Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə33/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

 
107 
getməsinə  mane  olur.  Bu  prosesi  öyrənmək  məqsədilə,  biz  qu-
raqlıq və duzluluq stresinin təsirindən xlorofil “a”, xlorofil “b” və 
xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyişmələri  tədqiq 
etmişik. 
Stres amillərin təsirindən diploid və tetraploid buğda növ və 
növ müxtəlifliklərində xlorofil (a+b)-nin miqdarında əmələ gələn 
dəyişkənliklər cədvəl 2.7-də göstərilmişdir. 
T.boeoticum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin 
miqdarı 22.0%, duzluluğun təsirindən isə 11.0% azalmışdır. Növ, 
xlorofilin  miqdarında baş  verən dəyişikliklərə  görə hər  iki  stresə 
qarşı həssas növ hesab edilir. T.monococcum növündə quraqlığın 
təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  1.0%  azalmış,  duzluluğun 
təsirindən  isə  xlorofil  (a+b)-nin  miqdarında  7.0%  artım  baş  ver-
mişdir. Bu növ quraqlığa və duzluluğa davamlı hesab edilir. T.di-
coccoides  növündə  quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miq-
darı 5.0% artmış, duzluluğun təsiri ilə isə heç bir dəyişmə müşa-
hidə  edilməmişdir.  Növ,  hər  iki  stresə  qarşı  tolerantdır.  T.dicoc-
cum v. farrum –da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 
8.3% azalmış, duzluluğun təsiri ilə isə dəyişmə baş verməmişdir. 
Növmüxtəlifliyi  quraqlığa qarşı orta tolerant, duza qarşı  isə  tole-
rant  hesab  olunmuşdur.  T.dicoccum  v.  rufum  növmüxtəlifliyində 
quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  10.0%,  duzlu-
luğun təsirindən isə 4.0% artım əmələ gəlmişdir. Bu nümunə hər 
iki  stresə  qarşı davamlı  kimi qiymətləndirilmişdir. T.dicoccum  v. 
atratum-da quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı dəyiş-
məmiş,  duzluluğun  təsirindən  isə  5.2%  azalma  müşahidə  olun-
muşdur. Növ müxtəlifliyi quraqlığa qarşı davamlı, duzluluğa qarşı 
orta  davamlı  hesab  edilir.  T.turgidum  v.  Dreishianum-da  quraq-
lığın təsirindən  xlorofil  (a+b)-nin miqdarı 13.0%, duzluluğun tə-
sirindən isə 12.0% azalma müşahidə edilmişdir. Növ müxtəlifliyi 
həssas kimi qiymətləndirilir. T.turqidum v. alboyadurum- quraqlı-


 108 
ğın təsirindən xlorofil (a+b)-nin miqdarı 3.0 % artmış, duzluluğun 
təsirindən  isə  6.2%  azalmışdır.  Növmüxtəlifliyi  quraqlığa  qarşı 
davamlı, duzluluğa qarşı orta davamlı hesab edilir. T.turgidum v. 
salomonis-  növmüxtəlifliyində  quraqlığın  təsirindən  xlorofil 
(a+b)-nin miqdarında 9.0%, duzluluğun təsirindən isə 1.0% artım 
əmələ  gəlmişdir.  Bu  nümunə  hər  iki  stresə  qarşı  davamlı  kimi 
qiymətləndirilmişdir.  T.turgidum  v.  lusitanicum  –  növmüxtəlifli-
yində quraqlığın təsirindən xlorofil (a+b)-nin miqdarı 5.0%, duz-
luluğun  təsirindən  isə 7.3% azalma  əmələ gəlmişdir. Bu nümunə 
hər iki stresə qarşı orta davamlı kimi qiymətləndirilmişdir. T.polo-
nicum-  quraqlığın  təsirindən  xlorofil  (a+b)-nin  miqdarı  34.0%, 
duzluluğun  təsirindən  isə  33.8%  azalma  əmələ  gəlmişdir.  Bu 
nümunə  hər  iki  stresə  qarşı  həssas  kimi  qiymətləndirilmişdir. 
T.persicum növündə quraqlığın təsirindən xlorofil (a+b)-nin miq-
darı 24.0%, duzluluğun təsirindən isə 8.1% azalma əmələ gəlmiş-
dir.  Bu  nümunə  quraqlığa  qarşı  həssas,  duzluluğa  qarşı  orta  da-
vamlı hesab edilmişdir. 
 
Cədvəl 2.7 
 
Quraqlıq və duzluluq streslərinin müxtəlif buğda  
növlərinin yarpaqlarında xlorofil (a+b)-nin miqdarında  
əmələ gətirdiyi dəyişmələr    
 
 
№ 
 
Nümunələrin  
adları 
Xlorofil a+b 
 
N
əzar
ət
ə 


  
%
-l
ə 
Xl a+b 
 
N
əzar
ət
ə 


 
 %
-l
ə 
Nəza-
rət 
Qu-
raqlıq 
Duzlu 
luq 

T.boeoticum Boiss. 
6.5 
5.08 
78.0 
5.80 
89 

T.monococcum L. 
5.68 
5.66 
99.0 
6.08 
107 
 


 
109 
Cədvəl 2.7-nin davamı 
 

T.dicoccoides (Koern.) 
Schweinf. 
v. arabicum 
6.38 
6.75 
105 
6.41 
100 

T.dicoccum Schuebl. v. 
farrum
4.86 
4.46 
91.7 
4.85 
100 

T.dicoccum Schuebl. v. 
rufum 
4.81 
5.31 
110 
5.05 
104 

T.dicoccum Schuebl. v. 
atratum 
3.5 
3.51 
100 
3.32 
94.8 

T.turgidum L.  
v. dreishianum  
6.01 
5.23 
87.0 
5.30 
88.0 

T.turgidum L. v. 
alboyadurum 
5.57 
5.75 
103 
5.23 
93.8 

T.turgidum L. v. 
Salomonis 
6.00 
6.55 
109 
6.10 
101 
10 
T.turgidum L. v. 
lusitanicum 
5.50 
5.25 
95.0 
5.10 
92.7 
11 
T.polonicum L. 
8.02 
5.29 
66.0 
5.31 
66.2 
12 
T.persicum Vav. 
7.07 
5.41 
76.0 
6.50 
91.9 
 
Nəticələri  yekunlaşdırmaq  üçün  quraqlığın  və  duzun  təsi-
rindən  xlorofil  (a+b)-nin  miqdarında  baş  verən  dəyişmələrə 
görə  nümunələr  dendroqramda  qruplaşdırılmışdır  (şəkil  2.3). 
Diaqramı ikinci xəttindən kəssək nümunələr 3 qrupda siniflə-
şəcəkdir. 1-ci qrupda T.dicoccum v. rufum, T.monococcum, T.tur-
gidum v. salomonis, T.dicoccum v. atratum, T.dicoccoides, T.tur-
gidum  v.  alboyadurum  birləşmişdir  və  bu  nümunələrdə  stresin 
təsirindən xlorofilin miqdarı artmışdır, 2-ci qrupda T.dicoccum v. 
farrum,  T.turgidum  v.  lusitanicum,  T.turgidum  v.  dreishianum 
birləşmişdir və bu nümunələrdə xlorofil (a+b)-nin miqdarında 
azalma az, 3-cü qrupda  isə T.boeoticum, T.persicum və T.po-
lonicum  qruplaşmışdır  və  bunlarda  nisbətən  azalma  çox  get-
mişdir. Metodikaya uyğun olaraq xlorofilin miqdarında baş vermiş 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə