Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə47/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   43   44   45   46   47   48   49   50   ...   101

 154 
Cədvəl 3.4-ün davamı 
 
Adı 
Sünbülün 
çəkisi 
Dənin 
çəkisi 
Dənin 
sayı 
1000 
dənin 
kütləsi 
16. Giorgio 302 
0.41 
0.55 
1.4 
8.50 
17. Bərəkətli 95 
1.00 
0.90 
20.4 
13.7 
18. Ağ buğda 
0.70 
0.66 
0.60 
7.50 
19. Jaxino 
1.59 
1.30 
11.4 
9.80 
20. Leukomelan 
0.59 
0.38 
-19.7 
24.1 
21. Xarkovskaya 46 
0.09 
0.35 
-9.30 
5.90 
22. Arandəni 
1.89 
0.70 
25.8 
-1.50 
23. Bəxt 
1.40 
1.08 
21.9 
7.00 
24. Mirvari 
1.71 
1.31 
24.10 
16.5 
25. Şirvan 
1.66 
1.26 
13.0 
11.0 
26. Qarabağ 
0.18 
1.24 
2.50 
9.90 
27. Bərəkət 
1.45 
1.48 
18.10 
5.10 
28. Karol 
1.83 
1.67 
23.8 
10.5 
29. Şərq 
-0.05 
-0.02 
-5.9 
1.60 
30. Zaparoji 803 
1.09 
0.86 
12.8 
4.70 
31. Kəhrəba 
0.94 
1.00 
10.4 
4.70 
32. Şirvan 3 
1.04 
0.77 
14.6 
-1.00 
33. Orzini 
0.96 
0.47 
4.10 
8.00 
34. Yerli 549 
1.47 
1.49 
4.30 
15.9 
35. Romeo 
1.87 
1.97 
17.20 
15.1 
36. Yaqut 
1.43 
1.15 
12.1 
5.70 
37. Moldoviya hibridi 
1.41 
0.95 
6.0 
14.5 
38. Zedan 3d 56 
1.87 
1.92 
16.3 
6.00 
39. Xoranka 46 
1.80 
1.95 
14.9 
2.50 
40. Persion 
2.28 
1.96 
12.1 
17.9 
41. Nəsimi 
2.23 
1.93 
17.5 
15.4 
 


 
155 
 
Şəkil 3.5. Bərk buğdaların duzluluğa davamlılığına görə 
qruplaşması 
 
Cədvəl 3.4-də məhsudarlığa birbaşa təsir edən əlamətlərə 
görə  tolerantlıq  indeksi  verilmişdir.  Tolerantlıq  indeksindən 
görünür ki, stresin təsirindən sünbülün çəkisində ən çox azal-
ma  Persion  (2.28),  Nəsimi  (2.23),  Vezio  (1.78),  Xoranka  46 
(1.80), Zedan 3d 56 (1.87), Mirvari (1.78) sortlarında olmuş-
dur. Şərq və Xarkovskaya 46 sortlarında isə stresin təsirindən 
sünbülün çəkisində dəyişmə baş verməmişdir. Qalan sortlarda 
isə dəyişmə 0.18-1.60 arasında baş vermişdir. Dənin çəkisində 
baş  vermiş  ən  çox  azalma  da  həmin  sortlarda  görünmüşdür. 


 156 
Dənin sayında baş vermiş dəyişmələrə görə isə Ray 91 (22.7), 
Mirvari  (24.1),  Bəxt  (21.0)  sortları  ən  çox  təsirə  məruz  qal-
mışlar.  1000  dənin  kütləsi  də  əsasən  bir  sünbüldə  olan  dənin 
çəkisinə  uyğun  olaraq  dəyişmişdir.  Dəyişmələr  dendroqra-
mada aydın təsvir edilmişdir (Şəkil 3.5).
 
Şəkil 3.5-dən göründüyü kimi, tədqiq edilən bərk buğda nü-
munələri  duzluluq  stresinə  davamlılıq  dərəcəsinə  görə  əsasən  3 
qrupda  qruplaşmışlar.  Birinci  qrupda  Xarkovskaya  46,  Şərq, 
Odesskaya  49.81,  Giorgio  302,  Leukomelan,  Ağ  buğda,  Orzini 
və  Qarabağ  sortları  qruplaşmışlar.  Bu  sortlar  tolerantlıq  əmsal-
larına  görə  ən  aşağı  olan  nümunələrdir.  Bu  qrup  da  öz  növbə-
sində 4 alt qrupdan təşkil olunmuşdur. Şəkildən göründüyü kimi, 
burada  Xarkovskaya  46  sortu  ilə  Şərq  sortu  birinci  qrupun 
birinci alt qrupunda birləşmişlər. Tolerantlıq indeksinə nəzər sal-
saq, bu sortlarda stresin təsirindən azalmanın daha az baş vermiş 
olduğunu görərik. Eləcə də, digər alt qruplarda da olan sortlarda 
azalma  az  müşahidə  edildiyinə  görə  bu  qrupun  bütün  üzvləri 
duzluluğa davamlı hesab edilirlər.  
2-ci qrupda Cəfəri, Ray 91, Persion, Nəsimi, Romeo, Zedan 
3d  56,  Xoranka  46,  Arandəni,  Karol  və  Mürəkkəb  hibrid 
birləşmişlər ki, onların tolerantlıq əmsalları daha böyükdür. Belə 
ki,  Persion  sortunda  sünbülün  çəkisi  48.0%,  bir  sünbüldə  olan 
dənin  çəkisi  isə 55.0  %  azalmışdır. Bu qrupun digər üzvlərində 
də  anoloji hal  müşahidə  edilir.  Bu nümunələri  duzluluğa həssas 
sortlar olduğu qəti şəkildə aşkar edilmişdir. 
3-cü  qrupda  isə Bərəkət,  Yerli  549, Leukurum 79, Qırmızı 
buğda,  Timiryazevskiy  karlik,  Mirvari,  Febo,  Jaxino,  Şirvan, 
Vezio,  Elan, Kəhrəba, Kalvin, Jemçuk  odesskaya,  Bərəkətli  95, 
Zaparoji  803,  Şirvan  3,  Aysberq  Odesskaya,  Bəxt,  Yaqut,  Xo-
ranka,  Moldoviya  hibridi  və  Muğan  sortları  birləşmişlər  ki, 
onlar orta davamlı sortlar kimi qiymətləndirilir. 


 
157 
3.7. Alınan təcrübi nəticələrin statistik analizi 
 
Elmi tədqiqat  işlərində alınan nəticələrin  statistik  təhlili  işin 
doğruluğunun  təsdiqi  hesab  edilir.  Xüsusən  tarla  təcrübələrindən 
alınan  nəticələrə  bir  neçə  faktorun  təsiri  olduğuna  görə  onların 
statistik  düzgünlüyünün  hesablanması  vacibdir.  Biz  tədqiqat  işi-
mizin  bütün  mərhələlərində  statistik  hesablamalardan  istifadə  et-
mişik.  Yuxarıda  bütün  təcrübələrin  nəticələrində  klaster  statistik 
analizindən  istifadə  edilmişdir.  Klaster  analizi  dəqiq  statistik  he-
sablamalara əsəsən nümunələrin öyrənilən əlamətə görə bir-birinə 
yaxınlığını müəyyən edir. Həmçinin, tarla təcrübələrinin nəticələri 
variasiya  analizi  (ANOVA),  reqresiya,  korrelyasiya  statistik  me-
todları  ilə  işlənmiş  və  aşağıdakı  cədvəllərdə  aydın  təsvir 
edilmişdir. 
 
 
3.7.1. Diploid və tetraploid buğda növ və növmüxtə     
      lifliklərinin quraqlıq və suvarılan şəraitdə  
       məhsuldarlıq elementlərində əmələ gəlmiş  
fərqliliklərinin statistik analizi 
 
Genotiplər arasında olan fərqliliyin və eləcə də quraqlığın tə-
sirinin əhəmiyyətliliyini tapmaq üçün variasiyanın statistik analizi 
(ANOVA) metodundan istifadə edilmişdir.  
Cədvəl 3.5-dən göründüyü kimi, genotiplər arasında fərqlilik 
və quraqlıq şəraitinin təsiri əhəmiyyətli dərəcədədir. Genotiplər ilə 
şəraitin qarşılıqlı təsirində isə sünbülcüklərin sayının dəyişməsi az, 
qalan bütün əlamətlərin dəyişməsi isə əhəmiyyətli olmuşdur. 
Digər  nəticələrin  analizi  göstərmişdir  ki,  tədqiq  edilən  12 
nümünə  duzluluq  stresinə  davamlılığına  görə  bir-birindən  fərqli 
nəticələr göstərmişlər. Sünbülün uzunluğundan başqa şəraitin bü-
tün əlamətlərə təsiri statistik olaraq əhəmiyyətlidir.  


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə