Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə60/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   56   57   58   59   60   61   62   63   ...   101

 202 
Mitoxondri  və  xloroplastların  böyüməsinə  və  bölünməsinə 
iki ayrı genetik sistem tərəfindən nəzarət olunur: orqanoidlərin öz 
genomları  və  nüvə  genomu.  Bu  orqanoidlərdəki  zülalların  əksər 
hissəsi nüvə DNT-si tərəfindən kodlanır, sitoplazmada sintezlənir 
və  orqanoidlərə  transfer  edilirlər.  Lakin,  nisbətən  az  miqdar 
zülallar və onların RNT-ləri orqanoidlərin öz DNT-ləri tərəfindən 
kodlanır  və  orqanoidlərdə  sintezlənirlər.  Müəyyən  edilmişdir  ki, 
mitoxondri  DNT-ləri  16000-dən  çox  nükleotid  ardıcıllıqından 
ibarət olub, 2 rRNT geni, 22 tRNT geni və 13 müxtəlif polipepdid 
zəncirinin  sintezini  həyata  keçirən  struktur  genlərdən  təşkil 
olunmuşdur.  Xloroplast  genomu  mitoxondri  genomuna  nisbətən 
10 dəfəyə qədər böyük olub, daha çox genə malikdir [39, 45]. 
Ali  bitkilərdə  nüvə,  xloroplast  və  mitoxondrial  genetik  sis-
temlərdəki  ümumilik  və  spesifikliyin  müəyyən  edilməsi  uzun  il-
lərdir  ki,  elmi  ictimaiyyət  tərəfindən  müzakirə  edilir  və  belə 
müzakirələr  bu  gün  də  davam  etdirilməkdədir.  Belə  bir  amil  də 
xüsusi  əhəmiyyət  kəsb  edir  ki,  orqanizmlərin  həyatiliyi,  yaşama 
qabiliyyəti  və  digər  fundamental  əlamətləri  müxtəlif  genetik 
sistemlər tərəfindən birlikdə müəyyən olunurlar, zira bunlar bir-bi-
rindən  asılı  olmadan  heç  cürə  bu  əlamətlərə  cavabdeh  ola  bil-
məzlər. Görünür ki, belə qarşılıqlı əlaqə təkamül prosesində təbii 
seçmənin  təsiri  altında  genotip  və  plazmotipin  dəyişkənliyi 
əsasında  yaranır  və  hüceyrənin  bütün  irsi  sistemləri  arasında 
koordinasiyanı  təmin  edir.  Güman  etmək  olar  ki,  bitkilərin 
ekstremal  şəraitə  ən  yaxşı  davamlılığını  təmin  edən  istənilən 
xromosom  mutasiyasının  kodlaşdırdığı fermentlər mitoxondri 
və plastid plazmogenlərinin kodlaşdırdığı fermentlərlə faydalı 
qarışıqlı  təsirə  malik  olduğu  halda  təbii  seçmə  vasitəsilə 
saxlanıla bilər [100, 101]. 
Əlverişsiz  şərait  amillərinə  qarşı  davamlılıq  multigenlər 
vasitəsi  ilə  idarə  olunur.  Bitkilərin  əsas  adaptiv  reaksiyaları 


 
203 
koadaptiv  genlərin  və bütünlüklə  genomun  koadaptasiyasının 
nəzarəti  altındadır.  Bitkilərin  ontogenetik  adaptasiyasının  xa-
rakterinə sitoplazmatik determinantların, yəni hüceyrənin xro-
mosomdan  xaric  irsi  elementlərinin  cəmi  –  plazmonun  çox 
böyük təsiri vardır. Sitoplazmanın genetik sistemləri ali bitki-
lərin  mühüm  adaptiv  əlamətlərinin  irsiliyinə  nəzarət  edir  və 
genotipik dəyişkənlik imkanlarını təmin edir. 
Bir çox tədqiqat işlərinin nəticələrinə görə genotipik dəyiş-
kənliklərin 25%-i orqanoidlərin genləri, 75%-i isə nüvə genomu-
nun payına düşür. 1%-dən az olan sitoplazmatik genlərin ümumi 
genetik  dəyişkənliyinin  dörddə  birini  təmin  etməsi  göstərir  ki, 
orqanoidlərin  genləri  bitki  həyatında  enerji  proseslərinin  təmin 
olunmasında böyük rol oynayır [62, 80, 81]. 
Xromosom  və  sitoplazmatik  determinantlar  hüceyrədə 
bir-birini  tamamlayan  genetik  sistemlərdir,  onların  qarşılıqlı 
əlaqəsi  dəyişkən  xarici  mühit  şəraitində  ontogenetik  proqra-
mın  həyata  keçirilməsi  prosesində  daxili  nizamlılığın  və  me-
tabolik  proseslərin  xarakterini  müəyyən  edir.  Bitkilərdə  sito-
plazmatik  irsiyyət  nüvə-sitoplazma  qarşılıqlı  əlaqəsi  vasi-
təsilə, yəni genom və plazmon sistemlərinin sıx kooperasiyası 
və inteqrasiyası vasitəsilə həyata keçirilir [67, 87]. 
Qeyd etmək lazımdır ki, sitoplazma tipi ilə bitkilərin im-
munitet və qeyri-əlverişli xarici mühit amillərinə qarşı davam-
lılıq kimi bioloji funksiyaları bir-biri ilə əlaqədardır. Ona görə 
də,  stres  təsirindən  mitoxondri  və  xloroplastların  genetik  sis-
temlərində  baş  verən  dəyişkənliklərin  öyrənilməsi  böyük 
maraq doğurur. 
Cədvəl 4.2- də quraqlıq və duzluluq  streslərinin  Arpa 43 
sortunun  xloroplast  və mitoxondri  genetik  sistemlərində nuk-
lein  turşularının miqdarına təsirini əks  etdirən nəticələr  veril-
mişdir. Cədvəldən və şəkildən göründüyü kimi, öyrənilən hər 


 204 
iki stres amillərin təsirindən xloroplastlarda RNT və DNT-nin 
miqdarında  önəmli  artım  baş  vermişdir.  Quraqlıq  stresinin 
təsirindən  xloroplastlarda  RNT-nin  miqdarı  46%,  DNT-nin 
miqdarı  isə  19%  artmışdır.  Duzluluq  stresi  təsirindən  isə  bu 
rəqəmlər müvafiq olaraq 80% və 33%-ə bərabər olmuşdur.  
 
 Cədvəl 4.2 
 
Quraqlıq və duzluluq streslərinin iki cərgəli Arpa 43 sortunun 
hüceyrə orqanoidlərində nuklein turşularının miqdarına təsiri 
(mitoxondri və xloroplastların 100q  
quru kütləsində, mq-la )                                             
  
 
Variant-
lar 
Xloroplast 
Mitoxondri 
RNT 
DNT 
RNT/ 
DNT 
RNT 
DNT 
RNT/ 
DNT 
Nəzarət 
3222±68 
240,7±31 
13,38 
3212±48 
389,7±27 
8,24 
PEQ 
4698±110 
287,2±26 
16,36 
3754±96 
317±18 
11,80 
NaCl 
5796±76 
321,0±18 
18,06 
3238±114 
322,2±11 
10,05 
 
Lakin  stres  amillərin  təsirindən  mitoxondrilərdə  baş 
verən dəyişmələr bir qədər fərqli olmuşdur. Belə  ki, quraqlıq 
stresi  bu  sortun  mitoxondrilərində  RNT  miqdarını  17% 
artırdığı  halda,  DNT-nin  miqdarına  mənfi  təsir  göstərmiş  və 
onun 19% azalmasına səbəb olmuşdur. Duzluluq  stresinin tə-
siri  zamanı da bənzər nəticələr əldə edilmişdir. Bu stresin tə-
sirindən  RNT-nin  miqdarında  ciddi  dəyişmələr  baş  verməsə 
də,  DNT-nin  miqdarı  17%  azalmışdır.  Göründüyü  kimi,  bu 
sortun xloroplast genetik sistemi mitoxondri genetik sisteminə 
nisbətən stres amillərinin təsirinə daha çox davamlılıq göstər-
mişdir. Lakin bu nəticə hələ ümumi qanunauyğunluq kimi qə-
bul edilə bilməz.  


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə