Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə76/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   72   73   74   75   76   77   78   79   ...   101

 256 
üsulilə  isə  2-ə  bərabər  olduğu  müəyyən  edilmişdir.  Bundan 
əlavə  klaster  analizində  genotip  qruplarının  sayını  müəyyən-
ləşdirmək  üçün  diskriminant  funksiyasının  analizindən  istifa-
də edilmişdir. İki, üç, dörd və beş klaster vəziyyəti üçün ana-
liz  yerinə  yetirilmiş,  ən çox fərqlənmə  iki  klasterlə əldə  edil-
mişdir.  İki  klaster  analizi  əsasında  tam  suvarılan  şəraitdə 
qrupların tərkibi aşağıdakı kimi olmuşdur (Cədvəl 5.8).  
Birinci  klaster-  bu  klaster  17  hibriddən  ibarət  olub, 
K3615/1  xətti  bu  hibridlərin  ata  xəttidir.  Bu  araşdırmada  38 
hibriddən 36-sı, l8 ana xətti ilə, 2 ata xəttinin hibridləşdirilmə-
sindən  yaranmışdır. Deməli, 18 hibridin ata  xətti K3653/2  və 
digər l8 hibridin ata  xətti K36l5/1- dir. Ata  valideynləri baxı-
mından  bəzi  hibridlər  arasındakı  oxşarlıqdan  əlavə,  ana  vali-
deynləri  baxımından  da  hibridlər  cüt-cüt  şəkildə  bir-biri  ilə  ox
-
şardır. Bu da, hibridlər arasında münasib oxşarlıq yaratmışdır. 
 
 Cədvəl 5.8 
Tam suvarılan şəraitdə qrupların sayını müəyyənləşdirmək 
üçün diskriminant funksiyası analizinin nəticələri 
                       
Qrupun 
sayı 
Eigenvalues 
 (Məxsusi 
qiymət) 
Kanonik 
korrelyasiya 
Vilks 
lambada 
Ehtimal 
səviyə 

52.097 
0.991 
0.019 
0.000 

57.136 
0.991 
0.001 
0.000 

61.892 
0.992 
0.000 
0.000 

84.069 
0.994 
0.000 
0.000 
 
Molekulyar  və  morfoloji  üsul  vasitəsilə  qruplaşdırmanın  də-
qiqliyini araşdırmaq üçün bu oxşarlıqdan istifadə etməyi yaxşı 
təcrübə  saymaq  olar.  Bu  klasteri  üç  yarımqrupa  bölmək  olar 


 
257 
ki,  bunlardan  birinci  yarımqrupda  22,  36,  28,  27,  29  və  26, 
ikinci yarımqrupda 24, 32, 21, 31, 23, 34, 30, 35, 33 və 19-cu 
hibridlər və üçüncü yarımqrupda yalnız 20 nömrəli hibrid yer-
ləşmişdir.  İki  klaster  analizi  əsasında  tam  suvarılan  şəraitdə 
qrupların tərkibi aşağıdakı kimi olmuşdur (Şəkil 5.7).  
İkinci klaster- bu kilaster 21 hibriddən ibarət olub onla-
rın  ata  xətləri  K3653/2-dir.  Bütün  potensiallı  hibridlər,  bu 
klasterdə yerləşmişdir. Bu klasterdə, 25 nömrəli hibrid ata kö-
kü baxımından başqa hibridlərdən fərqlidir, bu da nəsil infor-
masiyasına  uyğun  deyildir.  38  (SC704)  və  37  (SC700)  nöm-
rəli hibridlərin valideynləri genetik qohumluq baxımından bir-
birinə yaxındır, lakin bu klasterlər də bir-birindən uzaq məsa-
fədə yerləşmişlər. Bu iki hibridin ana xətləri genetik baxımın-
dan  bir-birinə  çox  yaxındırlar.  İkinci  klasteri  4  yarımqrupa 
bölmək olar. Bu klasterin birinci yarımqrupunda 1, 38 və 8-ci 
hibridlər, ikinci yarımqrupunda 7, 4, 9, 6, 25 və 14- ci hibrid-
lər,  üçüncü  yarımqrupunda
 
18,  5,  2,  16,  15,  12,  17,  3,  11  və 
10- cu hibridlər, dördüncü yarımqrupunda  isə yalnız 37 nöm-
rəli hibrid yerləşir. 1, 38, 8 nömrəli hibridlər tam suvarılan şə-
raitdə ən  yüksək dən məhsuldarlığı  göstərirmiş  və birinci  ya-
rımqrupda  yerləşirlər.  Bu  şəraitdə  klaster  analizi  potensiallı 
hibridləri daha  yaxşı müəyyənləşdirə bilir. Tam  suvarılan  şə-
raitdə klaster analizi morfoloji əlamətlər baxımından hibridlə-
rin oxşarlıq  və fərqliliklərini müəyyən edir  və hibridləri ayrı-
ayrı  qruplarda  yerləşdirir.  Bundan  başqa,  klaster  analizində 
qrupların  sayını  müəyyənləşdirmək  üçün  diskriminant  funk-
siyasının analizindən istifadə edilmişdir. İki, dörd və beş klas-
ter  vəziyyəti  üçün  diskriminant  funksiyasının  analizi  yerinə 
yetirilmiş  və  ən  çox  fərqlənmə  iki  klasterdə  müşahidə  edil-
mişdir (Cədvəl 5.9). 
 


 258 
 
 
Şəkil 5.7. Tam suvarılan şəraitdə qarğıdalı hibridlərinin 
biomorfoloji əlamətlər əsasında qruplaşması 
 
Birinci klaster - bu klaster 22 hibridi əhatə edir ki, bun-
lardan 8 hibridinin ata  xətləri K3615/1  xəttidir. Bu  klasteri 4 
yarımqrupa bölmək olar. Birinci yarımqrupda 29, 27, 32, 9, 3, 
10, 8 və 26 nömrəli hibridlər yerləşmişlər. 3, 10, 8, 9 nömrəli 
hibridlərin  ata  xətti  K3653/2  və  29,  27,  32  və  26  nömrəli 
hibridlərin ata xətti K3615/1-dir. İkinci yarımqrupdakı 14, 11, 
6 və 16-cı hibridlərin ata xətləri K3653/2- dir. Üçüncü yarım-
qrupda 33, 15, 28, 21, 18, 17 və 34 nömrəli hibridlər  yerləş-
mişdir. 18, 17 və 15 nömrəli hibridlərin ata  xətti K3653/2  və 
bu klasterin qalan hibridləri K3615/1  xəttinin hibridindən  ya-
ranmışdı.  Dördüncü  yarımqrupda  isə  38,  37  və  13  nömrəli 


 
259 
hibridlər yerləşmişlər. 37 və 13 nömrəli hibridlərin ana xətləri 
eyni olduğu üçün genetik baxımından 38 nömrəli hibridin ana 
xətti  ilə  çox  oxşarlıqları  vardır.  Genetik  qohumluq  baxımın-
dan bu üç hibridin bir yarımqrupda yerləşməsi məntiqli hesab 
edə bilər (Şəkil 5.8).  
 
 
Cədvəl 5.9 
 
Quraqlıq şəraitində qrupların sayını müəyyənləşdirmək  
üçün diskriminant funksiyası analizinin nəticələri 
 
Qrupun 
sayı 
Eigenvalues 
 (Məxsusi 
qiymət) 
Kanonik 
korrelyasiya 
Vilks 
lambada 
Ehtimal 
səviyyə 

32.165 
0.985 
0.030 
0.000 

45.389 
0.989 
0.000 
0.000 

47.454 
0.990 
0.000 
0.000 
 
İkinci  klaster  -  bu  klasterdə  16  hibrid  yerləşmişdir  ki, 
bunlardan  6  hibridin  ata  xətti  K3653/2-dir.  Bu  klasteri  3  ya-
rımqrupa  bölmək  olar.  Bu  klasterin  birinci  yarımqrupunda  7, 
5, 4, 20, 35, 2 və 1 nömrəli hibridlər yerləşmişlər. 35 nömrəli 
hibridin  ata  xətti  K3615/1  və  qalan  hibridlərin  ata  xətləri  isə 
K3653/2 xəttidir. İkinci yarımqrupdakı 24, 23, 22, 31, 30, 25, 
12  və  36  nömrəli  hibridlər  arasında  12  nömrəli  hibridin  ata 
xətti  K3653/2  və  qalan  hibridin  ata  xətləri  isə  K3615/1-dir. 
Üçüncü  yarımqrupda  ancaq  19  nömrəli  hibrid  yerləşmişdir 
(Şəkil  5.8).  Göründüyü  kimi  quraqlıq  şəraitdə  morfoloji  əla-
mətləri  baxımından  klaster  analizinin  irsi  informasiyası  ilə 
uyğunlugu  azdır  və  bu  şəraitdə  klaster  analizi  hibridlərin  ox-
şarlıq və fərqlərini çox yaxşı müəyyənləşdirə bilmir. 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə