Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə74/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   70   71   72   73   74   75   76   77   ...   101

 
249 
nələrlə  müqayisədə  uzaq  genetik  məsafədə  yerləşmişlər.  Bu 
qrupda  lokallaşmış №li Seçmə  və №79/1-2  nümunələri eyni 
zolaqlara  malik  olmaqla  monomer  prolaminlərin  müxtəlif-
liyinin  analizi  əsasında  bir-birlərindən  fərqlənə  bilməmişlər. 
Ağdam zonasının Arpa 44 nümunəsi ilə Qusar zonasının pa-
lindum  69/91  nümunəsi  arasındakı  genetik  oxşarlıq  indeksi 
0.387-yə bərabər olmuşdur.  
Yevlax  zonasına  aid  Arpa  59  və  Ağdam  zonasına  aid 
Arpa  77  nümunələri  üçüncü  qrupu  təşkil  etmişlər.  Bu  iki  ge-
notip  ikicərgəli  olmaqla  Pα
11
  zolaqlara  malik  olmuşlar.  Bu 
genotiplərin  oxşarlıq  indeksi  0.368-ə bərabər olmuşdur.   
Dördüncü  qrupu  Yevlax  zonasına  aid  6№-li  Seçmə  və 
Qusar  zonasına  aid  Arpa  40  nümunələri  təşkil  edir.  Bu  iki 
nümunə  cərgə  formasından  fərqli  olaraq,  ω-,  β-  və  α-  zonala-
rında  oxşar  zolaqlara  malik  olmamışlar.  Bu  iki  genotipin  bir 
qrupda  yerləşmələrinin  səbəbi  oxşar  spektrlərə  malik  olmala-
rıdır.  Bu  nümunələrin  Jaccard  oxşarlıq  indeksi  qiymətlərinin 
0.4-ə bərabər olduğu  müəyyən  edilmişdir.   
 
 
 
 
 


 250 
Şəkil 5.6. Monomer prolaminlərin spektrləri əsasında arpa 
genotipləri arasında genetik oxşarlığı əks etdirən dendroqram 
 
Beşinci qrupda Ağdam zonasının 84 № li Seçmə və Arpa 
31, Fizuli zonasının Naxçıvan dəni nümunələri qruplaşmışlar. 
Arpa 31 və Naxçıvan dənli nümunələri Pω
3
 zolağına, Arpa 31 
və  84  №-li  Seçmə  genotipləri  isə  Pβ
10
  müştərək  zolağı  ilə 
səciyyələnmişlər.  Bu  qrupda  yerləşmiş  nümunələr  α-zona-


 
251 
sında Pα
9
 zolağına malik olmuşlar. Arpa 31 və Naxçıvan dənli 
nümunələri palindum növmüxtəlifliyinə, 84№li Seçmə nümu-
nəsi paralleum növmüxtəlifliyinə aid olsa da, bu nümunələrin 
hamısının altıcərgəli olması müəyyənləşdirilmişdir.  
Arpa 39, Arpa 29 və Hüseyn 1 genotipləri, uyğun olaraq, 
altı,  yeddi  və  səkkizinci  qrupda  qruplaşmışlar.  Bu  nümunə-
lərin  fərqli  qrupda  yerləşmələri  onların  digər  nümunələrdən 
uzaq genetik məsafədə olmalarının nəticəsidir.  
Hibridləşmə  bitkilərin  seleksiyasında  istifadə  olunan  ən 
əhəmiyyətli  metodlardandır.  Başqa  sözlə,  hibridləşmə  əsaslı 
metodlar  digər  seleksiya  metodları  ilə  müqayisədə  bitkilərin 
seleksiyasında  daha  yüksək  paya  malikdirlər.  Seçilmiş  vali-
deynlər arasındakı genetik məsafədən asılı olaraq, yaradılacaq 
hibridlərdə  maksimum  heterozisə  nail  olmaq  olar.  Monomer 
prolaminlərin  müxtəliflikləri  əsasında  qurulmuş  dendroqram 
hibridləşmə proqramları üçün münasib valideynlərin seçimin-
də ən effektiv metodlardan sayılır. Belə  ki, fərqli qrupda  yer-
ləşmiş genotiplərin genetik xüsusiyyətlərini, o cümlədən aqro-
nomik  xüsusiyyətlərini  nəzərə  alaraq,  onların  çarpazlaşması 
ilə  məhsuldar  və  keyfiyyətli  nümunələrin  yaradılması 
mümkündür.  
Lerik  rayonu  bölgəsindən  yığılmış  arpa  nümunələri  yal-
nız birinci qrupda cəmlənmiş olsalar da, digər bölgələrə məx-
sus nümunələr bütün qruplar üzrə paylanmışlar. Deməli, mo-
nomer  prolaminlər  əsasında  təyin  olunmuş  genetik  müxtəlif-
liyin  coğrafi  müxtəlifliyə  uyğun  olmadığını  tam  qətiyyətlə 
söyləmək mümkün deyil və bu məqsədlə hər bir bölgəyə məx-
sus olmaqla təsadüfi  yolla seçilmiş eyni  və çoxsaylı nümunə-
lərdən istifadə etmək labüddür. Lakin monomer prolaminlərin 
analizi  arpa  nümunələrində  iki  cərgəli  və  çox  cərgəli  geno-
tipləri ayırmaqda münasib olmuşdur.  


 252 
Beləliklə, analizlər  zamanı 4 zona: 





 və 

-zonaları 
təyin olunmuş, cəmi 36  spektr  və 56 zolaq müəyyən edilmiş-
dir.  ω-zonasında  16  spektr  və  22  zolaq  müşahidə  olunmaqla, 
ən  yüksək  spektr  və  pattern  müxtəlifliyi  aşkar  edilmişdir.  β- 
və  α-zonalarında,  uyğun  olaraq,  12  və  6  spektr,  həmçinin  20 
və  14  zolaq  qeydə  alınmışdır.  γ-zonasında  isə  spektr  aşkar 
olunmamışdır. Nei genetik müxtəliflik indeksinin hesablanmış 
qiymətinə  görə  daha  çox  genetik  müxtəliflik  β-zonasında 
(H=0.929), bir qədər az ω-zonasında (H= 0.917), ən az isə α-
zonasında  (H=0.831)  təyin  olunmuşdur.  Klaster  analizi  Jac-
card oxşarlıq indeksinin 0.36-ya bərabər qiyməti əsasında ge-
notipləri 8 əsas qrupa bölmüşdür. Klaster analizi ikicərgəli və 
altıcərgəli genotipləri bir-birlərindən effektiv surətdə ayırmış-
dır. Bu metod  genotiplərarası  genetik məsafəni  təyin  etməklə 
aralarındakı genetik məsafə uzaq olan nümunələrin gələcəkdə 
çarpazlaşdırılması ilə heterozis effektinə malik hibridlərin ya-
radılmasında  istiqamətləndirici  rola  malikdir.  Monomer  pro-
laminlərin  elektroforetik  tədqiqi  ilə  arpa  nümunələri  arasında 
yüksək  genetik  müxtəlifliyin  aşkar  olunması  zəminində  arpa 
nümunələrinin  genetik  müxtəlifliyinin  monomer  prolaminlər 
əsasında tədqiqi məsləhət görülür [23, 24]. 
Tədqiqatımızda əldə olunmuş nəticələr toxumların cücər-
mə  qabiliyyəti  və  xlorofil  (a+b)-nin  miqdarında  baş  verən 
dəyişmələrə  görə  stresə  davamlılıq  göstəriciləri  ilə  müqayisə 
olunmuşdur. Bu indekslərlə monomer prolaminlədə müşahidə 
edilən zolaqlar arasında korrelyasiyalar öyrənilərək, monomer 
prolamin zolaqları ilə quraqlıq və duzluluq stresləri indeksləri 
arasında heç bir asılılığın olmadığı müəyyən olunmuşdur. Bu 
nəticəni,  xarici  mühit  amillərinin  ehtiyat  zülallarının  qurulu-
şuna təsir göstərməməsi ilə izah etmək olar.  
 
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə