  mühitin  təsirinə  məruz  qalır,  lakin  molekulyar  markerlər 
stabil  xarakterlidir.  Biokimyəvi  markerlərdən  izoenzimlər  və 
toxumun  ehtiyat  proteinləri,  DNT  əsaslı  markerlərdən  isə  re-
striktaza  fraqmentlərinin  uzunluq  polimorfizmi  (RFLPs)  və 
təsadüfi  amplifikasiya  olunmuş  polimorf  DNT-lər  (RAPDs) 
buğdalarda  genetik  müxtəlifliyin  qiymətləndirilməsində  isti-
fadə  edilmişdir  [122,313,331].  Başqa  molekulyar  markerlər, 
misal olaraq, sadə nukleotid ardıcılığı təkrarları (SSR), ampli-
fikasiya olunmuş fraqmentlərin uzunluq polimorfizmi (AFLPs) də 
buğdalarda genetik əlaqələrin öyrənilməsində istifadə edilmişdir. 
Bütün  molekulyar  markerlər  arasında  ən  sadəsi  və  buğda 
növləri  arasında  genetik  müxtəlifliyin  öyrənilməsində  ən  uy-
ğunu RAPD marker metodudur [280,394].  
 
 
5.1.2. RAPD praymerləri 
 
RAPD – təsadüfi DNT hissəsinin amplifikasiyasına əsas-
lanan  markerlərdir.  Bu  metod  vasitəsilə  bitkilərin  identifika-
siyası  ucuz  başa  gəlir.  Penelope  J.  Bebeli  və  əməkdaşlarının 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə