246
Cədvəl 5.7-nin davamı
Spektrlər
Tezlikləri,
%-lə
Total
β
8
23.53
8
β
9
82.32
28
β
10
8.82
3
β
11
64.7
22
β
12
2.94
1
α
1
2.94
1
α
2
23.53
8
α
3
2.94
1
α
4
38.23
13
α
5
8.82
3
α
6
41.18
14
α
7
47.06
16
α
8
8.82
3
Lakin Eşqi və Axundova (2009) γ-zonasında 4 spektr və 9
müxtəlif zolaq müşahidə edərək, digər zonalarla müqayisədə
bu zonada az sayda spektr və zolaqların olduğunu aşkar
etmişlər [182].
20, 21 və 15 nömrəli genotiplər, uyğun olaraq, 4, 5 və 6
spektrlə ən az, 12 nömrəli genotip 15 spektrlə, 29 və 32 nöm-
rəli genotiplərin hər biri isə 14 spektrlə spektrlərin ən yüksək
sayına malik genotiplər kimi qiymətləndirilmişlər. Tədqiq
olunan genotiplərdə spektrlərin orta sayı 9.82-yə bərabər
olmuşdur. Pan və həmkarları genotiplərin 14%-də maksimum
sayda - 11 spektr müşahidə etmişlər, lakin apardığımız təd-
qiqatda genotiplərin təxminən 50%-də 11 spektr təyin olun-
muşdur [307]. Bu nəticə eksperimentimizdə istifadə etdiyimiz
ekstraksiya və elektroforez metodlarının effektivliyindən xə-
247
bər verir. Bu metodlardan istifadə etmiş Eşqi və Axundovanın
tədqiqatlarının nəticələri də bunu təsdiqləyir [182].
Qeyd etmək lazımdır ki, α-, β- və ω-zonalarında cəmi 30
fərqli pattern müşahidə olunmuş və onların 28-nin hər biri
yalnız bir genotipdə qeydə alınmışdır. Bu və yuxarıda gös-
tərilən nəticələr nümunələrin identifikasiyasında PAAGE me-
todundan istifadənin məqsədəuyğun olduğunu sübut edir.
Digər iki zolaqlardan biri üç genotipdə, o birisi isə iki geno-
tipdə izlənilmişdir ki, nəticədə bu genotipləri monomer pro-
laminlərin müxtəlifliyinin analizi əsasında identifikasiya et-
mək mümkün olmamışdır.
Monomer prolaminlərin müxtəlifliyi ilə horedin prola-
minlərinin müxtəlifliyi müqayisə olunmuş, monomer prola-
minlərin analizi nəticəsində genotiplərin 80%-dan çoxu, hor-
dein prolaminlərinin müxtəlifliyinin analizi əsasında isə geno-
tiplərin yalnız 28.5%-i identfikasiya olunmuşdur [182]. Mo-
nomer prolaminlərin müxtəlifliyinin analizi əsasında 28 geno-
tip, yəni genotiplərin 84.84%-i identifikasiya olunmuşdur ki,
bu da Eşqi və Axundovanın nəticələrini təsdiqləyir və arpa
genotiplərin tanınmasında monomer prolaminlərdən istifadə-
nin daha effektiv olduğundan xəbər verir.
Şəkil 5.6-da UPGMA metodu ilə genotiplər arasında tə-
yin olunmuş Jaccard oxşarlıq indeksi əsasında genotiplərin
qruplaşdırılmasının nəticələrini əks etdirən dendroqram təsvir
olunmuşdur. Genotiplər oxşarlıq indeksinin 0.36-ya bərabər
qiyməti əsasında 8 əsas qrupa bölünmüşlər. Birinci qrupda 13
genotip, yəni bütün nümunələrin 39.39%-i qruplaşdırılmışdır.
Bu klaster iki – “a” və “b” yarımqruplarından ibarətdir. a ya-
rımqrupunda Zaqatala (2 genotip), Lerik (7 genotip), Yevlax
(1 genotip) və Qusar (1 genotip) zonalarına aid 11 genotip
yerləşmişdir. Müşahidə olunduğu kimi, Lerik zonasına aid
248
bütün nümunələr bu qrupda cəmlənmişlər. Bu qruplaşma Za-
qatala zonasına məxsus iki genotipə də şamil edilir. Bu qrup-
laşmada diqqəti cəlb edən məqam “a” yarımqrupunun Arpa78
genotipi istisna olmaqla, yalnız Nutans növmüxtəlifliyinə ma-
lik ikicərgəli arpa genotiplərindən ibarət olmasıdır. Həmçinin
bu yarımqrupda toplanmış nümunələrin 63.6%-nin ω-zonasına
aid Pω
16
zolağına malik olmalarıdır. “a” yarımqrupunda Yev-
lax zonasına aid Nutans 80-34/14, Lerik zonasına aid Nutans
57/9 və Qusar zonasına aid Arpa78 nümunələri digər nümu-
nələrlə müqayisədə uzaq genetik məsafədə yerləşmişlər. Şə-
kil 5.5-də müşahidə olunduğu kimi, a
1
yarımqrupunda yerlə-
şən 5 genotipdən Cəlilabad 19, Nutans 86-35/18 və Nutans
118-21 genotiplər eyni patternlərə malik olmaqla, monomer
prolaminlərinə görə fərqlənməmişlər. Bu qrupda cəmlənmiş
Nutans 67/91 və Nutans 28/92 genotiplərinin oxşarlıq indek-
si 0.755-ə bərabər olmuşdur. a
2
yarımqrupunda yerləşmiş
Nutans 303 ilə Nutans 57/9 genotiplərinin genetik oxşarlıq
indeksi 0.827-yə, Nutans 303 ilə Nutans 124/32 nümunə-
lərinin oxşarlıq indeksləri isə 0.646-ya bərabər olmuşdur.
İkinci qrupu təşkil edən 10 genotip, yəni genotiplərin
30.3%-i Ağdam, Quba, Qusar, Şamaxı və Qazax zonalarına
məxsus nümunələrdir. Bu qrupda yerləşmiş nümunələrin
əksəriyyəti (60%-i) Palindum növmüxtəlifliyinə aiddirlər.
Lakin Qusar zonasına aid Arpa 84, Qazax zonasına aid
№79/1-2 və 55 №-li yerli Niqrum növmüxtəlifliyinə, həmin
zonaya aid Arpa 81 nümunəsi isə Paralleum növmüxtəlif-
liyinə aiddirlər. Bu qrupda yerləşmiş genotiplər altıcərgəli
nümunələr kimi səciyyələnmişlər. Həmçinin bu nümunələrin
əksəriyyəti Pω
1
, Pβ
1
və Pα
1
zolaqlarına malik olmuşlar. Cari
qrupda Qusar zonasına aid palindum 69/91 və №78 Cəbra-
yılı, Qazax zonasına aid Arpa 81 nümunələri digər nümu-
Dostları ilə paylaş: |