Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə73/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   69   70   71   72   73   74   75   76   ...   101

 246 
Cədvəl 5.7-nin davamı 
 
Spektrlər 
Tezlikləri,  
%-lə 
Total 
β
 8
 
23.53 

β
 9
 
82.32 
28 
β
 10
 
8.82 

β
 11
 
64.7 
22 
β
 12
 
2.94 

α 
1
 
2.94 

α
 2
 
23.53 

α
 3
 
2.94 

α
 4
 
38.23 
13 
α
 5
 
8.82 

α
 6
 
41.18 
14 
α
 7
 
47.06 
16 
α
 8
 
8.82 

 
Lakin  Eşqi  və  Axundova  (2009)  γ-zonasında  4  spektr  və  9 
müxtəlif  zolaq  müşahidə  edərək,  digər  zonalarla  müqayisədə 
bu  zonada  az  sayda  spektr  və  zolaqların  olduğunu  aşkar 
etmişlər  [182].  
20, 21 və 15 nömrəli  genotiplər, uyğun olaraq, 4, 5 və 6 
spektrlə ən az, 12 nömrəli genotip 15 spektrlə, 29 və 32 nöm-
rəli  genotiplərin hər biri  isə 14 spektrlə spektrlərin ən yüksək 
sayına  malik  genotiplər  kimi  qiymətləndirilmişlər.  Tədqiq 
olunan  genotiplərdə  spektrlərin  orta  sayı  9.82-yə  bərabər 
olmuşdur. Pan və həmkarları genotiplərin 14%-də maksimum 
sayda  -  11  spektr  müşahidə  etmişlər,  lakin  apardığımız  təd-
qiqatda  genotiplərin  təxminən  50%-də  11  spektr  təyin  olun-
muşdur [307]. Bu nəticə eksperimentimizdə istifadə etdiyimiz 
ekstraksiya  və  elektroforez  metodlarının  effektivliyindən  xə-


 
247 
bər verir. Bu metodlardan istifadə etmiş Eşqi və Axundovanın 
tədqiqatlarının nəticələri də bunu təsdiqləyir [182]. 
Qeyd etmək lazımdır ki, α-, β- və ω-zonalarında cəmi 30 
fərqli  pattern  müşahidə  olunmuş  və  onların  28-nin  hər  biri 
yalnız  bir  genotipdə  qeydə  alınmışdır.  Bu  və  yuxarıda  gös-
tərilən nəticələr nümunələrin identifikasiyasında PAAGE me-
todundan  istifadənin  məqsədəuyğun  olduğunu  sübut  edir. 
Digər  iki  zolaqlardan  biri  üç  genotipdə,  o  birisi  isə  iki  geno-
tipdə  izlənilmişdir  ki,  nəticədə  bu  genotipləri  monomer  pro-
laminlərin  müxtəlifliyinin  analizi  əsasında  identifikasiya  et-
mək mümkün olmamışdır.     
Monomer  prolaminlərin  müxtəlifliyi  ilə  horedin  prola-
minlərinin  müxtəlifliyi  müqayisə  olunmuş,  monomer  prola-
minlərin  analizi  nəticəsində  genotiplərin  80%-dan  çoxu,  hor-
dein prolaminlərinin müxtəlifliyinin analizi əsasında isə geno-
tiplərin  yalnız  28.5%-i  identfikasiya  olunmuşdur  [182].  Mo-
nomer prolaminlərin müxtəlifliyinin analizi əsasında 28 geno-
tip,  yəni  genotiplərin  84.84%-i  identifikasiya  olunmuşdur  ki, 
bu  da  Eşqi  və  Axundovanın  nəticələrini  təsdiqləyir  və  arpa 
genotiplərin  tanınmasında  monomer  prolaminlərdən  istifadə-
nin daha effektiv olduğundan xəbər verir.  
Şəkil  5.6-da  UPGMA  metodu  ilə  genotiplər  arasında  tə-
yin  olunmuş  Jaccard  oxşarlıq  indeksi  əsasında  genotiplərin 
qruplaşdırılmasının nəticələrini əks etdirən dendroqram təsvir 
olunmuşdur.  Genotiplər  oxşarlıq  indeksinin  0.36-ya  bərabər 
qiyməti əsasında 8 əsas qrupa bölünmüşlər. Birinci qrupda 13 
genotip, yəni bütün nümunələrin 39.39%-i qruplaşdırılmışdır. 
Bu klaster iki  –  “a” və  “b”  yarımqruplarından  ibarətdir. a ya-
rımqrupunda  Zaqatala  (2  genotip),  Lerik  (7  genotip),  Yevlax 
(1  genotip)  və  Qusar  (1  genotip)  zonalarına  aid  11  genotip 
yerləşmişdir.  Müşahidə  olunduğu  kimi,  Lerik  zonasına  aid 


 248 
bütün nümunələr bu qrupda  cəmlənmişlər. Bu qruplaşma Za-
qatala zonasına məxsus iki  genotipə də şamil  edilir. Bu qrup-
laşmada diqqəti cəlb edən məqam “a” yarımqrupunun Arpa78 
genotipi  istisna olmaqla, yalnız Nutans növmüxtəlifliyinə ma-
lik  ikicərgəli arpa  genotiplərindən  ibarət olmasıdır. Həmçinin 
bu yarımqrupda toplanmış nümunələrin 63.6%-nin ω-zonasına 
aid Pω
16
 zolağına malik olmalarıdır. “a” yarımqrupunda Yev-
lax zonasına aid Nutans 80-34/14, Lerik  zonasına aid Nutans 
57/9  və  Qusar  zonasına  aid  Arpa78  nümunələri  digər  nümu-
nələrlə  müqayisədə  uzaq  genetik  məsafədə  yerləşmişlər.  Şə-
kil 5.5-də müşahidə olunduğu kimi, a
1
 yarımqrupunda yerlə-
şən  5  genotipdən  Cəlilabad  19,  Nutans  86-35/18  və  Nutans 
118-21  genotiplər  eyni  patternlərə  malik  olmaqla,  monomer 
prolaminlərinə  görə  fərqlənməmişlər.  Bu  qrupda  cəmlənmiş 
Nutans 67/91 və Nutans 28/92 genotiplərinin oxşarlıq indek-
si  0.755-ə  bərabər  olmuşdur.  a
2
  yarımqrupunda  yerləşmiş 
Nutans  303  ilə  Nutans  57/9  genotiplərinin  genetik  oxşarlıq 
indeksi  0.827-yə,  Nutans  303  ilə  Nutans  124/32  nümunə-
lərinin oxşarlıq indeksləri isə 0.646-ya bərabər olmuşdur.  
İkinci  qrupu  təşkil  edən  10  genotip,  yəni  genotiplərin 
30.3%-i  Ağdam,  Quba,  Qusar,  Şamaxı  və  Qazax  zonalarına 
məxsus  nümunələrdir.  Bu  qrupda  yerləşmiş  nümunələrin 
əksəriyyəti  (60%-i)  Palindum  növmüxtəlifliyinə  aiddirlər. 
Lakin  Qusar  zonasına  aid  Arpa  84,  Qazax  zonasına  aid 
№79/1-2  və  55  №-li  yerli  Niqrum  növmüxtəlifliyinə,  həmin 
zonaya  aid  Arpa  81  nümunəsi  isə  Paralleum  növmüxtəlif-
liyinə  aiddirlər.  Bu  qrupda  yerləşmiş  genotiplər  altıcərgəli 
nümunələr kimi səciyyələnmişlər. Həmçinin bu nümunələrin 
əksəriyyəti Pω
1
, Pβ
1
 və Pα
1
 zolaqlarına malik olmuşlar. Cari 
qrupda  Qusar  zonasına  aid  palindum  69/91  və  №78  Cəbra-
yılı,  Qazax  zonasına  aid  Arpa  81  nümunələri  digər  nümu-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə