Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə68/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   64   65   66   67   68   69   70   71   ...   101

 
229 
Cədvəl 5.3 
 
Abşeronda səpilmiş diploid və tetraploid buğda  
növ və növmüxtəlifliklərinin struktur analizi 
 
Ad
ı 
B
it
k
in
in
 b
o
y
u
 
M
əh
su
ld
ar
 

vd
əl
ər
in
 s
ay
ı 
S
ün



uz
un
lu
ğu
 
S
ün



çə
k
is

S
ün

lc
ük
-l
ər
in
 
sa

 
D
ən
in
 ç
ək
is

D
ən
in
 s
ay
ı 
1
0
0
0
 d
ən
in
 

tl
əsi
 
T.boeoticum 
114  2.6 
7.5 
0.88 
27.8 
0.49  19.0  15.5 
T.monococcum 
104  4.8 
6.6 
0.86 
29 
0.52  26.7  18.0 
T.dicoccoides 
103  3.55 
8.2 
2.50 
11.5 
1.50  23.3  41.0 
T.dicoccum  
v. farum 
131  4.3 
6.1 
1.95 
16.0 
1.45  33.2  40.6 
T.dicoccum  
v. atratum 
122  3.90 
7.7 
2.1 
23.3 
1.28  41.7  32.0 
T.turgidum  
v. alboyadurum 
114  2.4 
6.45  4.36 
20.1 
3.35  54.8  56.9 
T.turgidum  
v. salomonis 
133  3.05  8.55  4.53 
25.8 
2.61  55.7  52.0 
T.persicum 
87.0  3.50  11.9  1.92 
18.9 
1.35  32.9  35.0 
T.durum 
v.hordeiforme 
(Bərəkətli 95) 
94.0  4.27  6.40  4.20 
18.4 
3.24  49.9  62.0 
T.durum  
v. leucurum (Şərq) 
132  3.5 
7.40  3.47 
19.6 
2.39  41.6  52.0 


 230 
 
Şəkil 5.3. Diploid və tetraploid buğda nümunələrinin  
     məhsuldarlıq elementlərinə görə qruplaşması 
 
Dendroqramadan göründüyü kimi, T.boeoticum   T.mo-
nococcum  növləri  məhsuldarlıq  elementlərinə  görə  bir-birlə-
rinə yaxın növ kimi qiymətləndirilir. Amma RAPD DNT mar-
kerlərinə  görə  bu  növlər  bir  birindən  genetik  cəhətdən  uzaq 
hesab  edilmişdir.  T.dicoccoides    T.persicum  növləri  də  fe-
notip  cəhətdən  yaxın  olsalar  da  genotipik  olaraq  uzaq  kimi 
qiymətləndirilmişdir.  T.turgidum alboyadurum   T.turgidum 
salomonis  növmüxtəliflikləri  həm  genetik  cəhətdən,  həm  də 
fenotipik  cəhətdən  oxşarlıq  təşkil  etmişlər.  Həmçinin,  T.du-
rum-a  aid  sortlar  və  T.dicoccum–a  aid  növmüxtəliflikləri  də 
həm genetik və həm də fenotipik cəhətdən oxşar olmuşlar. 
Nəticələri ümumiləşdirərək qeyd etmək olar ki, fenotipik 
cəhətdən  oxşar  olan  nümunələr  heç  də  hər  zaman  genotipik 
cəhətdən də oxşar olmurlar. Lakin bəzi növlərin növmüxtəlif-
liklərinin  həm  genetik,  həm  də  fenotipik  analizləri  bir-birilə 
uyğunluq təşkil edir.  
 


 
231 
5.1.4. RAPD markerlərinin təkrarlanma qabiliyyəti 
 
Molekulyar markerlər bitki seleksiyasında genetik materialın 
xarekterizə  edilməsi  üçün  qiymətli  vasitədir.  Onlardan  RAPD 
markerlər  buğda  hermoplazmanın  qiymətləndirilməsində  uğurla 
istifadə  edilir  ki,  bunun  da  bir  çox  üstünlükləri  vardır.  Bununla 
belə RAPD üsulunun reproduktivliyi və genetik müxtəlifliyin təd-
qiqinə münasibliyi ilə əlaqədar bəzi şübhələr də mövcuddur. Op-
timal  PCR  reaksiya  şəraitindən  istifadə  etməklə  və  yalnız  repro-
duktiv bəndləri  nəzərə  almaqla RAPD-in reproduktivliyini təmin 
etmək olar.  
RAPD üsulunun genetik müxtəlifliyin tədqiqi və hermoplaz-
manın qiymətləndirilməsində istifadəsi bir sıra işlərdə göstərilmiş-
dir  [148,230,290].  RAPD  markerləri  vasitəsilə  buğda  genotiplə-
rinin genetik qohumluğunun qiymətləndirilməsi üçün alınmış mə-
lumatlar digər markerlərdən istifadə zamanı alınmış məlumatlarla 
uyğunluq təşkil  edir. Kastaqna  və başqaları  aşkar  etmişlər  ki, 49 
diploid  buğda  nümunələrinin  genetik  oxşarlığının  növdaxili  mü-
qayisəsi  zamanı  RAPD  markerlərdən  alınmış  qiymətlər  RFLP 
markerlərlə  alınmış  qiymətlərə  çox  yaxındır.  6  buğda  növünün 
tədqiqi zamanı Naqoaka və Oqihara (1997) göstərmişlər ki, İSSR 
markerlərlə  hesablanmış  genetik  yaxınlıq  RFLP  və  RAPD  görə 
hesablanmış  qiymətlərlə  identik  olmuşdur.  Bu  yaxınlarda  şəcərə 
analizləri  və  RAPD  metodu  əsasında  buğda  sortlarının  genetik 
müxtəlifliyinin qiymətləndirilməsi arasında zəif əlaqənin mövcud-
luğu  müəyyən  edilmişdir  [238,376].  Həmçinin,  bərk  buğdada 
RFLP və şəcərə analizlərindən, heksaploid buğdada AFLP və qo-
humluq əmsalı analizlərindən və bərk buğdada AFLP və qohum-
luq  analizlərindən  alınmış  qiymətlər  arasında  aşağı  və  orta  dərə-
cədə  korrelyasiya əmsalları aşkar  edilmişdir.  Yalnız  şəcərə  əsaslı 
müxtəlifliyin  ölçülərindən  istifadə  genetik  müxtəlifliyin  mövcud 


 232 
yaxınlığının  qiymətləndirilməsində  bəzi  səhvlərə  gətirib  çıxara 
bilər. RAPD kimi molekulyar markerlərdən istifadə ilə əldə edil-
miş genetik yaxınlıq daha etibarlı sayılır.  
 
 
5.1.5. Genetik müxtəliflik üçün nümunələrin seçilməsi 
 
Növdaxilində  və  növlər  arasında  müxtəliflik  mövcud  ol-
duğuna  görə  sortlarda  genetik  müxtəlifliyin  qiymətləndiril-
məsi üçün nümunələrin seçilməsi çox mühümdür [143]. Çar-
paz tozlanan populyasiyalarda hər bir bitki  genetik baxımdan 
unikal  ola  bilər.  Öz-özünə  tozlanan  populyasiyalarda  isə  bit-
kilər bir və ya daha çox genotiplərdən ibarət ola bilər. Əlbəttə 
ki,  daha  çox  nümunə  yüksək  ehtimallı  və  daha  aşağı  tezlikli 
genotipləri təyin etməyə imkan verir. Lakin nümunələrin opti-
mal  sayı  analizin  tədqiqatın  məqsədlərindən  və  tətbiq  olunan 
üsulların  həssaslığından  asılıdır.  Sortların  genetik  müxtəlifli-
yinin  qiymətləndirilməsində  fərdi  seçilmiş  bitkilərin  sayı 
müxtəlif bitkilərdə müxtəlif olur. Paxla sortlarının RAPD ana-
lizi üçün 6 bitki nümunəsi götürülmüşdür [227]. Kərəviz sort-
larında RAPD markerləri üçün nümunələrin optimal sayı 5-20 
bitki  arasında  olur  [415].  Autrique  və  b.  (1996)  bərk  buğda 
sortlarının RFLP markerləri ilə genetik müxtəlifliyinin tədqiqi 
zamanı  DNT  ekstraksiyası  üçün  8-10  bitki  götürmüşlər. 
Yumşaq  buğda  da  Muxtar  və  başqaları  (2002)  RAPD  ana-
lizləri üçün 20 bitki götürmüşlər [280]. Miçelmor və başqaları 
(1991)  bəyan  etmişlər  ki,  DNT  qarışığında  10%  -dən  aşağı 
tezlikdə rast  gəlinən allelər RAPD  vasitəsilə daha çətin  təyin 
olunur  [266].  Aşağı  həssaslığa  görə  20-dən  çox  bitki  nümu-
nəsinin  istifadəsi  RAPD  analizlərində  daha  nadir  markerlərin 
tapılma ehtimallığını artırmır [415]. Seleksiyaçılar üçün nadir 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə