Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə69/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   65   66   67   68   69   70   71   72   ...   101

 
233 
allelərin daha yararlı omasına baxmayaraq, yüksək tezlikli al-
lelər  sortlar  arasında  müxtəlifliyi  təyin  edən  əsas  göstərici-
lərdən biridir. Bizim kolleksiyamızda çoxlu nümunə olduğuna 
görə  hər  bir  populyasiyadan  daha  çox  bitkiləri  fərdi  olaraq 
analiz etmək çox çətin olar. 
 
5.1.6. DNA polimorfizm və genetik müxtəliflik 
 
RAPD  metodunda  istifadə  olunan  praymerlərin  sayı  nə 
çox, nə də az olmalıdır. Az olması qeyri informativ nəticələrin 
alınmasına,  çox  olması  isə  yüksək  maliyyə  xərclərinə  gətirib 
çıxara  bilər.  Triticum  cinsinin  müxtəlif  növlərinin  tədqiqində 
müxtəlif  sayda  praymerlər  istifadə  olunmuşdur  ki,  bu  da  öz 
növbəsində  müxtəlif  dərəcədə  polimorfizmin  aşkar  olunma-
sına  gətirib  çıxarmışdır.  Joşi  və  Nquyen  yabanı  və  mədəni 
buğdanın  tədqiqində  40  praymerdən  istifadə  etmiş  və  bütün 
nümunələr  arasında 88 % polimorfizm aşkar etmişdirlər. Sun 
və  başqaları  26  UBC  primerləri  ilə  T.aestivum  və  T.speltaya 
aid 46 genotip arasında 62.5% polimorfizm müəyyən etmişlər. 
Pujar 81 operon praymerini yoxlamış və 3-13 arası polimorfiq 
bəndlər  sintez  edən  21  praymer  seçmişlər.  Triticum  cinsinin 
64 genotipi arasında 78.2 % polimorfizm müəyyən edilmişdir 
[377].  
Müasir sortların genetik tərkibi adətən homogendir. Yerli 
sortarın  seleksiya  sortlarına  nisbətən  daha  heterogen  olması 
hesab edilir. Bizim apardığımız  tədqiqatda  genotiplər arsında 
fərqlilik  çox  müşahidə  edilmişdir.  Bu  isə  müxtəlif  növlərin 
iştirakı  ilə  əlaqədardır.  Eyni  növə  aid  olan  nümunələr  mə-
sələn,  T.turgidumun  2  növmüxtəlifliyi  bir-birinə  daha  yaxın 
olmuşdur. Amma  T.durum-a aid nümunələr arasında  isə poli-
morfizm  əmələ  gəlmişdir.  Hətta  müxtəlif  növlərə  aid  olan 


 234 
T.dicoccoides  ilə  T.dicoccum  v.farrum  arasında  genetik  ya-
xınlıq daha çox özünü biruzə vermişdir. 
 
 
5.2. İki cərgəli və çox cərgəli arpa nümunələrinin  
genetik müxtəlifliyinin monomer prolamin  
ehtiyat zülalları əsasında tədqiqi 
 
Azərbaycanda  yayılmış  bitki  nümunələrinin  qorunması, 
saxlanılması və istifadəsinə son illərdə maraq daha çox atrmışdır. 
Bu məqsədlə, Azərbaycan MEA Genetik Ehtiyatlar İnstitutunun 
tərkibində Cənubi Qafqazda ilk dəfə olaraq genbank yaradılmış-
dır. Bu  genbankda 8000-ə  yaxın bitki nümunəsi  qorunub  saxla-
nılır ki, onların da içərisində xeyli arpa nümunələri vardır. Gen-
bankda  qorunub  saxlanılan  nümunələrin  genetik  identifikasiya 
edilərək pasportlaşdırılması və onlardan seleksiyada düzgün isti-
fadə edilməsi vacib problemlərdən biridir.  
Genetik  müxtəliflik  fərqli  metodlar:  morfoloji  markerlər, 
biokimyəvi  markerlər  və  molekulyar  markerlər  əsasında  tədqiq 
oluna bilər. Morfoloji markerlər keyfiyyət əlamətləri ilə əlaqədar 
olub,  müşahidə  əsasında qruplaşdırılır. Qeyd etmək  lazımdır  ki, 
morfoloji markerlərin sayı azdır və bəzi hallarda bu markerlər fe-
notipə  güclü  təsir  göstərir  və  seleksiya  proqramları  üçün  mü-
nasib olmurlar. Morfoloji  əlamətlər  isə  say  baxımından çoxdur-
lar,  kəmiyyət  irsiliyinə  malikdirlər  və  asanlıqla  tədqiq  oluna  bi-
lirlər.  Bir  çox  bitkilərdə  onlar  məhsuldarlığı  və  onun  element-
lərini təşkil edirlər. Bu əlamətlərin normal paylanma xüsusiyyət-
lərini  nəzərə  alaraq,  onların  tədqiqində  statistikadan  istifadə 
edilir [291]. 
Lasa  [243]  159  yerli  arpa  nümunəsinin  genetik  müxtəlif-
liyini tədqiq edərkən 27 morfoloji əlamətlərdən istifadə etmişdir. 
Tədqiq edilmiş  əlamətlər üzrə yüksək fenotik müxtəliflik müşa-


 
235 
hidə olunmuşdur. Yerli formalarla seleksiya edilmiş nümunə-
lərin  genetik müxtəlifliyi müqayisə edilmiş  və nəticədə birin-
cilərin biotik və abiotik streslərə daha davamlı olduqları aşkar 
edilmişdir.  Prinsipcə  component  analiz  üsulu  isə  tədqiqat 
üçün müəyyən edilmiş bütün kəmiyyət və keyfiyyət əlamətləri 
nəzərə  alınmaqla altıcərgəli  genotipləri bir-birindən ayırmağa 
imkan  vermişdir.  Yerli  formalarda  coğrafi  müxtəlifliklərlə 
məhsulun  yetişməsinə  lazım  olan  günlərin  sayı,  məhsuldar 
gövdələrin sayı və məhsuldarlıq arasında müsbət korrelyasiya 
müşahidə edilmişdir. 
Bahrman  və  əməkdaşları  [124]  26  altıcərgəli  arpa  nü-
munəsinin bir sıra morfoloji xüsusiyyətlərini və xəstəliklərə 
davamlılığını  tədqiq  etmişlər.  Onlar  bu  nümunələrin  gene-
tik  müxtəlifliyini  morfoloji  əlamətlərlə  yanaşı,  molekulyar 
markerlər vasitəsi ilə də öyrənmişlər. Nümunələrin müxtəlif 
üsullarla genetik fərqliliyi təyin edilmişdir. Genetik müxtə-
lifliyin  öyrənilməsi  istiqamətində  fərqli  səviyyələrdə  apa-
rılmış  tədqiqatlardan  əldə  olunmuş  nəticələr  arasında  heç 
bir asılılıq müşahidə edilməmişdir.  
Bitkilərin  biokimyəvi  tədqiqatlarında  fermentlərin  və 
ehtiyat  zülalların  elektroforez  üsullarından  çox  geniş  isti-
fadə  olunmaqdadır.  Ehtiyat  zülalları  yüksək  polimorfizmlə 
yanaşı, quruluşlarının stabilliyi  ilə də səciyyələnirlər [291]. 
Ətraf  mühit  amilləri  yetişməkdə  olan  toxumlara  ya  təsir 
etmir, ya da çox cüzi təsir göstərir [251]. Bu amillər toxum-
lardakı  zülalların  miqdarına  təsir  göstərsələr  də,  onların 
quruluşunda dəyişiklik yaratmırlar [240, 309]. 
Hordeinlər  və  monomer  prolaminlər  arpa  bitkisinin 
əsas  ehtiyat  zülallarıdırlar.  Bu  günədək  aparılmış  tədqiqat-
larda  ehtiyat  zülalları  sırasında  daha  çox  diqqət  hordein-
lərin  müxtəlifliyinin  analizinə  yönəlmiş,  monomer  prola-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə