Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 65,28 Kb.
Pdf görüntüsü
səhifə80/101
tarix21.10.2017
ölçüsü65,28 Kb.
#6333
1   ...   76   77   78   79   80   81   82   83   ...   101

 272 
 
Şəkil 5.9. Qarğıdalı hibridlərinin molekulyar markerlər 
əsasında qruplaşması 
 
 
5.3.4. Molekulyar və morfoloji qiymətlər əsasında 
qurulmuş dendroqramların müqayisəli analizi 
 
Sual  oluna  bilər  ki,  morfoloji  və  ya  molekulyar  metod-
lardan hasil olan nəticələr irsi baxımdan ən yaxşı informasiya 
mənbəyi  sayıla  bilərmi?  Bu  məsələdə  fikir  ayrılığı  mövcud-
dur. Bəziləri bu fikirdədirlər ki, molekulyar markerlərin əksə-
riyyəti, çoxlu fərdlərin müxtəlifliyini, genomun qeyri-spesifik 
hissələri  baxımından  müəyyənləşdirir.  Deməli,  bu  baxımdan 
ola bilsin ki, molekulyar və morfoloji müxtəliflik arasında bir-


 
273 
başa əlaqə  yaratmağa  imkan olmasın. Digər bir qrup  isə belə 
düşünür  ki, təkcə morfoloji  informasiya əsasında müxtəlifliyi 
müəyyənləşdirmək aldadıcı ola bilər. O zaman dəqiq informa-
siyanın  olmaması  genotiplər  və  ya  populyasiyalar  arasında 
əlaqənin  öyrənilmə  imkanını  azaldar.  Nəzərə  almalıyıq  ki, 
morfoloji  və  molekulyar  metodların  hər  birinin  özünəməxsus 
üstünlükləri  və  nöqsanları  vardır.  Məsələn,  bir  çox  (hamısı 
deyil)  molekulyar  markerlər  genetik  əsaslıdır  və  Mendel  qa-
nunlarına tabedirlər. Molekulyar markerlərdən əldə edilən nə-
ticələr genomun ölçüsündən və istifadə olunan markerlərin sa-
yından asılıdırsa, morfoloji əlamətlər asanlıqla ölçülmək qabi-
liyyətinə malikdirlər və molekulyar markerlərdən fərqli olaraq 
genomun  kodlaşdırıcı  hissələrinin  dəyişikliyi  mühitin  təsiri 
kənarında  qalır.  Bununla  əlaqədar  DNT  markerlər  vasitəsilə 
müəyyənləşdirilən  müxtəliflik,  ümumiyyətlə  sönmüş  müxtə-
liflikdir və morfoloji markerlər genetik dəyişikliklərdən əlavə 
irsi qabiliyyəti olmayan mühit dəyişikliklərinə aiddir. Nəticə-
də,  hər  iki  markerlərdən  eyni  vaxtda  istifadə  etməklə  bioloji 
müxtəliflik haqqında daha səlis məlumatlar əldə etmək müm-
kündir.  Son  zamanlar  DNT  markerlərdən  istifadə  edilməklə, 
morfoloji  üsulların  genetik  müxtəliflik  səviyyəsinin  fərdlər, 
növlər, fəsilələrarası əlaqələrinin  müəyyənləşdirilməsində bö-
yük  uğurlar  əldə  edilmişdir.  Fenotip  və  molekulyar  marker-
lərlə  klaster  analizinin  nəticilərinin  uyğunlaşma  dərəcəsinin 
tədqiqi üçün Mantel əmsalından istifadə olunur. Mantel əmsa-
lını hesablamaq ücün  ya hər  iki  matris məsafə matrisi olmalı 
və ya hər iki matris oxşarlıq matrisi olmalıdır. Buna görə mo-
lekulyar nəticələrinin oxşarlıq matrisi Dij=1-GSij (Dij-iki  ge-
notipin  məsafə  miqdarı,  Gsij-iki  genotipin  oxşarlıq  dərəcəsi) 
formulu əsasında məsafə matrisinə çevrilir. Molekulyar və fe-
notip markerlərinin fasilə matrisilərinin Mantel korrelyasiyası 


 274 
əmsalı hər iki şəraitdə (tam suvarılan və quraqlıq) 0.019-a bə-
rabər olmuşdur (Cədvəl 5.15). Bu  isə  göstərir  ki, molekulyar 
markerlərin  matrisinin  oxşarlıq  dərəcəsi  fenotip  markerləri 
matrisindən çox aşağıdır. 
Tam suvarılan şəraitdə molekulyar markerlərinin dendro-
qramı  ilə fenotip markerlərinin dendroqramının oxşarlığı, qu-
raqlıq stresi şəraitindəki molekulyar markerlərinin dendroqra-
mındakı  oxşarlıqdan  daha  çox  olmuşdur.  Belə  ki,  tam  suva-
rılan  şəraitdə  molekulyar  və  fenotip  markerlərinin  dendro-
qramlarında 33, 32, 31, 30, 23, 20, 18, 17, 16, 15, 14, 13, 12, 
11, 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, 35 və 34 nömrəli hibridlər oxşar 
klasterlərdə, yaxud yaxın yarımqruplarda yerləşmişlər. 
 
 
Cədvəl 5.15 
 
Morfoloji əlamətlərlə SSR markerləri arasındakı  
uyğunluq dərəcəsinin öyrənilməsi, Mantel əmsalının  
nəticələri 
 
 
 
Suvarılan
 
 
Quraqlıq
 
Morfoloji  
0.432 

Molekulyar 
0.019 
0.019 
 
Molekulyar  və  fenotip  markerlərinin  dendroqramlarının 
oxşarlıqları ilə əlaqədar demək olar ki, suvarılan şəraitdə əlve-
rişli  vəziyyətin  olması,  əlamətlərdə  tam  dəyişikliklərin  baş 
verməsinə  imkan  yaradır. Elə bu səbəbdən də, onların oxşar-
lığı  daha  çoxdur.  Halbuki,  quraqlıq  stresi  şəraitində  bitkilər 
stres  təsiri  altına  düşdüyündən  əlamətlərin  tam  dəyişilməsinə 
imkan yaranmayacaqdır.  
 


 
275 
5.4. Qarğıdalı xətlərinin kombinasiya qabiliyyətlərinin  
        və genlərin təsirinin suvarılan və quraqlıq şəraitində 
qiymətləndirilməsi 
 
Qarğıdalının  seleksiya  proqramlarında  yüksək  dən  məh-
sulunun  əldə  edilməsi  üçün  heterozis  hibridlərdən  istifadə  ən 
vacib  məsələlərdən  biridir.  Seleksiyaçı  alimlər  ayrı-  ayrı  xət-
ləri  hibridləşdirməklə  yüksək  məhsuldarlığa  malik  hibridlər 
əldə edə bilirlər.    
Ümumi və xüsusi kombinasiya qabiliyyətləri, xətlərin po-
tensial  dəyərini  ifadə  edən  ən  əhəmiyyətli  göstəricilərdəndir. 
Xüsusi  kombinasiya  qabiliyyəti  genlərin  dominant  təsirini, 
ümumi kombinasiya qabiliyyəti isə genin additiv təsirini gös-
tərir [185, 391]. Effektiv seleksiya proqramının seçimi,  genin 
təsir növündən asılıdır. Əgər genin təsiri dominantdırsa hibrid 
istehsalı faydalı olacaqdır, əgər genin təsiri additivdirsə, o za-
man,  xarakterlərin  yaxşılaşdırılmasında  standart  seleksiya 
proqramları  daha  faydalı  olacaqdır  [155,157].  F.J.  Betran  və 
əməkdaşları  göstərmişlər  ki,  dən  məhsuldarlığı  baxımından 
genin  təsiri  quraqlıq  və  azot  qıtlığı  şəraitlərində  bir-birindən 
fərqlənir.  Bu  tədqiqatlarda  quraqlıq  şəraitində  genin  additiv 
təsiri  çox  mühümdür.  Ancaq  azot  qıtlığı  şəraitində  genin  do-
minant effekti daha mühümdür [131]. Ümumi və xüsusi kom-
binasiya qabiliyyətini və genin təsir növünü müxtəlif üsullarla 
müəyyən edmək olar. Bu üsullardan biri də  line × tester ana-
lizidir [157, 271]. 
Line×tester üsulunda, 18 ana xətti iki ata xəttilə hibridləş-
dirilmiş və hibridləşdirmə nəticəsində əldə edilmiş 36 F1 hib-
ridi  üzərində  line×tester  analizi  yerinə  yetirilmişdir.  Tədqiq 
olunan  çox  saylı  əlamətlər  içərisində  yüksək  dən  məhsulu, 
seleksiya  proqramında  ən  mühüm  məqsədlərdən  biri  sayıldı-


Yüklə 65,28 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə