Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə77/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   73   74   75   76   77   78   79   80   ...   101

 260 
İki  şəraitdən əldə  edilmiş  klasterin uyğunluğunu qiymət-
ləndirmək  üçün  mantel  əmsalından  istifadə  olunmuşdur.  Qu-
raqlıq stresi  şəraitinin fasilə matris-lə suvarılan şəraitdə fasilə 
matris-in  arasındakı  mantel  korrelasiyası  0.43-ə  bərabər  ol-
muşdur. Bu ədəd göstərir ki, bu iki matrisin uyğunlaşma miq-
darı  orta  həddədir,  yəni  quraqlıq  və  tam  suvarılan  şəraitlərdə 
fenotip  nəticələri  əsasında  hasil  olan  dendroqramlarda  oxşar-
lığın miqdarı orta həddədir. 
 
  
 
Şəkil  5.8.  Quraqlıq  stresi  şəraitində  qarğıdalı  hibridlərinin 
biomorfoloji əlamətlər əsasında qruplaşması 
 
Beləliklə, demək olar ki, morfoloji əlamətlər mühitin təsiri al-
tında olduğundan hər iki şəraitdə klaster analizdən əldə edilən 
nəticələr bir-birindən fərqlənmişdir. Oxşarlıq meyarı əsasında 
müqayisə  edilən  mantel  korrelasiyadan  əlavə  dendroqram-


 
261 
larda hibridlərin qruplaşdırılması əsasında başqa müqayisə də 
aparmaq olar. Hər iki şəraitdə 35, 31, 30, 25, 24, 23, 12, 7, 5, 
4, 2, 1 nömrəli hibridlər oxşar klasterlərdə yerləşmişlər (Şəkil 
5.7 və 5.8). Deməli, belə nəticəyə gəlmək olar ki, bu hibridlə-
rin oxşarlığı o dərəcədə çox olmuşdur ki, mühit  şəraitinin tə-
siri  altında  əlamətlərin  dəyişməsinə  baxmayaraq,  onlar  yenə 
də bir-birinin  yanında  yerləşmişlər. Ümumiyyətlə demək olar 
ki,  fenotip  markerləri  mühit  şəraitinin  təsiri  altında  olduqları 
üçün  hər  iki  şəraitdə  hibridlərin  qruplaşdırılması  bir-birindən 
fərqlənmişdir. 
R.  Choukan  və  əməkdaşları  (1995)  qarğıdalıda  klaster 
analizindən  istifadə  etməklə,  25  əlamətə  görə  52  xətti  dörd 
müstəqil  qrupda  yerləşdirmişlər  [156].  J.I.R.Galarreta  və  A. 
Alvarez (2001) klaster analizindən istifadə etməklə, İspaniya-
da  yüz  yerli  qarğıdalı  nümunələrini  7  müxtəlif  qrupda  yerləşdir-
mişlər  [192].  J.J.  Sanchez  və  əməkdaşları  (2000)  71  Meksika 
cinsli  qarğıdalının  qruplaşdırılmasında,  25  morfoloji  əlamət-
ləri tədqiq etmiş və klaster analizindən istifadə etməklə onları 
7 müxtəlif qrupda yerləşdirmişlər [341]. 
 
 
5.3.2. SSR markeri vasitəsilə hibridlərarası  
müxtəliflik dərəcəsinin qiymətləndirilməsi  
 
Mühit təsiri altında olan morfoloji əlamətlər vasitəsilə ge-
netik əlaqələrin dəqiq  müəyyənləşdirilməsi mümkün deyildir. 
Lakin  molekulyar  markerlər  növlərinin  genetik  fərqlərini  bi-
lavasitə aydınlaşdırdığı üçün genetik müxtəlifliyin bu metodla 
öyrənilməsi  daha  uyğundur.  Mikrosatellet  markerləri  yüksək 
polimorfizm [164] və yüksək irsilik qabiliyyətlərinə, kodomi-
nant vəziyyətdə nəzarət olunmalarına və bitkilərdə çox olması 
səbəbindən  fəaliyyət  sahəsinin  genişliyinə  görə,  o  cümlədən 


 262 
genetik xəritələrin hazırlanmasında, marker yardımı ilə seçim-
də, populyasiyaların  genetik təkamülünün tədqiqində, genetik 
barmaq izində, nəsil analizində və germplasmın genetik müx-
təliflik dərəcəsinin dəyişməsini müəyyənləşdirməkdə ən  ideal 
markerlər sayılırlar [192].  
Bu tədqiqatda 38 qarğıdalı hibridində genetik müxtəlifliyi 
araşdırmaq  üçün  mikrosatellet  markerlərdən  istifadə  edilmiş-
dir.  Bu  məqsədlə  polimorfizmi  nisbətən  yüksək  olan  12  cüt 
mikrosatellit  praymerlərdən  istifadə  olunmuşdır.  Praymerlər 
elə  seçilmişdir  ki,  qarğıdalının  hər  10  xromosomunun  pray-
merləri arasında ən azı bir nümayəndə olsun. 
Tədqiq  olunan  markerlərdə  χ2  analizinin  nəticələri  gös-
tərdi  ki,  araşdırılan  bütün  markerlər  üzrə,  hibridlər  arasında 
statistik cəhətcə l% fərq mövcuddur. Odur ki, seleksiya proq-
ramında fərqliliyi qiymətləndirmək üçün bu praymerlədən  is-
tifadə etmək olar (Cədvəl 5.10). 
Bu tədqiqatda l2 cüt mikrosatellet praymerdən istifadə et-
məklə 38 hibriddə 40 bənd (hər bənd bir alleldir) artırılmışdır. 
Tədqiq  olunan  bütün  hibridlərdə  hər  praymer  üçün  allellərin 
sayı 2-6 arasında dəyişmiş, ən çox allel sayı PHI03l, UMCl877 və 
UMC2359 praymerlərində müşahidə edilmişdir. Onlarda allel sa-
yı uyğun olaraq 6, 5 və 5 olmuşdur.  
 


 
263 
Cədvəl 5.10 
Müxtəlif praymerlər əsasında 38 qarğıdalı hibridində  
χ2 analizinin nəticələri  
 
Praymerlər 
UMC1862 
NC133 
UMC1501 
UMC1719 
UMC1447 
PHI031 
χ 2 
107.68** 
68.21** 
39.27** 
109.75** 
20.25** 
179.74** 
df 
10 




15 
P-dəyəri 
0.00 
0.00 
0.00 
0.00 
0.00 
0.00 
Praymerlər 
BNLG1617 
UMC1333 
UMC1545 
PHI080 
UMC2359 
UMC1432 
χ 2 
19.41** 
81.56** 
67.77** 
12.5** 
79.81** 
39.19** 
df 




10 

P- dəyəri 
0.00 
0.00 
0.00 
0.00 
0.00 
0.00 
 
 
df-sərbəstlik dərəcəsi; P-dəyəri - ehtimal səviyə; ** - 1% ehtimalıqla mənalı dərəcədə fərqliliklər.   
 
 
262
 
 


 264 
Ən  az  allel  sayı  UMCl50l,  UMCl447,  PHI080  və  UMCl432 
praymerlərə  aiddir  ki,  bunların  hər  birinin  2  alleli  vardır.  Ef-
fektiv  allellərin  orta  sayı  2.49  olmuş  və  onların  ən  çoxu 
UMC2359  praymerinə  və  ən  azı  PHI080  praymerinə  aiddir 
(Cədvəl  5.10).  F.  Dehghan-Naieri  və  əməkdaşları  qarğıdalı 
mikrosatelletləri  üçün  allellərin  orta  sayını  3-l3  [174],  J.S.C. 
Smith  və  həmkarları  isə  onların  orta  sayını  3-l2  [369]  müəy-
yən  etmişlər.  Müxtəlif  tədqiqatlarda  allellərin  sayının  fərqli 
olmasını  genotip  və  ya  praymer  fərqlilikləri  ilə  izah  etmək 
olar [254]. 
PIC  genetik  müxtəlifliyi  ilə  bərabər,  praymerlərin  fərq-
ləndirmə gücü, genomda genin lokuslarında allelilərin sayı və 
tədqiq  olunan  populyasiyalarda  onların  nisbi  tezliyinə  (fre-
kans)  əsaslanır  [347].  Allellərin  sayının  çoxluğu  və  bu  allel-
lərin  aşağı  nisbi  tezliyi,  praymerlərin  yüksək  PIC  olmasına 
gətirib çıxarır, PIC  yuxarı olan praymerlər yüksək fərqləndir-
mə qabiliyyətinə malik olacaqlar. Bu parametr allel müxtəlif-
liyini  hər  bir  gen  məkanında  ölçür,  və  l-f
i
2
  formulu  ilə  ifadə 
olunur.  Bu  formulda  fi-ci  allelin  tezliyidir.  Buna  görə  də  lo-
kusda allel sayı çox olan bir praymerin PIC-si mütləq yüksək 
olacaqdır.  Bu  tədqiqatda  mikrosatelletin  lokusları  üçün  PIC 
0.23-  0.78  arasında  dəyişmiş  və  orta  qiyməti  0.53  olmuşdur. 
Beləliklə,  PIC-in  ən  az  və  ən  çox  miqdarı,  uyğun  olaraq, 
PHI080  və  UMC2359  praymerlərinə  aid  olmuşdur.  Tədqiq 
olan  dörd  növ  ardıcıl  təkrarı  arasında  ən  yüksək  PIC  həddi 4 
nukleotid təkrarına aiddir
 
və onun miqdarı 0.72-dir (Cədvəl 5.11). 
Mikrosatelletlərin  bəzilərində  allelilərin  sayının  eyni  olmasına 
baxmayaraq,  bu  allellərin  tezliyi  fərqləndiyi  üçün  müxtəlif  po-
limorfizm indeksin göstərirlər.  
Qarğıdalı polimorfizminin orta qiyməti, F. Dehghan-Naieri 
və əməkdaşları tərəfindən (2005) 0.73, J.S.C. Smith və həmkar-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə