256
üsulilə isə 2-ə bərabər olduğu müəyyən edilmişdir. Bundan
əlavə klaster analizində genotip qruplarının sayını müəyyən-
ləşdirmək üçün diskriminant funksiyasının analizindən istifa-
də edilmişdir. İki, üç, dörd və beş klaster vəziyyəti üçün ana-
liz yerinə yetirilmiş, ən çox fərqlənmə iki klasterlə əldə edil-
mişdir. İki klaster analizi əsasında tam suvarılan şəraitdə
qrupların tərkibi aşağıdakı kimi olmuşdur (Cədvəl 5.8).
Birinci klaster- bu klaster 17 hibriddən ibarət olub,
K3615/1 xətti bu hibridlərin ata xəttidir. Bu araşdırmada 38
hibriddən 36-sı, l8 ana xətti ilə, 2 ata xəttinin hibridləşdirilmə-
sindən yaranmışdır. Deməli, 18 hibridin ata xətti K3653/2 və
digər l8 hibridin ata xətti K36l5/1- dir. Ata valideynləri baxı-
mından bəzi hibridlər arasındakı oxşarlıqdan əlavə, ana vali-
deynləri baxımından da hibridlər cüt-cüt şəkildə bir-biri ilə ox
-
şardır. Bu da, hibridlər arasında münasib oxşarlıq yaratmışdır.
Cədvəl 5.8
Tam suvarılan şəraitdə qrupların sayını müəyyənləşdirmək
üçün diskriminant funksiyası analizinin nəticələri
Qrupun
sayı
Eigenvalues
(Məxsusi
qiymət)
Kanonik
korrelyasiya
Vilks
lambada
Ehtimal
səviyə
2
52.097
0.991
0.019
0.000
3
57.136
0.991
0.001
0.000
4
61.892
0.992
0.000
0.000
5
84.069
0.994
0.000
0.000
Molekulyar və morfoloji üsul vasitəsilə qruplaşdırmanın də-
qiqliyini araşdırmaq üçün bu oxşarlıqdan istifadə etməyi yaxşı
təcrübə saymaq olar. Bu klasteri üç yarımqrupa bölmək olar
257
ki, bunlardan birinci yarımqrupda 22, 36, 28, 27, 29 və 26,
ikinci yarımqrupda 24, 32, 21, 31, 23, 34, 30, 35, 33 və 19-cu
hibridlər və üçüncü yarımqrupda yalnız 20 nömrəli hibrid yer-
ləşmişdir. İki klaster analizi əsasında tam suvarılan şəraitdə
qrupların tərkibi aşağıdakı kimi olmuşdur (Şəkil 5.7).
İkinci klaster- bu kilaster 21 hibriddən ibarət olub onla-
rın ata xətləri K3653/2-dir. Bütün potensiallı hibridlər, bu
klasterdə yerləşmişdir. Bu klasterdə, 25 nömrəli hibrid ata kö-
kü baxımından başqa hibridlərdən fərqlidir, bu da nəsil infor-
masiyasına uyğun deyildir. 38 (SC704) və 37 (SC700) nöm-
rəli hibridlərin valideynləri genetik qohumluq baxımından bir-
birinə yaxındır, lakin bu klasterlər də bir-birindən uzaq məsa-
fədə yerləşmişlər. Bu iki hibridin ana xətləri genetik baxımın-
dan bir-birinə çox yaxındırlar. İkinci klasteri 4 yarımqrupa
bölmək olar. Bu klasterin birinci yarımqrupunda 1, 38 və 8-ci
hibridlər, ikinci yarımqrupunda 7, 4, 9, 6, 25 və 14- ci hibrid-
lər, üçüncü yarımqrupunda
18, 5, 2, 16, 15, 12, 17, 3, 11 və
10- cu hibridlər, dördüncü yarımqrupunda isə yalnız 37 nöm-
rəli hibrid yerləşir. 1, 38, 8 nömrəli hibridlər tam suvarılan şə-
raitdə ən yüksək dən məhsuldarlığı göstərirmiş və birinci ya-
rımqrupda yerləşirlər. Bu şəraitdə klaster analizi potensiallı
hibridləri daha yaxşı müəyyənləşdirə bilir. Tam suvarılan şə-
raitdə klaster analizi morfoloji əlamətlər baxımından hibridlə-
rin oxşarlıq və fərqliliklərini müəyyən edir və hibridləri ayrı-
ayrı qruplarda yerləşdirir. Bundan başqa, klaster analizində
qrupların sayını müəyyənləşdirmək üçün diskriminant funk-
siyasının analizindən istifadə edilmişdir. İki, dörd və beş klas-
ter vəziyyəti üçün diskriminant funksiyasının analizi yerinə
yetirilmiş və ən çox fərqlənmə iki klasterdə müşahidə edil-
mişdir (Cədvəl 5.9).
258
Şəkil 5.7. Tam suvarılan şəraitdə qarğıdalı hibridlərinin
biomorfoloji əlamətlər əsasında qruplaşması
Birinci klaster - bu klaster 22 hibridi əhatə edir ki, bun-
lardan 8 hibridinin ata xətləri K3615/1 xəttidir. Bu klasteri 4
yarımqrupa bölmək olar. Birinci yarımqrupda 29, 27, 32, 9, 3,
10, 8 və 26 nömrəli hibridlər yerləşmişlər. 3, 10, 8, 9 nömrəli
hibridlərin ata xətti K3653/2 və 29, 27, 32 və 26 nömrəli
hibridlərin ata xətti K3615/1-dir. İkinci yarımqrupdakı 14, 11,
6 və 16-cı hibridlərin ata xətləri K3653/2- dir. Üçüncü yarım-
qrupda 33, 15, 28, 21, 18, 17 və 34 nömrəli hibridlər yerləş-
mişdir. 18, 17 və 15 nömrəli hibridlərin ata xətti K3653/2 və
bu klasterin qalan hibridləri K3615/1 xəttinin hibridindən ya-
ranmışdı. Dördüncü yarımqrupda isə 38, 37 və 13 nömrəli
259
hibridlər yerləşmişlər. 37 və 13 nömrəli hibridlərin ana xətləri
eyni olduğu üçün genetik baxımından 38 nömrəli hibridin ana
xətti ilə çox oxşarlıqları vardır. Genetik qohumluq baxımın-
dan bu üç hibridin bir yarımqrupda yerləşməsi məntiqli hesab
edə bilər (Şəkil 5.8).
Cədvəl 5.9
Quraqlıq şəraitində qrupların sayını müəyyənləşdirmək
üçün diskriminant funksiyası analizinin nəticələri
Qrupun
sayı
Eigenvalues
(Məxsusi
qiymət)
Kanonik
korrelyasiya
Vilks
lambada
Ehtimal
səviyyə
2
32.165
0.985
0.030
0.000
4
45.389
0.989
0.000
0.000
5
47.454
0.990
0.000
0.000
İkinci klaster - bu klasterdə 16 hibrid yerləşmişdir ki,
bunlardan 6 hibridin ata xətti K3653/2-dir. Bu klasteri 3 ya-
rımqrupa bölmək olar. Bu klasterin birinci yarımqrupunda 7,
5, 4, 20, 35, 2 və 1 nömrəli hibridlər yerləşmişlər. 35 nömrəli
hibridin ata xətti K3615/1 və qalan hibridlərin ata xətləri isə
K3653/2 xəttidir. İkinci yarımqrupdakı 24, 23, 22, 31, 30, 25,
12 və 36 nömrəli hibridlər arasında 12 nömrəli hibridin ata
xətti K3653/2 və qalan hibridin ata xətləri isə K3615/1-dir.
Üçüncü yarımqrupda ancaq 19 nömrəli hibrid yerləşmişdir
(Şəkil 5.8). Göründüyü kimi quraqlıq şəraitdə morfoloji əla-
mətləri baxımından klaster analizinin irsi informasiyası ilə
uyğunlugu azdır və bu şəraitdə klaster analizi hibridlərin ox-
şarlıq və fərqlərini çox yaxşı müəyyənləşdirə bilmir.
Dostları ilə paylaş: |