Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə62/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   58   59   60   61   62   63   64   65   ...   101

 
209 
larının  artmasına  səbəb  ola  bilir.  Bu  hadisələr  özəl  genomun 
bərpası  kimi  də  təsnif  edilə  bilər.  Mitoxondri  və  xloroplastl-
arın  genetik  sistemlərinin  aktivliyinin  yüksəlməsi  hesabına 
hüceyrənin  enerji  təminatı  da  yüksəlir.  Hüceyrənin  genetik 
sistemlərində baş verən dəyişikliklər bütün sintetik proseslərin 
intensifikasiyasına səbəb olur. Təsvir edilən dəyişkənliklər de-
dikdə  buraya  transkripsiya,  translyasiya,  genlərin  ekspresi-
yası, fermentativ sistemin aktivliyi, digər fizioloji, biokimyəvi 
və  biofiziki  proseslər,  morfogenezin  dəyişilməsinə  yönəlmiş 
metabolitik reaksiyaların sürətinin yüksəlməsi nəzərdə tutulur. 
 
 
4.5. Stres amillərin diploid və tetraploid buğda 
nümunələrinin genomunda əmələ gətirdiyi dəyişmələr 
 
Bəzi müəlliflərin mülahizələrinə görə nuklein turşularının 
və  zülalların  hüceyrədə  miqdarı  sintetik  və  hidrolitik  proses-
lərin səviyyəsi ilə əlaqədardır. Ona görə ki, metabolik proses-
lərin  aktivliyi  DNT-nin  replikasiyası  və  transkripsiyasının 
aktivliyindən  asılıdır [70, 80].  Stres amillərin təsiri nəticəsin-
də  nuklein  turşularının  dinamikası  su  qıtlığının  dərəcəsindən 
asılı olaraq müxtəlif  xarakter daşıyır. Susuzluğa qarşı bitkilə-
rin  müxtəlif  reaksiyalarının  və  nuklein  turşularının  dəyişmə 
dinamikasının oxşar xarakter daşıması bu hadisəni daha dərin-
dən öyrənməyə təkan verir. Daha dəqiq informasiya isə DNT-
nin  genetik  cəhətdən  aktiv  və  inert  fraksiyalarının  təyini  nə-
ticəsində  əldə  edilə  bilər.  Aparılan  tədqiqat  işində  quraqlığın 
və  duzluluğun  təsirindən  davamlı  və  həssas  buğda  nümunə-
lərində  DNT  fraksiyaları  və  RNT-nin  miqdarında  baş  verən 
dəyişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir.  
 


 210 
4.5.1. Quraqlıq və duzluluq stresinin təsirindən  
buğda yarpaqlarının hüceyrə xromatininin quruluş 
vəziyyətində baş verən dəyişikliklər və onlara 
fitohormonların təsiri 
 
Toxumların  cücərmə  faizi  və  stres  amillərin  təsirindən 
yarpaqlarda  xlorofil  (a+b)-nin  miqdarında  əmələ  gələn  də-
yişmələr nəzərə alınaraq nümunələrin içərisindən quraqlığa və 
duzluluğa davamlı, orta davamlı və həssas sortlar seçilmiş, bu 
nümunələrdə  stres  amillərin  təsirindən  genomda  baş  verən  də-
yişmələr və bu dəyişmələrə fitohormonların təsiri öyrənilmişdir. 
Aşağıdakı cədvəl və şəkillərdə davamlı nümunə kimi gö-
türülmüş  T.monococcum-un  cücərtilərində  RNT-nin  miqda-
rında  və  DNT  fraksiyalarında  baş  verən  dəyişmələr  göstə-
rilmişdir (Cədvəl 4.3).   
 
 
Cədvəl 4.3 
 
Stres amillərin və fitohormonların təsirindən mədəni təkdənli 
(T.monococcum L.) buğdanın cücərtilərində RNT və DNT  
fraksiyalarında baş verən dəyişmələr (100 q yaş çəkidə mq-la) 
 
 
Təcrübə 
variantları 
RNT 
DNT fraksiyaları 
Ümumi 
DNT 
labil 
stabil 
qalıq 
Stresdən 48 saat sonra 
Nəzarət 
84.6 ±2.75 
26.6 ±0.58 
13.2 ±1.02 
2.48 ±0.26 
42.3 ±1.86 
PEQ 
118.9 ±5.69 
30.9 ±0.68 
13.7 ±0.96 
3.54 ±0.35 
48.2 ±1.99 
NaCl 
112.8 ±3.35 
29.0 ±1.06 
13.9 ±0.60 
2.66 ±0.59 
45.5 ±2.25 
Stresdən 72 saat sonra 
PEQ+ H
2

82.5 ±3.68 
27.2 ±0.87 
11.6 ±0.36 
3.42 ±0.58 
42.2 ±1.81 
PEQ+Hib+Kin 
117.5 ±2.31 
31.0 ±0.68 
13.2 ±0.25 
3.0 ±0.47 
47.2 ±1.40 
NaCl+H
2

85.0 ±1.98 
30.5 ±0.56 
10.2 ±1.03 
1.41 ±0.27 
42.1 ±1.86 
NaCl+Hib+Kin 
110 ±2.54 
31.0 ±0.92 
12.5 ±0.56 
2.0 ±0.21 
45.5 ±1.69 


 
211 
Cədvəl 4.3-dən göründüyü kimi quraqlıq stresinə davamlı 
olan  T.monococcum  növünün  genomunda  RNT  və  DNT-nin 
bütün  fraksiyalarında  artım  meydana  gəlmişdir.  Belə  ki, 
quraqlığın  təsirindən RNT-nin miqdarı 39.0%, labil DNT-nin 
miqdarı 16.0%, stabil DNT-nin miqdarı 9.0%, qalıq DNT-nin 
miqdarı 7.0%  və total DNT-nin miqdarı  isə 14.0%  artmışdır. 
Burada  diqqət  çəkən  əsas  məqamlardan  biri,  quraqlıq  stresi 
təsirindən  genomun  struktur  vəziyyətində  baş  verən  dəyiş-
mələrdir. Belə ki, DNT-nin digər fraksiyalarına nisbətən labil 
xromatin  fraksiyası  DNT-sində  baş  verən  kəskin  artım, 
transkripsiya  intensivliyinin  yüksəlməsinə  və  nəticədə  daha 
çox RNT sintezinə səbəb olmuşdur. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nəti-
cəsində RNT-nin miqdarı 41.0%, labil və stabil DNT-nin miq-
darı  13.0%,  total  DNT-nin  miqdarı  isə  11.0%  artmış,  qalıq 
DNT-nin miqdarı 13.0% azalmışdır. 
Duzluluğun  təsirindən  T.monococcum  L.  növünün  geno-
munda  baş  vermiş  dəyişmələr  və  bunlara  fitohormonların  tə-
siri isə şəkil 4.11-da aydın təsvir edilmişdir. 
Duzluluğun  təsirindən  də  T.monococcum-un  genomunda 
RNT və  labil DNT-nin miqdarında artım meydana  gəlmişdir. 
RNT-nin  miqdarı  33.0%,  labil  DNT-nin  miqdarı  isə  9.0  % 
artmış,  stabil  və  qalıq  DNT-nin  miqdarında  əhəmiyyətli  də-
yişmə baş verməmişdir. 
Stresdən  72  saat  sonra  Hib+Kin  hormonunun  təsiri  nəti-
cəsində  RNT  –nin  miqdarı  29.0%,  labil  DNT-nin  miqdarı 
1.6%, stabil DNT-nin miqdarı 22.0 %, qalıq DNT-nin miqdarı 
8.0 %, total DNT-nin miqdarı isə 8.0 % artmışdır (Şəkil 4.11). 
 
 


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə