Azərbaycan miLLİ elmlər akademiyasi


 Qarğıdalıda hibridlərarası müxtəliflik



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə75/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   71   72   73   74   75   76   77   78   ...   101

 
253 
5.3. Qarğıdalıda hibridlərarası müxtəliflik  
dərəcəsinin tədqiqi 
 
Bitkilərdə  genetik  müxtəlifliyin  öyrənilməsi,  seleksiya 
proqramlarında onlardan istifadə olunmasını təmin edir. Həm-
çinin, genetik  cəhətdən fərdlərin qohumluq əlaqələrinin öyrə-
nilməsi  müvafik  qrupların  yaranmasına,  gen  xəritələrinin  ha-
zırlamasına  və  gen  yerlərinin  müəyyənləşdirilməsinə  imkan 
verir  [396].  Genetik  müxtəlifliyin  öyrənilməsi  elə  bir  proses-
dir  ki,  növlərin,  formaların  və  fərdlərin  fərqliliyi  və  yaxud 
oxşarlığı,  xüsusi statistik  metodlarla,  eyni zamanda morfoloji 
və biokimyəvi metodlarla irsi məlumatlar əsasında tədqiq olu-
nur  [275].  Bu  metodların  arasında  DNT  markerləri  ən  dəqiq 
və  ən  etibarlı  markerlər  sayılır.  Bu  tədqiqatda  hibridlər  arası 
genetik  müxtəlifliyin  miqyasını  qiymətləndirmək  üçün  morfoloji 
əlamətlərdən və DNT markerlərindən istifadə olunmuşdur. 
 
 
5.3.1. Hibridlərarası müxtəliflik dərəcəsinin  
morfoloji əlamətlər əsasında qiymətləndirilməsi 
 
Genetik müxtəliflik dərəcəsi morfoloji əlamətlərə görə də 
asanlıqla öçülə bilir  və molekulyar markerlərin  əksinə olaraq 
onlar genom kodlarına uyğun hissələri əks etdirirlər.  
Genetik  variasiya,  əlamətlərin  orta  qiymətinin  kvadratı 
ilə təyin olunduğundan, əlamətlərin bir-biri ilə müqayisəsində 
ondan  münasib  meyar  kimi  istifadə  etmək  tövsiyə  olunmur. 
Belə  ki,  müxtəlif  ölçü  vahidlərinə  malik  parametrləri  bir-biri 
ilə  müqayisə  etmək  olmur.  Məsələn,  bitkinin  boyu  sm-lə, 
1000 dənin  kütləsi  isə q-la ölçülür, müxtəlif ölçü  vahidlərinə 
malik  bu  kəmiyyətləri  müqayisə  etmək  üçün  variasiya  əmsa-


 254 
lından  (CV)  istifadə  olunmalıdır.  Variasiya  əmsalı  müxtəlif 
kəmiyyətləri  ölçü  vahidlərindən  azad  etməklə  müqayisəyə 
imkan verir.  
Apardığımız  tədqiqatın  nəticələrinə  görə,  suvarılan  şəra-
itdə  dən  məhsuldarlığı  (11.29),  qıça  sırasında  dənin  sayı 
(9.03),  qıça  dəninin  sıra  sayı  (10.29),  dənin  eni  (11.23),  ASI 
(11.40), dənin dolma sürəti (11.75) kimi əlamətlərin, quraqlıq 
şəraitində  isə  dənin  eni  (11.31),  tac  çiçəyin  şaxələrinin  sayı 
(10.90),  qıça  yarpağının  səthi  (11.02),  ASI  (26.79),  dənin 
dolma  sürəti  (10.00),  qıçanın  ağırlıq
 
faizi  (14.86)  əlamətlə-
rinin  genetik  variasiya  əmsalı (GCV%) yüksək olmuşdur. Bu 
əlamətlərin genetik variasiya əmsalının yüksək olması, həmin 
əlamətlərin  genetik  dəyişkənliyinin  yüksək  olmasını  göstərir. 
Bu əlamətlər mühitin təsiri altına az düşdüklərindən, seleksiya 
proqramlarında  müxtəlifliyin  qiymətləndirilməsində  onlardan 
istifadə edilə bilər. Başqa sözlə, bu əlamətlər əsasında hibrid-
lərin seçilməsi uğurlu ola bilər. Ümumiyyətlə, seleksiyaçıların 
əsas problemi mühit  və  genotipin qarşılıqlı təsirini öyrənmək 
və genetik variasiyaları ayırmaqdır. Mühit × genotip qarşılıqlı 
əlaqələrinin bir hissəsi genetik variasiyanın içərisində gizlənir 
və buna görə də, genetik müxtəliflik və bütün ona bağlı para-
metrlərin  xəta  ilə  qiymətləndirilməsinə  səbəb  ola  bilir  [27]. 
M. Yazdandoost-Hamedani və A.Rezai [417] də qarğıdalı nü-
munələri ilə apardıqları tədqiqatlarda bizim əldə etdiyimiz nə-
ticələrə oxşar nəticələr əldə etmişlər. 
Fərdlərin  qruplaşdırılmasının  və  genetik  müxtəlifliyinin 
tədqiqində klaster analizi ən mühüm üsullardan biri hesab olu-
nur  və  ondan  daha  çox  istifadə  edilir.  Bu  tədqiqatda  hibrid-
lərin qruplaşdırılması üçün hər iki şəraitdə, yəni tam suvarılan 
və  quraqlıq  stresi  şəraitində,  39  morfoloji  əlamətlər  əsasında 
klaster  analizindən  istifadə  edilmışdır.  Genetik  tədqiqatlarda, 


 
255 
xüsusilə  müxtəlifliyin  tədqiqində  müxtəlif  alqoritmlər  arasında 
UPGMA və WARD kimi klaster analizi üsulu geniş istifadə olu-
nur  [275].  F.  Rincon  və  əməkdaşları  [335]  genetik  müxtəlifliyin 
tədqiqində  UPGMA,  WARD,  SLINK  və  CLINK  kimi  klaster 
analizi alqoritmlərindən istifadə edərək, belə nəticəyə gəlmişlər ki, 
genetik materialın irsi əlaqələrinin uyğunluğunda UPGMA nəticə-
ləri ən etibarlıdır. Lakin bu üsulun əsas problemi zəncirvari təsirin 
olmasıdır, bu isə əldə edilən qrupların təhlilini və tanınmasını çə-
tinləşdirir.  WARD üsulu  ilə  də UPGMA üsuluna  oxşar nəticələr 
əldə edilmişdir. Lakin bu üsulda zəncirvari təsir problemləri yox-
dur.  Klaster  analizində  münasib  üsulların
 
seçimindən  əlavə 
fərdlərdə və populyasiyalarda genetik oxşarlıqların və ya fərq-
liliklərin müəyyənləşdirilməsi lazımdır. Genetik oxşarlığın və 
fərqliliklərin qiymətləndirilməsi üçün müxtəlif meyarlar möv-
cuddur.  Bunlardan  kvadrat  Evklid  fərqliliyi  genetik  fərqlilik-
lərin  qiymətləndirilməsində  istifadə  olunan  ən  ümumi  meyar-
lardan sayılır [275]. 
Hibridləri  qruplaşdırmaq  üçün  WARD  metodu  və  kvadrat 
Evklid fasiləsi əmsalından istifadə olunmışdır. Tədqiq olunan əla-
mətlər  əsasında,  tam  suvarılan  şəraitdə  38  qarğıdalı  hibridindən 
əldə edilmiş dendroqram 5.7-cı şəkildə verilmişdir.  
Klaster  analizinin  ən  mühüm  cəhətlərindən  biri  münasib 
klasterlərin  sayının  təyin  olunmasıdır.  Bu  mövzu,  genetik  tədqi-
qatlarda,  xüsusilə  genotiplərin  qruplaşdırılmasında  və  müəyyən 
qrupların  aşkarlanmasında,  bitki  seleksiyası  proqramlarında  ən 
əsas  faktor  sayılır.  Klaster  analizində  qrupların  münasib  sayını 
müəyyənləşdirmək üçün 
2
n
  (n, gentoplərin sayıdır) formulun-
dan  və  dendroqramda  ən  çox  məsafə  yaranan  nöqtədə  dendro-
qram  kəsilməsi üsullarından  istifadə olunur [270]. Bu tədqiqatda 
2
n
formulundan istifadə etməklə klaster sayının 4-ə və dendro-
qramda ən çox məsafə yaranan nöqtədə dendroqram kəsilməsi 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə