Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə65/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   61   62   63   64   65   66   67   68   ...   101

 218 
Cədvəl 4.6 
 
Quraqlıq sresi təsirindən RNT miqdarında və DNT 
fraksiyalarında baş verən dəyişmələr  
(100 q yaş çəkidə mq-la) 
 
Quraqlığa 
davamlılıq 
dərəcəsi
 
Təcrübə 
variantları
 
RNT
 
DNT fraksiyaları
 
labil
 
stabil
 
qalıq
 
Davamlı 
hibrid
 
Nəzarət
 
267.72±16.79
 
32.19±2.27
 
13.12±0.31
 
1.42±0.31
 
PEQ
 
396.52±16.64
 
39.54±1.6
 
19.89±2
 
1.06±0
 
Nəzarətə 
görə %-lə
 
48.1
 
22.9
 
51.2
 
-25
 
Orta 
davamlı 
hibrid
 
Nəzarət
 
257.6±21.08
 
28.82±0.77
 
18.89±2.27
 
0.709±0.08
 
PEQ
 
348.6±27.75
 
34.87±2.11
 
20.75±1.2
 
1.419±0.15
 
Nəzarətə 
görə %-lə
 
35.3
 
20.7
 
9.6
 
100
 
Həssas 
hibrid
 
Nəzarət
 
169.28±16.86
 
14.54±3.62
 
11.17±1.84
 
0.665±0.13
 
PEQ
 
140.21±7.47
 
9.31±0.92
 
7.98±0.53
 
0.8±0.2
 
Nəzarətə 
görə %-lə
 
-17.2
 
-35.9
 
-28.6
 
26.7
 
 
Alınan  nəticələri  yekunlaşdıraraq  qeyd  etməliyik  ki,  stres 
amillərə  qarşı  bitkilərin  reaksiyası  müxtəlif  olmuşdur.  Biz  bunu 
ilk növbədə həmin bitkilərin genotipik xüsusiyyətləri ilə əlaqaqə-
ləndiririk. Yəni yüksək və orta davamlı sortlarda stresin təsirindən 
genom  aktivləşir  və  bu,  onlarda  labil  DNT-nin  və  RNT-nin 
artması ilə təsdiq olunur. Həssas sortlarda isə RNT və labil DNT-
nin miqdarının azalması müşahidə edilmişdir. 
Ədəbiyyatda olan çoxsaylı işlərdə DNT-nin miqdarının dəyi-
şilməsi haqqında müxtəlif fikirlər söylənilmişdir. Bəzi tədqiqatçı-
lar  su  qıtlığının  təsiri  nəticəsində  nuklein  turşularının  azalmasını 
göstərmişlər  və  müəyyən  etmişlər  ki,  bu  əsasən,  RNT-nin  hesa-
bına baş verir [64, 71,75]. Bu cür qanunauyğunluq kəskin quraqlıq 
zamanı müşahidə olunur. Digər tədqiqatçılar zəif su qıtlığı zamanı 
da nuklein turşularının artmasını müəyyən etmişlər [81]. Bəzi mü-


 
219 
əlliflər  isə  nuklein  turşularının  dəyişilməsini  quraqlığın  dərəcə-
sindən,  xarekterindən,  təsir  müddətindən  asılı  olduğunu  göstər-
mişlər [77]. 
Kojuçko N.N., Udovenko Q.V. (1975) müxtəlif tip quraqlıq 
şəraitində  nuklein  turşularının  miqdarını  müqayisəli  öyrənərək 
qeyd etmişlər ki, onların dəyişilməsi həm quraqlığın dərəcəsindən, 
həm  də bitkilərin  inkişaf fazasından asııdır [89]. Kojuçko  quraq-
lığın  təsiri  nəticəsində  nuklein  turşularının  dəyişilməsi  haqqında 
ədəbiyyat məlumatlarında olan ziddiyyətiməhz bununla, yəni təd-
qiqatın  bitkilərin  müxtəlif  inkişaf  mərhələlərində  aparılması  və 
quraqlıq formalarının müxtəlif olması ilə izah edir. Quraqlığa qar-
şı  davamlılıq  sortun  irsi  xüsusiyyətləri  ilə  təyin  edilir  və  adapta-
siya prosesində qeyri-əlverişli  şəraitə uyğunlaşma  son nəticə ola-
raq  yeni  səviyyədə  metabolizm  proseslərinin  sabitləşməsi  hesa-
bına baş verir. 
Aparılan  təcrübədə  yalnız  RNT  və  DNT-nin  miqdarının 
təyinindən başqa DNT-nin müxtəlif fraksiyaları da təyin edil-
mişdir. Stresə qarşı bitkilərin bu cür dəyişilməsi daha dəqiq və 
qiymətli  informasiya  verir.  Göstərildiyi  kimi,  bəzi  nümunə-
lərdə DNT-nin miqdarının  sabit qalmaması,  genetik cəhətdən 
fəal-labil  DNT-nin  və  genetik  cəhətdən  inert-stabil  DNT-nin 
dəyişilməsi ilə əlaqədar olmuşdur. Az davamlı sortlarda stabil 
DNT-nin  artması  və  RNT-nin  miqdarının  azalması  bilavasitə 
genomun funksional aktivliyinin zəifləməsini göstərir.    
 


 220 
V  F Ə S İ L     
 
BİTKİLƏRDƏ GENETİK MÜXTƏLİFLİYİN 
MOLEKULYAR MARKERLƏR ƏSASINDA 
QİYMƏTLƏNDİRİLMƏSİ 
   
Hər bir seleksiya proqramının, o cümlədən stres amillərə da-
vamlılıq  istiqamətində  aparılan  seleksiya  işlərinin  müvəffəqiyyət 
qazanması, cari populyasiyanın  genetik müxtəlifliyi,  strukturu  və 
potensialı  haqqında  əldə  ediləcək  informasiyanın  həcmindən 
asılıdır. Belə ki, müxtəlifliyin olmadığı yerdə seçim də yoxdur və 
nümunələrin  genetik  yaxşılaşdırılması  qeyri-mümkündür  [94, 
108,  213,  366].  Bitkilərin  genetik  müxtəlifliyi  fərqli  metodlarla 
öyrənilə  bilər.  Uzun  zaman  bitkilərin  rüşeym  plazmasının  tə-
yinində  morfoloji  əlamətlərdən  istifadə  edilmişdir.  Lakin,  mühit 
təsiri  altında olan morfoloji  əlamətlər  vasitəsilə  genetik  müxtəlif-
liyin təyini təbii ki, dəqiq ola bilməzdi. Son illər genetik müxtəlif-
liyin  tədqiqində  ehtiyat  zülallardan  istifadə  olunmağa  başla-
nılmışdır. Lakin PZR-nın  (polimeraza zəncir reaksiyası)  kəşfi  və 
amplifikasiya  cihazının  yaradılması  ilə  bilavasitə  DNT  səviyyə-
sində  müxtəlif  metodlar  (AFLP,  RAPD,  SSR,  SCAR  və  s.) 
əsasında  genetik  müxtəlifliyin  tədqiqi mümkün oldu [291]. Mor-
foloji  markerlərlə  genomun  yalnız  bir  hissəsi  –  ekspressiya 
olunmuş hissəsi öyrənildiyi halda, molekulyar analizlərlə həm də 
genomun  “susmuş”, fenotipik  baxımından müşahidə olunmayan, 
neytral mutasiyaların baş verdiyi qeyri-funksional hissələri tədqiq 
edilir.  PZR  əsaslı  molekulyar  markerlərin  sırasında  RAPD  (ran-
dom  amplified  polimorphic  DNA-təsadüfi  amplifikasiya  edilmiş 
polimorf  DNT)  markerləri  qısa  zaman  fasiləsində  bütöv  genom 
səviyyəsində böyük miqdarda nümunələrin identifikasiyasını real-
laşdırmağa  imkan  verir  [251].  Təsadüfi  xarakterli  RAPD  mar-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə