Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə81/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   77   78   79   80   81   82   83   84   ...   101

 276 
ğından, tədqiqatımızın hazırkı hissəsi bu sahədə aldığımız nə-
ticələrin təhlilinə həsr olunmuşdur. 
 
 
5.4.1. Müxtəlif əlamətlərin idarə olunmasında genin  
         təsir növünün qiymətləndirilməsi və genlərin  
fəaliyyətinə quraqlıq stresinin təsiri 
 
Tədqiq  olunan  əlamətlərin  variasiya  analizi  göstərmişdir 
ki, suvarılan və quraqlıq şəraitində dən məhsulu ( hər iki ildə), 
qıça sırasında dənin sayı, qıça dəninin sıra sayı, bitkinin boyu, 
gövdənin  qıçaya  qədər  boyu,  tozlanmaya  qədər  lazım  olan 
günlərin  sayı,  qıçanın  saçaqlarının  aşkar  olunmasına  lazım 
olan günlərin  sayı, məhsulun  yetişməsinə  lazım olan günlərin 
sayı, dənin dolma dövrünün müddəti, dənin dolma sürəti, xlo-
rofil “a”-nın miqdarı, xlorofil “b”-nin miqdarı, xlorofil (a+b)-
nin  miqdarı  kimi  əlamətlərin  idarə  olunmasında  hibrid  gücü 
təsirin  rolu  əhəmiyyətlidir.  1000  dənin  kütləsi  üçün  isə  bu 
təsir, yalnız suvarılan şəraitdə önəmli olmuşdır (Cədvəl 5.16). 
Bu  səbəbdən  line×tester  analizi  və  hibrid  gücü  təsiri  yalnız 
yuxarıda qeyd olunan əlamətlər üçün keçərlidir. 
Line×tester  analizi  əsasında  dən  məhsuluna  hibrid  gücü 
təsiri  hər  iki  ildə  və  şəraitdə  xətlərin  və  tester  təsirin  1% 
ehtimalla ehtibarlı olduğu aşkar edilmişdir. Xətlərin  və  tester 
təsirinin  önəmli  olması,  dən  məhsulunun  idarə  edilməsində 
genin  additiv  rolu  olduğunu  göstərir.  Həmçinin,  xətt×tester 
qarşılıqlı təsirinin əhəmiyyətli olduğu göstərir ki, xətlər tester-
lərin içərisində müxtəlif reaksiyalara malikdirlər. Xətlərlə tes-
terlərin tərkibinin müxtəlif reaksiyası, əlamətlərin transfer gü-
cü nəticəsində baş  verir. Bu da onu göstərir  ki, dən məhsulu-
nun  idarə  olunmasında  genin  dominant  və  ya  qeyri-additiv 


 
277 
effektinin  rolu  ola  bilər.  Bu  üzdən  dən  məhsuluna  nəzarətdə 
hər  iki  təsirin,  yəni  additiv  və  dominant  təsirin  rolu  möv-
cuddur (Cədvəl 5.16).  
Əlamətlərin  idarə  olunmasında  hansı  təsirin  (additiv  və 
ya dominant) daha mühüm rol oynadığını müəyyənləşdirmək 
üçün  XKQ  (xüsusi  kombinasiya  qabiliyyəti)  variasiyasının 
ÜKQ  (ümumi  kombinasiya  qabiliyyəti)  variasiyası  ilə  nisbə-
tindən istifadə edilmişdir.  
 σ
2
ÜKQ / σ
2
XKQ nisbətinin hər iki ildə bir dən az olması 
göstərir ki, dən məhsulu cəhətdən XKQ variasiyası ÜKQ vari-
asiyasından yüksəkdir, yəni populyasiyada genin dominant tə-
sirinin daha çox olduğu aydın olur (Cədvəl 5.16). R. Choukan 
(1999), A. Esmaili və əməkdaşları (2005) tərəfindən qarğıdalı 
bitkisində  iki  əkin  sıxlığı  şəraitində,  yəni  adi  və  yüksək  sıx-
lıqda  oxşar  nəticələr  əldə  edilmişdir  [155,184].  Digər  tədqi-
qatçılar tərəfindən də, tam suvarılan şəraitdə dən məhsulunun 
idarə  olunmasında  həm  additiv  və  həm  də  qeyri-additiv  təsi-
rinin rolu olduğu qeyd edilmişdir [223]. 
Xətlərin  kvadratlarının orta qiyməti, qıça sırasında dənin 
sayı,  qıça  dəninin  sıra  sayı,  bitkinin  boyu,  gövdənin  qıçaya 
qədər  boyu,  tozlanmaya  qədər  lazım  olan  günlərin  sayı, 
qıçanın saçaqlarının aşkar olmasına  lazım olan  günlərin  sayı, 
məhsulun  yetişməsinə  lazım  olan  günlərin  sayı,  dənin  dolma 
dövrünün  müddəti,  dənin  dolma  sürəti,  xlorofil  “a”-nın  miq-
darı,  xlorofil  “b”-nin  miqdarı,  xlorofil  (a+b)-nin  miqdarı  hər 
iki  şəraitdə  ehtibarlıdır. 1000 dənin  kütləsi  və  xətlərin  kvadratla-
rının orta qiyməti yalnız suvarılan şəraitdə önəmli olmuşdur. 
Testerlərin kvadratlarının orta qiyməti, qıça sırasında də-
nin  sayı,  qıça  dəninin  sıra  sayı,  bitkinin  boyu,  gövdənin  qı-
çaya qədər boyu,  tozlanmaya qədər  lazım olan  günlərin  sayı, 
qıçanın saçaqlarının aşkar olmasına  lazım olan  günlərin  sayı, 


 278 
məhsulun  yetişməsinə  lazım  olan  günlərin  sayı  və  xlorofil 
“b”-nin  miqdarı  hər  iki  şəraitdə,  1000  dənin  kütləsi,  dənin 
dolma  dövrünün  müddəti  və  dənin  dolmasının  sürəti  əlamət-
ləri yalnız suvarılan şəraitdə, xlorofil “a”-nın miqdarı, xlorofil 
(a+b)-nin  miqdarı  yalnız  quraqlıq  stresi  şəraitində,  testerlərin 
kvadratlarının  orta  qiyməti  önəmli  olmuşdur.  Yuxarıda  qeyd 
olan əlamətlər baxımından testerlər  və  xətlər  arasındakı fərq-
lərin önəmli olması  göstərir ki,  genin additiv rolu onların nə-
zarətində ola bilər. 
Line×testerlərin  kvadratlarının  orta  qiymətinin,  qıça  sı-
rasında  dənin  sayı,  qıça  dəninin  sıra  sayı,  gövdənin  qıçaya 
qədər boyu, tozlanmaya qədər  lazım olan  günlərin sayı, qıça-
nın saçaqlarının aşkar olmasına lazım olan günlərin sayı, xlo-
rofil “a”-nın miqdarı, xlorofil “b”-nin miqdarı, xlorofil (a+b)-
nin  miqdarı,  qıça  dəninin  sayı  kimi  əlamətlər  üçün  hər  iki 
şəraitdə (tam suvarılan və quraqlıq stresi), 1000 dənin kütləsi 
yalnız  suvarılan  şəraitdə,  bitkinin  boyu,  qıçanın  saçaqlarının 
aşkar olmasına  lazım olan  günlərin  sayı, dənin dolma dövrü-
nün müddəti  kimi  əlamətlər üçün  yalnız quraqlıq  stresi şərai-
tində önəmli olmuşdur. 
Line×testerin  kvadratlarının  orta  qiymətinin  önəmli  ol-
masının  səbəbi  xətlərin  testerlərlə  birləşməsində  müxtəlif  re-
aksiyaların  baş  verməsidir.  Line×testerlərin  kvadratlarının 
orta  qiymətinin  önəmli  olması,  yuxarıdakı  əlamətlərin  domi-
nant və qeyri-additiv təsirin nəzarətində olduğunu göstərir. Bu 
onu göstərir ki,  irriqasiya  şəraiti nəzərə alınmadan hər  iki  şə-
raitdə, dominant və additiv təsir, tədqiq olunan bir çox əlamət-
lərə nəzarətdə əhəmiyyət daşıyır. Tam suvarılan şəraitdə bitki-
nin boyuna, tozlanmaya qədər  lazım olan  günlərin sayına, qı-
çanın saçaqlarının aşkar olmasına  lazım olan  günlərin  sayına, 
məhsulun yetişməsinə lazım olan günlərin sayına ancaq addi-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə