218
Cədvəl 4.6
Quraqlıq sresi təsirindən RNT miqdarında və DNT
fraksiyalarında baş verən dəyişmələr
(100 q yaş çəkidə mq-la)
Quraqlığa
davamlılıq
dərəcəsi
Təcrübə
variantları
RNT
DNT fraksiyaları
labil
stabil
qalıq
Davamlı
hibrid
Nəzarət
267.72±16.79
32.19±2.27
13.12±0.31
1.42±0.31
PEQ
396.52±16.64
39.54±1.6
19.89±2
1.06±0
Nəzarətə
görə %-lə
48.1
22.9
51.2
-25
Orta
davamlı
hibrid
Nəzarət
257.6±21.08
28.82±0.77
18.89±2.27
0.709±0.08
PEQ
348.6±27.75
34.87±2.11
20.75±1.2
1.419±0.15
Nəzarətə
görə %-lə
35.3
20.7
9.6
100
Həssas
hibrid
Nəzarət
169.28±16.86
14.54±3.62
11.17±1.84
0.665±0.13
PEQ
140.21±7.47
9.31±0.92
7.98±0.53
0.8±0.2
Nəzarətə
görə %-lə
-17.2
-35.9
-28.6
26.7
Alınan nəticələri yekunlaşdıraraq qeyd etməliyik ki, stres
amillərə qarşı bitkilərin reaksiyası müxtəlif olmuşdur. Biz bunu
ilk növbədə həmin bitkilərin genotipik xüsusiyyətləri ilə əlaqaqə-
ləndiririk. Yəni yüksək və orta davamlı sortlarda stresin təsirindən
genom aktivləşir və bu, onlarda labil DNT-nin və RNT-nin
artması ilə təsdiq olunur. Həssas sortlarda isə RNT və labil DNT-
nin miqdarının azalması müşahidə edilmişdir.
Ədəbiyyatda olan çoxsaylı işlərdə DNT-nin miqdarının dəyi-
şilməsi haqqında müxtəlif fikirlər söylənilmişdir. Bəzi tədqiqatçı-
lar su qıtlığının təsiri nəticəsində nuklein turşularının azalmasını
göstərmişlər və müəyyən etmişlər ki, bu əsasən, RNT-nin hesa-
bına baş verir [64, 71,75]. Bu cür qanunauyğunluq kəskin quraqlıq
zamanı müşahidə olunur. Digər tədqiqatçılar zəif su qıtlığı zamanı
da nuklein turşularının artmasını müəyyən etmişlər [81]. Bəzi mü-
219
əlliflər isə nuklein turşularının dəyişilməsini quraqlığın dərəcə-
sindən, xarekterindən, təsir müddətindən asılı olduğunu göstər-
mişlər [77].
Kojuçko N.N., Udovenko Q.V. (1975) müxtəlif tip quraqlıq
şəraitində nuklein turşularının miqdarını müqayisəli öyrənərək
qeyd etmişlər ki, onların dəyişilməsi həm quraqlığın dərəcəsindən,
həm də bitkilərin inkişaf fazasından asııdır [89]. Kojuçko quraq-
lığın təsiri nəticəsində nuklein turşularının dəyişilməsi haqqında
ədəbiyyat məlumatlarında olan ziddiyyətiməhz bununla, yəni təd-
qiqatın bitkilərin müxtəlif inkişaf mərhələlərində aparılması və
quraqlıq formalarının müxtəlif olması ilə izah edir. Quraqlığa qar-
şı davamlılıq sortun irsi xüsusiyyətləri ilə təyin edilir və adapta-
siya prosesində qeyri-əlverişli şəraitə uyğunlaşma son nəticə ola-
raq yeni səviyyədə metabolizm proseslərinin sabitləşməsi hesa-
bına baş verir.
Aparılan təcrübədə yalnız RNT və DNT-nin miqdarının
təyinindən başqa DNT-nin müxtəlif fraksiyaları da təyin edil-
mişdir. Stresə qarşı bitkilərin bu cür dəyişilməsi daha dəqiq və
qiymətli informasiya verir. Göstərildiyi kimi, bəzi nümunə-
lərdə DNT-nin miqdarının sabit qalmaması, genetik cəhətdən
fəal-labil DNT-nin və genetik cəhətdən inert-stabil DNT-nin
dəyişilməsi ilə əlaqədar olmuşdur. Az davamlı sortlarda stabil
DNT-nin artması və RNT-nin miqdarının azalması bilavasitə
genomun funksional aktivliyinin zəifləməsini göstərir.
220
V F Ə S İ L
BİTKİLƏRDƏ GENETİK MÜXTƏLİFLİYİN
MOLEKULYAR MARKERLƏR ƏSASINDA
QİYMƏTLƏNDİRİLMƏSİ
Hər bir seleksiya proqramının, o cümlədən stres amillərə da-
vamlılıq istiqamətində aparılan seleksiya işlərinin müvəffəqiyyət
qazanması, cari populyasiyanın genetik müxtəlifliyi, strukturu və
potensialı haqqında əldə ediləcək informasiyanın həcmindən
asılıdır. Belə ki, müxtəlifliyin olmadığı yerdə seçim də yoxdur və
nümunələrin genetik yaxşılaşdırılması qeyri-mümkündür [94,
108, 213, 366]. Bitkilərin genetik müxtəlifliyi fərqli metodlarla
öyrənilə bilər. Uzun zaman bitkilərin rüşeym plazmasının tə-
yinində morfoloji əlamətlərdən istifadə edilmişdir. Lakin, mühit
təsiri altında olan morfoloji əlamətlər vasitəsilə genetik müxtəlif-
liyin təyini təbii ki, dəqiq ola bilməzdi. Son illər genetik müxtəlif-
liyin tədqiqində ehtiyat zülallardan istifadə olunmağa başla-
nılmışdır. Lakin PZR-nın (polimeraza zəncir reaksiyası) kəşfi və
amplifikasiya cihazının yaradılması ilə bilavasitə DNT səviyyə-
sində müxtəlif metodlar (AFLP, RAPD, SSR, SCAR və s.)
əsasında genetik müxtəlifliyin tədqiqi mümkün oldu [291]. Mor-
foloji markerlərlə genomun yalnız bir hissəsi – ekspressiya
olunmuş hissəsi öyrənildiyi halda, molekulyar analizlərlə həm də
genomun “susmuş”, fenotipik baxımından müşahidə olunmayan,
neytral mutasiyaların baş verdiyi qeyri-funksional hissələri tədqiq
edilir. PZR əsaslı molekulyar markerlərin sırasında RAPD (ran-
dom amplified polimorphic DNA-təsadüfi amplifikasiya edilmiş
polimorf DNT) markerləri qısa zaman fasiləsində bütöv genom
səviyyəsində böyük miqdarda nümunələrin identifikasiyasını real-
laşdırmağa imkan verir [251]. Təsadüfi xarakterli RAPD mar-
Dostları ilə paylaş: |