Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə57/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   53   54   55   56   57   58   59   60   ...   101

 
191 
sinə  səbəb  olan  geniş  yayılmış  ətraf  mühit  amillərindən  biri-
dir. Dünyada əkinə yararlı torpaq sahələrinin təxminən 40%-ə 
qədəri  duz  stresinin  təsiri  altındadır  [186,  317].  Bu  rəqəm 
ildən  ilə artmaqdadır. ABŞ Elmlər Akademiyasının qənaətinə 
görə,  yer  kürəsində  duzlu  torpaqların  belə  sürətli  artımı, 
gələcəkdə böyük bioloji fəlakətə gətirib çıxara bilər. 
Duzluluq ölkəmiz üçün də mühüm problem hesab olunur. 
Belə  ki,  respublikamızın  ümumi  torpaq  sahəsinin  598,8  min 
hektarı  müxtəlif  dərəcədə  duzlaşmaya  məruz  qalmış  torpaq-
lardır [219]. 
Duzlu  torpaqlardan  istifadənin  alternativlərindən  biri  də, 
duzluluğa  davamlı,  eyni  zamanda  iqtisadı  əhəmiyyət  kəsb 
edən bitki  sort  və formalarının aşkar edilməsi  və onların belə 
torpaqlarda  becərilməsinin  təmin  olunmasıdır.  Odur  ki,  qida 
və yem əhəmiyyətinə görə önəmli yeri olan, duzluluq stresinə 
qarşı  davamlılığı  ilə  fərqlənən  arpa  bitkisi  nümunələri  içəri-
sindən  davamlı  genotiplərin  seçilməsi,  onlarda  tolerantlığın 
molekulyar  genetik  əsasların  öyrənilməsi  böyük  elmi  və  təc-
rübi əhəmiyyət kəsb edir. 
Duzluluq  stresinin bütün dünyada kənd təsərrüfatı bitkilə-
rinin  məhsuldarlığının  azalmasına  səbəb  olan  ən  böyük  prob-
lemlərdən biri olmasına baxmayaraq, bitkilərin duza davamlılıq 
mexanizi hələ də tam açıqlanmamışdır. Tədqiqatlarla müəyyən 
edilmişdir  ki,  duz  stresinə  qarşı  bitkilərin  göstərdikləri  reak-
siyalar  bitkilərin  davamlılıq  dərəcəsindən,  yaşından,  inkişaf 
fazasından,  duzun forma  və  miqdarından  və  s.  amillərdən  aslı 
olaraq dəyişilə bilir [60, 77]. 
Bitkilərin  əlverişsiz  mühit  şəraitinə  uyğunlaşması  zülal 
sintezinin  gedişindən,  ilk  növbədə  DNT-nin  miqdarından,  qu-
ruluş vəziyyətindən və funksional fəallığından aslıdır. Quruluş 
vəziyyətinə  və  funksional  fəallığına  görə  hüceyrə  nüvəsindəki 


 192 
DNT heterogen xarakterdə olub müxtəlif fraksiyalara bölünür. 
DNT-nin  bir  hissəsi  labil  vəziyyətdə  olub,  daha  fəaldır  və  ən 
çox  euxromatin  hissədə  yerləşir.  Bütün  əlamətlərə  görə  labil 
DNT reduplikasiya formasında olan DNT-dir və onun miqdarı 
genomun fəallığını  xarakterizə edir [46]. DNT-nin digər funk-
siyası  isə  histonlarla  birləşmiş  şəkildə  olub,  daha  az  fəal  olan 
heteroxromatinin tərkib hissəsini təşkil edir. 
DNT-nin  bir  quruluş  vəziyyətindən  digərinə  keçməsi  ge-
netik  tənzimlənmə  və  hüceyrədəki  morfogenetik  proseslərlə 
əlaqədar  baş  verir.  Odur  ki,  stres  şəraitində  DNT-nin  genetik 
cəhətdən aktiv və  inert fraksiyalarının təyini, başqa sözlə  labil 
və  stabil  DNT  fraksiyalarında  baş  verən  dəyişmələrin  öyrə-
nilməsi maraq doğurur. 
Bu  tədqiqatlarda  məqsəd,  duzluluq  stresinin  davamlı  və 
həssas  arpa  sortnümunələrinin  genomunda  əmələ  gətirdiyi 
dəyişmələr  və  bu  dəyişmələrə  fitohormonların  təsirinin 
öyrənilməsidir. 
Tədqiqatın  nəticələri  göstərmişdir  ki,  duzluluq  stresi 
təsirindən davamlı arpa nümunələrində labil DNT-nin miqdarı 
əhəmiyyətli  dərəcədə  artır  (27,1%)  və  RNT  sintezi  də  inten-
sivləşir.  (Şəkil  4.5).  Davamlı  bitki  genotiplərində,  duzluluq 
stresi  təsirindən  euxromatin  DNT-si  miqdarının  artması  ge-
netik  sistemin  fizioloji  labilliyinin  yüksəlməsini,  başqa  sözlə 
xromosom  aparatının  fəallaşmasını  göstərir.  Stresdən  sonra 
Hib  +  Kin  fitohormon  kompleksinin  təsirindən  genetik  apa-
ratın  daha  da  fəallaşması,  labil  xromatin  DNT-sinin  51,4%, 
RNT-nin  miqdarının  isə  69,9%  artdığı  müşahidə  edilmişdir. 
Maraqlıdır  ki, fitohormon  təsirindən DNT-nin digər fraksiya-
larında  və ümumi DNT-nin miqdarında da  kəskin çoxalmalar 
baş vermişdir. 


 
193 
 
26,9
27,1
9,5
29
20
0
10
20
30
40
50
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
69,9
51,4
71,3
61,5
59,8
0
10
20
30
40
50
60
70
80
N
əz
arə
tə 
gör
ə %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin təsirindən 
baş verən dəyşmələri
 
 
Şəkil 4.5. Nutans 118/21 arpa nümunəsində duzluluq stresi 
təsirindən RNT miqdarı və DNT fraksiyalarında baş verən 
dəyişmələr və bu dəyişmələrə Hib+Kin fitohormon komp-
leksinin təsiri 
 
Duzluluq  stresinə  həssas  olan  Nutans  57/9  nümunəsində 
isə  tamamilə  əks  proseslər  baş  verir.  Belə  ki,  arpanın  bu  nü-
munəsində  duzluluq  stresi  təsirindən  labil  xromatin  DNT-
sinin  miqdarı  33%,  RNT-nin  miqdarı  13,8%  azalmış,  stabil 
DNT-nin miqdarı isə 13,3% artmışdır (Şəkil 4.6).   


 194 
 
-13,8
-33
13,3
-29,7
-9
-40
-30
-20
-10
0
10
20
N
əz
arə

 görə
 %
-lə
a) Stresdən 24 saat sonra  baş verən dəyşmələr
RNT
Labil DNT
Stabil DNT
Qalıq DNT
Ümumi DNT
 
48,1
24,1
23,3
43,6
24,6
10
20
30
40
50
N
əz
arə

 gö

 %
-lə
a) Stresdən 24 saat sonra Hib + Kin təsirindən 
baş verən dəyşmələri
 
 
Şəkil  4.6.  Nutans  57/9  arpa  nümunəsində  duzluluq  stresi 
təsirindən  RNT  miqdarı  və  DNT  fraksiyalarında 
baş  verən  dəyişmələr  və  bu  dəyişmələrə  Hib+Kin 
fitohormon kompleksinin təsiri 
 
Stresin  təsirindən,  ümumi  xromatin  kütləsində  euxroma-
tin miqdarının kəskin azalması, həssas genotiplərdə heteroxro-
matinləşmə prosesinin baş verdiyini göstərir ki, bu da xromo-
som aparatının funksional fəallığının azalması ilə nəticələnir.   


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə